Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Braşov
Braşov (rum. Braşov, mac. Brassó) — Rumıniyada şəhər. Ölkənin 10 ən böyük şəhərlərindən biri. Keçmişdə Kronştadt (alm. Kronstadt‎) adlanıb. 1950–1960-cı illərdə şəhər İosif Stalinin şərəfinə Oraşul-Stalin adlandırılıb. Tsara Bırsey tarixi bölgəsinin paytaxtıdır. == Ümumi məlumat == Rumıniyanın mərkəzində yerləşən Braşovu tez-tez rumın Zalsburqu da deyirlər. Braşovun qotik üslublu köhnə məhəllələri insanda güclü təəssürat oyadır.
Xarkov
Xarkov (ukr. Харків) — Xarkov vilayətinin inzibati mərkəzi olan Ukraynanın şərq hissəsindəki ən böyük şəhərdir. Əhalinin sayına görə Xarkov Kiyevdən sonra Ukraynada ikinci yeri tutur. Vaxtilə şəhər Moskva və Leninqraddan sonra SSRİ-nin üçüncü ölçü üzrə sənaye, elmi və nəqliyyat mərkəzi idi. == Tarixi == Xarkov təxminən 1654-cü ildə qədim rus şəhəri olan Xarkovun yerində yaradılmışdır. 1918-ci ilin fevral-mayında Xarkov Donetsko-Krivorojski Respublikasının paytaxtı rolunu oynayırdı, 1918-ci ilin mart-aprelində Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur, 1919-cu ilin martda — iyununda və 1919-cu ilin dekabrından 1934-cü ilin iyununa qədər Ukrayna SSR-ının paytaxtı olmuşdur. == Nəqliyyat == Müasir Xarkov ölkənin ən böyük nəqliyyat qovşaqlarından biri hesab edilir. Onun içərisindən dəmir və şose yolları keçir, həmçinin beynəlxalq aeroport var. Şəhərin özündə küçə ictimai nəqliyyatının şöbələrə ayrılmış şəbəkəsi fəaliyyət göstərir: marşrut taksiləri, avtobuslar, trolleybuslar, tramvaylar. 1975-ci ildən Xarkovda 3 xətdən ibarət olan və şəhərin 9 inzibati ərazisini birləşdirən metropoliten işləyir.
Yerşov
Yerşov — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Çarşab
Çarşab — qadın baş örtüyüdür. Azərbaycanda çarşab əsasən bəzi şəhər və şəhəryanı kəndlərin sakinləri üçün səciyyəvi idi. Evdən çıxarkən qadınlar başdan ayağa qədər çarşaba bürünürdü. Çarşab bir rəngli atlasdan, dama-dama keci parçadan və müxtəlif çeşidli ipək parçalardan olurdu. Çarşab örtən qadınlar bəzən rübənddən də istifadə edirdilər.
Ardov
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Sarov
Sarov (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Sarov (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Maralyansarov — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Aleksey Jarkov
Aleksey Jarkov (rus. Алексей Жарков; 27 mart 1948, Moskva, RSFSR, SSRİ – 5 iyun 2016, Moskva) — Sovet, Rusiya teatr və kino aktyoru. == Həyatı == Aleksey Dmitriyeviç Jarkov 27 mart 1948-ci ildə anadan olub. MXAT məktəb-studiyasında təhsil alıb (1970). Rusiyanın əməkdar artisti (1984), xalq artistidir (1994).69 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra 5 iyun 2016-cı ildə dünyasını dəyişib.
Anatoli Karpov
Anatoli Yevgenyeviç Karpov (rus. Анатолий Евгеньевич Карпов 23 may 1951, Zlatoust, Çelyabinsk vilayəti, SSRİ) — şahmat üzrə 12-ci dünya çempionu, PhD, Rus şahmat qrosmeysteridir. O, Harri Kasparov tərəfindən məğlub edilənədək 1975-ci ildən 1985-ci ilə qədər rəsmi olaraq dünya çempionu sayılıb. O, 1993-cü ildə Kasparova qalib gələrək yeniden FİDE dünya çempionu olmazdan öncə 1986–1990-cı illər arasında Kasparova qarşı 3 oyun oynayib. O, FİDE-nin yeni dünya çempionluğu qaydalarına etiraz edərək çempionluq adından imtina etdiyi üçün bu adı 1999-cu ilə qədər əlində saxlaya bilib. Karpov dünya şahmat elitası arasinda çempion adını 10 il qoruya bildiyi üçün tarixin ən böyük şahmatçılarından biri sayılır. Onun turnir uğurları 160-dan çox birinci yer ilə bitirməkdən ibarətdir. Karyerasının ən yüksək dövründə Karpov 2780 Elo reytinqi ilə FİDE-nin sıralamasında 1970-ci ildəki acıqlamadan sonra 90 ay boyunca birinci pillədə olub. Karpov 2005-ci ildən Rusiya İcimai Palatasının üzvüdür. O, son zamanlar humanitar layihələrin, eləcə də yodlaşdırılmış duzun istifadəsini müdafiə edib.
Andrey Karlov
Andrey Karlov (rus. Андрей Геннадьевич Карлов; d. 4 fevral 1954, Moskva, RSFSR, SSRİ – ö. 19 dekabr 2016, Ankara, Türkiyə) — Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasında (9 iyul 2001 – 20 dekabr 2006) və Türkiyə Respublikasındakı səfiri (12 iyul 2013 – 19 dekabr 2016). == Vəfatı == 19 dekabr 2016-cı ildə Ankarada Müasir Sənətlər Mərkəzindəki bir rəsm sərgisinin açılışı zamanı silahlı basqına məruz qalan Andrey Karlov elə həmin gün vəfat etmişdir. Səfiri 5 güllə ilə qətlə yetirən qatil şəxs Çevik Polis Alayının əməkdaşı Mərd Altındaş olmuşdur.
Andrey Markov
Andrey Andreyeviç Markov (rus. Андре́й Андре́евич Ма́рков; d. 18 iyun 1856. Ryazan, Rusiya – ö. 20 iyul 1922. Petroqrad, Rusiya) — professor, akademik, Rusiya riyaziyyatçısı. Ehtimal nəzəriyyəsi, ədədlər nəzəriyyəsi və riyazi analiz sahəsində işləri var.
Andrey Yerşov
Andrey Petroviç Yerşov (19 aprel 1931, Moskva, RSFSR[d] – 8 dekabr 1988, Moskva) — Sovet alimi, nəzəri və sistemləri proqramlaşdırma qabaqcıllarından biri, Kompüter elmləri, SSRİ Elmlər Akademiyasının Sibir məktəbinin banisi. == Həyatı == Andrey Petroviç Yerşov 19 aprel 1931-ci ildə Moskvada anadan olmuşdur. == Fəaliyyəti == Sovet alimi, nəzəri və sistem proqramlaşdırmanın pionerlərindən biri, Sibir informatika məktəbinin yaradıcılarından biri, SSRİ EA-nın akademiki Andrey Petroviç Yerşovun işləri nəinki SSRİ-də, həm də bütün dünyada hesablama texnikasının formalaşmasına və inkişafına böyük təsir göstərmişdir. == Həmçinin bax == == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Braşov (judets)
Braşov judetsi (rum. Județul Brașov) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 5363 km². Şərqdə — Kovasna, qərbdə — Sibiu, şimalda — Mureş və Xarqita, cənubda — Ardjeş, Dımbovitsa və Praxova judetsləri ilə sərhəddir. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 593 928 nəfər , sıxlığı — 110,74 nəf./km². == İnzibati bölgüsü == Judetsə 4 bələdiyyə, 6 şəhər və 47 kommuna daxildir.
Fərhad Qaraşov
Fərhad Qaraşov (tam adı: Fərhad Arif oğlu Qaraşov; 12 dekabr 1986, Bakı) — Azərbaycan biznesmeni, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri, iqtisad üzrə fəlsəfə doktoru, "Made in Azerbaijan" məhsulu olan "Originar" brendinin yaradıcısıdır. == Həyatı == Fərhad Qaraşov 1986-cı il dekabr ayının 12-sində Bakı şəhərində anadan olmuşdur. 1992–2003-cü illərdə Bakı şəhərindəki 248 nömrəli məktəbdə təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Universitetdə beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Oranı bitirdikdən sonra 2007–2010-cu illərdə universitetin beynəlxalq ticarət ixtisası üzrə magistraturasını bitirmişdir. 2007–2008-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında hərbi xidmətdə olmuşdur. 2009-cu ilin yanvar-fevral aylarında Azərbaycan Beynəlxalq Bankının Problemli Kreditlərlə İş Departamentinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. 2008–2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək ikinci təhsilini almışdır. 2016–2017-ci illərdə İngiltərədə Anglia Ruskin Universitetinin "Business Administration" ixtisası üzrə MBA dərəcəsi almışdır.
Georgi Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. == Bioqrafiya == === Futbolçu karyerası === Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Georgi Karpov
Georgi İvanoviç Karpov (9 dekabr, 1890–31 mart, 1947)— tarixçi, etnoqraf, Türkmənistan SSR-nin ictimai-siyasi xadimi. == Həyatı == Georgi İvanoviç Karpov 9 dekabr 1890-cı ildə Rusiyanın Saratov quberniyasının Karavainka kəndində anadan olmuşdu. Georgi Karpov türkmənlər, Türkmənistan haqqında bir çox əsərlərin müəllifidir. Georgi Karpov 31 mart 1947-ci ildə Türkmənistanda vəfat edib. == Əsərləri == Карпов Г. И. Восстание тедженских туркмен в 1916 году : (К изучению истории крестьянск. восстаний в бывшей царск. колонии). — Ашхабад: Туркменгосиздат, 1935. — 72 с. Карпов Г. И. Гражданская война в Туркмении (1918–1920) : (Попул.
Markov monastırı
Markov Manastırı (mk. və serb. Марков Манастир, Markov Manastir) — Makedoniyanın Skopye şəhərindən 18 km uzaqlıqda yerləşən Markova Suşisa kəndində yerləşən pravoslav qadın monastırı. Monastır hal-hazırda Oxrid arxiyepiskopluğu tərəfindən idarə olunur. Bulqarlar Markov monastırının öz milli tarixi irsinin bir hissəsini kimi qiymətləndirirlər. Monastır bolqarlara, serblərə və makedonlara görə özlərinin milli qəhrəmanı olan Şahzadə Markonun adınadır. Markov monastırı qurulduğu gündən bəri aktiv olmuşdur. == Memarlıq xüsusiyyətləri == Monastırın üstü günbəz ilə örtülmüşdür. Monastır, hər nə qədər Serbiya İmperiyası dövründə inşa edilmişsə də, pravoslav ənənəsini təqib edən freskalar və arxitekturası səbəbiylə Bizans memarlığı və sənəti altında qiymətləndirilir.Kilsənin sahəsi 10 x 16 metrdir. Günbəzin yüksəkliyi təxminən 16 metrdir.
Pyotr Şirşov
Pyotr Şirşov (25 dekabr 1905, Dnepr və ya Rusiya imperiyası – 17 fevral 1953, Moskva, rus. Пётр Петрович Ширшов) — Sovet dövlət xadimi, hidrobioloq və qütb tədqiqatçısı, professor, coğrafiya elmləri doktoru (1938), SSRİ Elmlər Akademiyasının akademiki (1939). Sovet İttifaqı Qəhrəmanı (1938). Xalq Komissarı, sonra SSRİ Hərbi Dəniz Qüvvələri naziri (1942–1948). İndi onun adını daşıyan SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun ilk direktoru. == Həyatı == Pyotr Petroviç Şirşov 1905-ci il dekabrın 25-də Yekaterinoslav (Dnepropetrovsk) şəhərində anadan olub. Atası Pyotr Petroviç Şirşov dəmir yolu mətbəəsində çapçı işləyirdi. Ana — İrina Yakovlevna Useviç — ev təsərrüfatını idarə edirdi, bəzən tikişlə pul qazanırdı. 1908-ci ildə kiçik qardaşı Dmitri anadan oldu. İbtidai təhsilini Dnepropetrovsk məktəbində almışdır.
Qeorqiy Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. == Bioqrafiya == === Futbolçu karyerası === Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Sergey Karpov
Sergey Pavloviç Karpov (d.1 yanvar 1948, Stavropol) — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Tarix fakültəsinin "Orta Əsrlər Tarixi" kafedrasının müdiri və professoru, AMEA-nın fəxri professoru və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Fəaliyyəti == 1948-ci il yanvar ayının 1-də Rusiya Federasiyasının Stavropol diyarında anadan olub. 1986-cı ildən Moskva Dövlət Universitetinin Tarix fakültəsinin "Orta Əsrlər Tarixi" kafedrasının müdiri və 1989-cu ildən isə həmin kafedranın professorudur. 1990-cı ildən Moskva Dövlət Universitetinin tarix fakültəsinin "Orta Əsrlərdə Bizans və Qaradənizin tarixi" laboratoriyasının elmi rəhbəridir. 1992-ci ildən Rusiya Təbiət elmləri Akademiyasının həqiqi üzvüdür (Rusiya Ensiklopediyası bölməsi üzrə). 1996-cı ildən Almaniya Federativ Respublikasının Leybnits Cəmiyyətinin həqiqi üzvüdür. 1998-ci ildə Rusiya Fedrasiyasının Ali peşəkar təhsilinin fəxri işçisidir. 1998-ci ildən İtaliyanın Liquriy Elmlər Akademiyasının ədəbiyyat, mənəvi və tarix elmləri üzrə müxbir üzvüdür. 1998-ci ildən İtaliyanın Alessandriya və Asti əyalətlərinin Akademiya və Tarix Cəmiyyətinin müxbir üzvüdür. 1995–2015-ci illərdə Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekanı olub.
Taleh Qaraşov
Taleh Qaraşov (tam adı: Taleh Azay oğlu Qaraşov; 20 may 1959, Pirəköcə, Kürdəmir rayonu) — azərbaycanlı dövlət xadimi; Kürdəmir rayonunun icra başçısı (1996–2002), Cəlilabad rayonunun icra başçısı (2002–2006), Neftçala rayonunun icra başçısı (2006–2011), Astara rayonunun icra başçısı (2011–2012) və Lənkəran şəhərinin icra başçısı (2012—). == Həyatı == Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur. 1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.
Vasili Barnov
Vasili Zaxariyeviç Barnov (Barnovi, əsl adı — Barnaveli; 3 iyun 1856, Koda kəndi — 4 noyabr 1934, Tbilisi) — gürcü və sovet klassik yazıçısı və müəllimi. == Həyatı == Vasili Koda (indiki Gürcüstanın Aşağı Kartli (Kvemo-Kartli)) kəndində, feodal ənənələrinin hakim olduğu zəngin keşiş ailəsində anadan olmuşdur. Tiflis və Moskvadakı ilahiyyat seminariyalarında təhsil almışdır. 1882-ci ildə vətəninə qayıdaraq Senaki, Telavi və Tiflisdə gürcü dili və ədəbiyyatından dərslər verir. Tbilisi İlahiyyat Seminariyasında ədəbiyyat müəllimi olaraq həm folklordan, həm də gürcü ədəbiyyatının öyrənilməsi üçün xüsusi dərslər verir. Xüsusilə bunun üçün "Gürcü ədəbiyyatı tarixinin dərsləri" dərsliyini yazır(1919). Bu dərslik ilə məktəbli gürcü gəncləri milli folklor nümunələri ilə tanış olurlar və doğma ədəbiyyat tarixinə yiyələnirlər. Vasili Barnov Tiflis kursant məktəbində gürcü ədəbiyyatı kursundan dərs demişdir. O, həmçinin jurnalistika ilə məşğul idi, gürcü folklorunu öyrənirdi. == Yaradıcılığı == Vasili Barnov gürcü ədəbiyyatında tarixi roman janrını canlandırır.
Xarkov teleqülləsi
Xarkov teleqülləsi ( ukr. Харківська телевежа ) - 240,7 metr hündürlüklü qüllə Xarkovda yerləşir. Ukraynanın üçüncü ən yüksək qülləsidir. Yalnız Kiyev (385 m ) və Novodnestrovskaya qülləsindən geri qalır(245.5 m ). Xarkov şəhərinin ən yüksək tikilisidir . Teleqüllə Xarkov Meşə Parkının, Aleksey Derevyanko küçəsinin beş yüz metr yaxınlığında yerləşir. == Təsvir == Xarkov televiziya qülləsinin yüksəklikləri : 56.2 m - balkon yerli RRL; 76.12 m və 80.2 m - RPA balkonu; 112.2 m və 120.2 m - PTS balkonu; 140.18 m - VHF FM antenaları üçün balkon; 173.49 m - 2 mərtəbədən balkon; 199.19 m - 3 mərtəbədən anteninin balkonu; 216.11 m - balkon antenası 4-cü lay; 235.51 m - yuxarı balkon; 240.7 m - ümumi dizaynın hündürlüyü; 252 m - panel ilə ümumi hündürlüyü . Dəniz səviyyəsindən hündürlüyü - 192 m Qəfəs hissəsinin hündürlüyü 180 m ; Kəmər sınıqları - 144 m, 120 m, 48 m ; Bazanın ölçüləri 25 x 25 m .Teleqüllənin bütün kompleksi 12 dekabr 1981-ci ildə istifadəyə verildi. Televiziya qülləsi UkrNIIproektstalkonstrukiya № 8989KM "Tower N = 240.7 m" dizaynı əsasında 1973-cü ildə inşa edilib, . 1981-ci ildə yerli təcrübədə ilk dəfə yük helikopterinin MI-10Kın köməyi ilə Xarkov televiziya qülləsinin lifti,gövdəsinin quruluşları 158 m-dən başlayaraq - qüllənin konstruksiyası üzərinə yerləşdirilmişdir.
Xarkov vilayəti
Xarkov vilayəti (ukr. Харківська область) — Ukraynanın şərqində yerləşən vilayət.
Carmo
Carmo - İraqın Süleymaniyyə şəhəri yaxınlığında, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən Zaqros dağlarının qərb yamaclarında erkən Neolit dövrünə aid (e.ə. VII minilliyin I yarısı) aid yaşayış məskəni.Carmo qədim yaşayış məskəni İraqın qədim tarix üzrə departamenti tərəfindən aşkar edilmişdir. Arxeoloq R.Breydvudun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin arxeoloji ekspedisiyası burada qazıntılar (1948, 1950-1951, 1954-1955) aparmışdır.. R.Breydvud Carmoda aşkar olunan maddi mədəniyyət nümunələri əsasında ilk dəfə İraq ərazisində Neolit inqilabı prosesini tədqiq etmiş və Yaxın Şərqdə istehsal təsərrüfatının meydana gəlməsi mərkəzlərindən biri olan Zaqros mədəni birliyi haqqında fərziyyə irəli sürmüşdür. Sahəsi təqribən 1,3 hektar olan ərazidə 6-dan 16-yadək mədəni təbəqə aşkar edilmişdir. Məskəndə eyni zamanda 25-ə qədər ev olmuşdur. Çox zaman iri çaydaşından ibarət bünövrə üstündə tikilən divarlar gillə bərkidilmiş yastı saman kərpiclərdən hörülürdü. 5-ci təbəqədə digər evlərdən aralı yerləşən ev 10 kvadrat metr sahəsi olan yaşayış otağından və bir neçə təsərrüfat tikilisindən ibarət idi. Tikililərdən birində bacası olan dairəvi tağlı soba yerləşirdi. Nukleuslar, bıçaqvari lövhələr, çaxmaqdaşı və dəvəgözüdən (obsidan) həndəsi formalarda çoxsaylı mikrolitlər (o cümlədən, üst təbəqələr üçün səciyyəvi olan quraşdırma alətlərin içlikləri) bazalt dəndaşılar, toxmaqlar, oxranın əzilməsi üçün paletkalar aşkar olunmuşdur, yarımkürəvi daş kasalar, yastı oturacaqlı qədəhlər və yastı piyalələr səciyyəvidir.
Marso
Marso — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimiyası == Xəzər dənizi sahilində yerləşir. Yaşayış məntəqəsi 1960-cı illərdə salınmışdır. Bəzi tədqiqatlara görə oykonim fars dillərindəki mersa “liman, port, gəmilərin dayanacaq yeri” mənasında işlənən sözlə bağlıdır. Ərəb dilində marso sözü “körpü (gəmilərin yan alması üçün)” mənası daşıyır. Eyni zamanda oykonimi bəzi tədqiqatçılar rus dilindəki mors sözünün yerli tələffüz forması hesab edirlər. Bu ərazi keçmişdə Murdov (talış, “ölü, zığlı su”) adlanırdı. Murdar variantında da qeydə alınmışdır. Zənnimizcə, oykonimin mənası fars dilindəki izaha əsasən açıqlanır.
Çarsk
Çarsk (qaz. Шар) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Jarma bölgəsindəki bir şəhər. Şar şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 634421100. == Tarixi == Şəhər Türksibdəki stansiyadan başladı. Şər çayının adını daşıyır. Bir əfsanə var ki, bir vaxtlar çayın axarı o qədər güclü idi ki, monqollar naimanları məğlub edərək Şər çayından keçdi və çay ordunun 1/3 hissəsini apardı. Mənşənin ilk versiyası olan "Şar" sözü Qazaxıstanın istiliyindən, yəni "uçurumdan" gəlir, ikinci mənşəli versiyaya görə Çingiz Xan ordusu ilə bu ərazidən keçəndə çağırdı Rus dilinə "sarı" ilə tərcümə edilən bu torpaq "Şar". Maraqlı bir həqiqət budur ki, şəhərin kənarları hələ də qışda və yayda qeyri-adi sarı örtüyü ilə məşhurdur, çünki Çarsk şəhəri ətrafında çöl otu "shi" böyüyür. Çarın adı "Abay Zholy" da çəkilir.
Adam Karson
Adam Karson (ing. Adam Carson; Qlazqo – 1935) — hücumçu mövqeyində oynamış Şotlandiya futbolçusu, 1890-cı illər ərzində "Qlazqo Tisl", "Nyuton Hit", "Arvdik" və "Liverpul" klublarında çıxış etmişdir. == Karyerası == 1892–1893-cü illərdə "Nyuton Hit" (indiki "Mançester Yunayted") komandasının heyətində 13 oyunda meydana çıxmış və 3 qol vurmuşdur.1893-cü ildə "Ardvik" (indiki "Mançester Siti") komandasının heyətində 9 oyunda meydana çıxmış və 3 qol vurmuşdur.
Aleksandr Tarasov
Aleksandr Nikolayeviç Tarasov (Rusca: Алекса́ндр Никола́евич Тара́сов; 8 mart 1958, Moskva) — sovet və rus sosioloqu, politoloqu və sol məsləkli kulturoloqu, publisisti, yazıçısı, filosofu. XXI əsrin başlanğıcına kimi İ. Mesaroşla eyni sırada və “Praksis” qrupuna mənsub olan və sonradan Londona emiqrasiya etmiş yuqoslav marksist-filosoflarla yanaşı özünü postmarksistlərə aid edirdi. Ancaq XXI əsrdə “postmarksizm” termininin E. Laklau, Ş. Muff və onların davamçıları tərəfindən mənimsənilməsi ilə əlaqədar olaraq, A. Tarasov (eynilə, Mesaroş və qeyd edilən yuqaslav filosofları kimi) özünü bu cür adlandırmaqdan əl çəkdi. == Erkən siyasi fəaliyyəti == Dekabr 1972 – yanvar 1973-cü ildə Tarasov Vasili Minorski ilə "Yeni Kommunistlər Partiyası" (YKP) adlı gizli solradikal qrup yaratdı və 1973-cü ilin yayında onun qeyri-rəsmi lideri oldu. 1974-cü ildə YKP “Sol məktəb” adlı başqa bir gizli solradikal qrupla birləşdikdən sonra birləşmiş təşkilat “Sovet İttifaqı Neokommunist Partiyası” (SİNKP) adını aldı və Tarasov onun rəhbərlərindən biri oldu. Partiyanın nəzəriyyəçisi idi, SİNKP-nın "Neokommunizmin prinsipləri" (1974) adlı proqram sənədi Tarasov tərəfindən yazılıb. 1975-ci ildə DTK tərəfindən həbs olunub, SİNKP-nın işi məhkəməyə qədər gedib çıxmadığı üçün ilkin həbsdən və birillik xüsusi ruhi xəstəxanada qaldıqdan sonra azadlığa buraxılıb. Xüsusi ruhi xəstəxanada qəddar rəftara və de-fakto işgəncələrə (döyülmə, EKT, insulin komaları, böyük dozalarda neyroleptik inyeksiyalar) məruz qalmışdır, nəticədə azadlığa ağır somatik xəstəliklərlə (hipertonik xəstəlik, ankilozlaşan spondiloartrit, böyrək və mədəaltı vəzi xəstəliyi), mahiyyətcə əlil kimi çıxdı. Sərbəst buraxıldıqdan sonra SİNKP-nın bərpa edilməsində iştirak edib, 1985-ci ilin yanvarında onun ləğvinə qədər təşkilatın rəhbərlərindən biri olub. 1988-ci ildə iki dövlət psixiatriya komissiyası tərəfindən müayinə olunub və tamamilə ruhi sağlam qəbul edilib.
Ben Karson
Bencamin Solomon Karson (18 sentyabr 1951[…], Detroyt, Miçiqan) — Amerikalı siyasətçi, 17-ci United States Secretary of Housing and Urban Development-ə xidmət edən sabiq cərrahdır. Trump Administration-ı altında xidmət edir. Onun kabinet vəzifəsindən əvvəl, 2016-cı ildə ABŞ-nin prezidentliyinə Respublika başçılarına namizəd oldu. == Həyatı == Michigan ştatının Detroit şəhərində doğulub və Yale Universiteti və Miçiqan Tibb Universitetinin məzunu olan Carson tibbi karyerası və siyasi duruşları ilə bağlı çoxsaylı kitabların müəllifidir. 2009-cu ildə bir televiziya draması filminin mövzusu oldu. 1984-cü ildən Merilenddə Johns Hopkins Xəstəxanasında Uşaq Neyrocərrahiyyəsi Direktoru oldu və 2013-cü ildə təqaüdə çıxdı. Hələ ilk neyrocərrahiyəyə başlayan vaxtlarda Karson'un nailiyyətləri başın arxası birləşdirilmiş əkizlərin müvəffəqiyyətlə ayrılmasını həyata keçirir; Bətnindəki bir dölə ilk müvəffəqiyyətli neyrcərrahi prosedurunu qabaqcadan təyin edən; tip-2 vertikal kraniopagus əkizlərinin ilk tamamilə uğurlu ayrılması; beyin kök şişlərini müalicə etmək üçün yeni üsulların hazırlanması; və nöbetlərin idarə olunması üçün hemisferektomiya texnikasınıyaradır. 33 yaşınadək ölkədə uşaq neyrocərrahinin ən gənc başçısı olur. O, 60-dan çox fəxri doktorluq dərəcəsi, onlarla milli qiymətli sitatlar və 100-dən çox neyrocərrahiyə nəşr yazmışdır. 2008-ci ildə ABŞ-də ən yüksək mülki mükafata layiq görüldü.
Bri Larson
Brianna Sidoni Desanye (ing. Brianne Sidonie Desaulniers; 1 oktyabr 1989[…], Sakramento) — ABŞ aktrisası. Karyerasının əvvəllərində komediya janrındakı filmlərdə köməkçi rollarda oynasa da sonralar müstəqil və blokbaster filmlərdədə uğurla çıxış edərək "BAFTA", "Qızıl Qlobus" və "Oskar" kimi mükafatlara layiq görülmüşdür. Kaliforniyanın Sakramento şəhərində anadan olan Larson evdə təhsil alıb. Altı yaşında o, Amerika Konservatoriyasının Teatrında təhsil proqramına qəbul edilən ən gənc tələbə olub. Tezliklə Los-Ancelesə köçüb və 1998-ci ildə "The Tonight Show with Jay Leno" adlı komediya sketçində aktyorluq karyerasına başlayıb. 2001-ci ildə "Raising Dad" adlı adi bir sitkomunda rol alıb və həmin il qısa musiqi təhsili alıb. 2005-ci ildə "Finally Out of P.E." albomunu buraxıb. Daha sonra Larson "Hoot", "Scott Pilgrim vs the World" və "21 Jump Street" filmərində, həmçinin "United States of Tara" televiziya seriyasında çəkilib. Onun uğuru 2013-cü ildə müstəqil film "Short Term 12" ilə daha da artıb.
Cordan Larson
Cordan Larson – 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. == Karyerası == Hal-hazırkı komandası Əczacıbaşıdır. O, bu klubda hücumçu mövqeyində çıxış edir. Əczacıbaşı klubuna 2014-cü ildə Dinamo Kazan. Dinamo Kazanda 2013-14 sezonunda CEV Qadınlar Çempionlar Liqasını başı üzərinə qaldıran bacarıqlı voleybolçu mövsüm bitmədən türk klubu ilə anlaşmış, 2014-15 sezonunu başlamımışdan isə müqavilə imzalamışdı.