Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çanqaya
Çankaya — Türkiyənın Ankara ilinin ilçəsi. Əhalisi 792 189 olan Çankaya Keçiören ilçəsindən sonra Ankaranın ikinci metropol ilçəsidir.
Çaquanas
Çaquanas (ing. Chaguanas) — Trinidad və Tobaqonun əhalisinin sayına görə ən böyük şəhərdir. Əhalisi 83,5 min nəfər (2011) olan şəhər ölkənin paytaxtı Port of Speyndən 18 km cənubunda yerləşir. Mühüm ticarət və şəkər sənayenin mərkəzidir.
Çarxana
Çarxana (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Çarxana (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Çayxana
Çayxana və ya Çay evi — ilk növbədə çay və digər yüngül içkilər xidmət edən bir məkan.Onun funksiyası mədəniyyətlə asılı olaraq geniş dəyişməsinə baxmayaraq, çay evləri çox vaxt sosial qarşılıqlı əlaqə mərkəzləri kimi xidmət edirlər.
Haqana
Haqana (ivr. ‏הַהֲגָנָה‏‎) — 1920–1948-ci illər arasında Britaniya Fələstinində yəhudi əhalisinin əsas sionist yarımhərbi təşkilatı. Bu, 1948-ci ildə ləğv edilmiş və İsrail Müdafiə Qüvvələrinin fundamentinə çevrilmişdir. Əvvəllər mövcud olan milislərdən yaradılan Haqananın ilkin məqsədi yəhudi yaşayış məntəqələrini ərəb hücumlarından qorumaq idi. Təşkilat Britaniya mandatı dövründə Fələstindəki yəhudi icmasına cavabdeh olan rəsmi dövlət orqanı olan Yəhudi Agentliyinin nəzarətində idi. İkinci Dünya müharibəsinin sonuna qədər Haqananın fəaliyyəti orta səviyyədə idi. Qrup Polşadan gizli hərbi dəstək almışdır. Haqana Ox dövlətlərinin Şimali Afrikadan Fələstinə hücum etməsi halında britaniyalılarla əməkdaşlıq etməyə çalışmışdır. İkinci Dünya müharibəsinin sona çatması və Birləşmiş Krallığın yəhudi immiqrasiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina etməsi ilə Haqana Britaniya hakimiyyətinə qarşı təxribatçı fəaliyyətə keçmişdir. Birləşmiş Millətlər Təşkilatı 1947-ci ildə Fələstinin bölünmə planını qəbul etdikdən sonra Haqana Fələstin yəhudiləri arasında ən böyük döyüş qüvvəsinə çevrilmiş və vətəndaş müharibəsi zamanı ərəb qüvvələri üzərində qələbə əldə etmişdir.
Çanqan
Çanqan (çin. 长安, Cháng'ān, Sabit Sülh) ― Çinin Sian şəhərinin tarixi adı. Şəhər Yanşao mədəniyyəti dövründə salınmışdır. E.ə. IX əsrdən bəri 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. == Tarixi == Şəhərin şimalında, Çin imperatoru Sin Şi Xuandi tərəfindən tikilmiş bir kurqan və böyük bir məqbərə var. Tan sülaləsi dövründə şəhərin ərazisi daha da genişləndi. Bəzi şəhərətrafı ərazilər də şəhər ərazisinə daxil edilmişdir. Suy sülaləsi və Tan paytaxtı olan Çanqan Min sülaləsi dövründə səkkiz dəfə böyüyüb. Bu artımla Çanqan dünyanın ən böyük və ən sıx şəhərlərindən birinə çevrildi.
Çaqqal
Çaqqal — Afrika və Avrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus). Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir. Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidik və nəcis vasitəsi ilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər. == Xüsusiyyətləri == Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir. == Qidalanma == Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər.
Həbəşistan çaqqalı
Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Çanqaya köşkü
Çanqaya köşkü — Türkiyənin paytaxtı Ankarada yerləşən və siyasi-mədəni əhəmiyyətə sahib memarlıq nümunəsidir Bu köşk uzun illər Türkiyə Cümhuriyyəti rəhbərlərinin iqamətgahı olmuşdur. Köşk Qızılay meydanından 5 km. Şərqdə və 1.77 km² ərazidə yerləşir. İctimaiyyətə bağlıdır. == Köşk Muzey == Atatürk muzey köşkü kimi tanınan və kompleksə daxil olan ilk tikilidir. Ankarada yaşayan bir erməni tacir tərəfindən XIX əsrin sonlarında tikilmişdir. Şəhərin varlı ailələrindən olan Bulgurzadələrin əlinə keçən bağevi Kasapyan köşk adı ilə tanınır. Köşk Atatürkə hədiyyə olaraq verilir. Belə ki, Ankara Müftisi Rüfət Əfəndinin səyləri nəticəsində əhali arasında 4500 türk lirəsi yığılaraq köşk Bulgurzadələrdən alınır və Mustafa Kamala hədiyyə edilir. Mustafa Kamal Atatürk burada 1921–1932-ci illər arasında yaşayıb.
Çarqaya dağı
Çarqaya dağı - Ordubad rayonu ərazisində dağ (hünd. 1372,9 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Arpadərəçay-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 2 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili sinklinalın nüvgə hissəsində yerləşir.
Çarxana (Qəbələ)
Çarxana — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Çarxana kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == 1846-ci ilin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş və sonralar oturaq həyata keçmiş çarxana (dörd evli) tayfası salmış və kənd də onların adı ilə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qaraçayın sahilində, Hacallı düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 817 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Qara Əhmədov — tarix elmləri doktoru, professor, Azərbaycanda arxeologiya sahəsində ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, tərəvəzçilik və maldarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qara Əhmədovun ev-xatirə muzayi var. == Din == Kənddə Çarxana kənd məscidi dini icması fəaliyyət göstərir.
Çarxana (Siyəzən)
Çarxana — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Çarxana kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Əsl adı Çaparxana olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, əvvəllər burada çaparxana (poçt məntəqəsi) var idi. Sonralar yaranmış yaşayış məntəqəsi ərazinin əvvəlki adını saxlamışdır. Çarxana çaparxana sözünün fonetik variantıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Əhalisinin sayı 80 nəfərdir və tatlardır (2009-cu il).
Çarxana bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çatqaya (Kəleybər)
Çatqaya (fars. چات قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (43 ailə).
Çatqaya (Ərdəbil)
Çatqaya (fars. چات قيه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 16 km simaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (19 ailə).
Adi çaqqal
Adi çaqqal (lat. Canis aureus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == Əsasən iki yarımnövə ayrılır. Aralıq Dənizi və Cənubi Avropada (bura həmçinin Qafqaz və Dağıstandada yaşayanlar da aiddir) yaşayan çaqqallar Canis aureus maeoticus yarımnövünə aid hesab olunur. Yaşayış arealın şərq hissəsində (Hindistan, Orta Asiya, İran) yaşayanlar isə tipik Canis aureus aureus yarımnövünə aid hesab edilir. Bunlardan başqa adi çaqqalın Şimali Afrikada yaşayan və sayı az olan bir neçə yarımnövü də var: Canis aureus algirensis Canis aureus anthus Canis aureus bea Canis aureus lupaster Canis aureus maroccanus Canis aureus riparius Canis aureus soudanicusLakin adi çaqqalın bu cür təsnifatı ilə bütün zooloqlar razılaşmır.
Nikolas Maqana
Nikolas Maqana (18 iyun 1996) — Perulu üzgüçü. Nikolas Maqana Perunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nikolas Maqana birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.53 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yəhəraltı çaqqal
Yəhəraltı çaqqal (lat. Canis mesomelas və ya Lupulella mesomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. CAR-da və Afrikanın şərq sahillərində Nubiyadan Ümid burnuna qədər ərazilərdə yaşayır. Çaqqalın bu növü insanlara tez alışır.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Çaqama şəlaləsi
Çaqama şəlaləsi (茶釜の滝, Chagama no taki) – Yaponiyanın Akita prefekturasının Kazuno rayonunda, Yoneşiro çayının Yoakeşima qolunun üzərində yerləşən şəlalə. 1990-cı ildə Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısındadır. Şəlalə 100 metr yüksəklikdən tökülür və bu, onu siyahının ən hündür şəlalələrindən biri edir. Şəlalə həm də siyahının ən təcrid olmuş şəlaləsidir. Şəlaləyə çatmaq üçün relyefi sıldırımlı olan ərazidə 5,5 kilometr yolu piyada getmək lazımdır.
Çaqanı burnu
Çaqanı burnu (ukr. Чагани, Чегене, krımtat. Çegene, Чегене) — Kerç yarımadasının ucqar şimal nöqtələrindən biri, Krımın Leninski rayonu ərazisində yerləşən burun. Şimal-şərqdən Kazantip körfəzi ilə əhatələnir. Qərbində Qaralar regional lanşaft parkı yerləşir. == Xarici keçidlər == Xəritə Azov dənizinin coğrafi obyektləri.
Çaqqal Karlos
İliç Ramires Sançes (isp. Ilich Ramírez Sánchez) və ya tanınan adı ilə Çaqqal Karlos – hazırda Fransada həbsdə olan Venesuela terrorçusu. 16 qətldə şübhəli bilinir. == Bioqrafiya == 1949-cu ilin 12 oktyabr tarixində Venesuelada anadan olub. Çaqqal gənclik dövründə 10-dan çox ölkədə yaşayıb. Onun ailəsi intelligent ailə idi. Dindar müsəlman olan anası vaxtının çoxunu dini öyrənməyə sərf edirdi. Ramiresin atası qatı kommunist idi. O, SSRİ-nin yaranma ideyasını dəstəkləyir, Vladimir Leninə pərəstiş edirdi. Bu səbədən üç övladını Leninin şərəfinə adlandırmışdı.
Çaqqal oğlu çaqqal (film, 1972)
== Məzmun == Multiplikasiya filmində çaqqal acgözlük edib ələ keçirdiyi qəniməti canavarla yarı bölmək istəmir, ona görə də hiyləyə əl atır. Müəlliflər demək istəyirlər ki, acgözlük insanı hər cür sifətə salır, onu yaltağa çevirir. Yaltaq isə dostunu düşməndən seçə bilmir. == Film haqqında == Kukla filmidir. Bu ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Mirzə Rəfiyev Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Mirzə Rəfiyev, Eduard Abdullayev Rejissor assistenti: Hafiz Əkbərov Multiplikasiya rəssamı: Rauf Dadaşov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Əziz Şeyxov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Caragana
Xostək (lat. Caragana) — paxlaçiçəklilər sırasının paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Çaqan gölü
Çaqan gölü (və ya Bakapan) (qaz. Шаған) — Qazaxıstan ərazisində yerləşən göl. Göl insan fəaliyyəti nəticəsində meydana gəlmişdir. Bəzən gölü «atom gölü» olaraq adlandırırlar. Gölün ümumi həcmi təxmini olaraq 100 000 m³ olaraq qiymətləndirilir. Göldə radioaktiv çöküntülər çox olduğundan suyunun tərkibi radioaktivdir. Gölün əsas mənbəyi İrtış çayının qollarından biri olan Çaqan çayıdır. Radioaktiv çöküntülər səbəbindən çayın və onun axdığı ərazilərdə yaşayış üçün təhlükələr yaradır. Göl inzibati cəhətdən Qazaxıstanın Şərqi Qazaxıstan vilayəti ərazisində yerləşir. == Tarixi == SSRİ atom proqramına görə Çaqan çayının yatağı yaxınlığında yeratlı atom sınağı həyara keçirilməsi planlaşdırılır.
Ağqala
Ağqala (Göyçə)İrandaAğqala şəhristanı
Ağqaya
KəndlərAğqaya (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.DağlarAğqaya dağı (Şahbuz) — Azərbaycan Respublikasının Şahbuz rayonunun ərazisində dağ. Ağqaya dağı (Babək) — Azərbaycan Respublikasının Babək rayonunun ərazisində dağ. Ağqaya dağı (İcevan) — Ağqaya dağı (Göyçay) — Göyçay rayonunun Şərqində, Qarayazı kəndindən Şimalda dağ. Ağqaya dağı (Quba) — Quba rayonu ərazisində dağ.
Calğan
Aşağı Calğan
Çadgan
Çadigan — İranın İsfahan ostanının şəhərlərindən və Çadigan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,037 nəfər və 1,872 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan (şamlılar, bayatlar və inanlılar) ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.Bu şəhərin adı "çatdamaq" və ya "çatmaq" sözündən gəlibdir.
Adi çaqqal qanqalı
Çağan
Birinci Çağan
Ağqanad balabansəs
Ağqanad balabansəs (lat. Psophia leucoptera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin balabansəslər fəsiləsinin balabansəs cinsinə aid heyvan növü.
Ağqanad danaayağı
Hündürlüyü 20-40 sm olan çoxillik bitkidir.Kök yumruları kökümsov şəklində oval və yaxud uzanmışdır. Gövdəsi yarpaq saplağından qısadır. == Yarpaq == Yarpaq ayası iridir, nizəşəkilli oxşəkillidir, demək olar ki, saplağa bərabərdir; kənar bölümləri aralıdır.Toppuzşəkilli törəmələr qısa-silindrikdir, sarı rəngdə, bəzən az bənövşəyi rəngdədir. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-May. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Alazan-Əyriçay, Lənk. Muğ., Lənk.dağ., Lənk. oval. Ovalıqdan aşağı, bəzən orta dağ qurşağında. == Yaşayış mühiti == Meşə içərsindəki çəmənlikdə, kolluqlarda, qırılmış meşələrdə rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Qurumuş köklərindən alınan toz xalq arasında yarasağaldıcı vasitə kimi istifadə olunur.
Ağqanad pinqvin
Ağqanad pinqvin (lat. Eudyptula minor albosignata) — elədə böyük olmayan pinqvinlər 30 sm uzunluğa, yarın kq çəkiyə malik olurlar. Bu yarımnövün nümayəndələri Banks yarımadası və Motunau adasında yuva qururlar. Sayının 3750 cüt olması eehtimal edilir. == Təsnifat == Bir çox alimlər bu canlını Kiçik pinqvinlərin yarımnövü hesab edir. DNT analizləri sayəsində 2009-cu ildə "BirdLife International" bu canlını rəsmən Kiçik pinqvinlərin yarımnövü elan ettmişdir. == Yaşayış bölgəsi == Ağqanad pinqvinlər əsasən Yeni Zelandiyanın Kenterberi vilayətinin burun, mağara, küləkdən müdafiə olunan buxtalarda yaşayırlar. == Xüsusiyyətləri == Digər pinqvinlərdən fərqli olaraq gecə həyatı keçirirlər. Gündüzlər isə yuvalarında yatırlar. Gecələr dənizə çıxırlar.
Ağqanad ördək
Ağqanad ördək (lat. Asarcornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Caragana chamlague
Caragana sinica (lat. Caragana sinica) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Caragana frutescens
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Caragana frutex
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Caragana inermis
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Caragana jubata
Uzuntükcüklü xostək (lat. Caragana jubata) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Caragana leucophloea
Ağqabıq xostək (lat. Caragana leucophloea) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Caragana microphylla
Xırdayarpaq xostək (lat. Caragana microphylla) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Caragana pygmaea
Caragana pygmaea (lat. Caragana pygmaea) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.