Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çarpışma (film, 2011)
Çarpışma (ing. The Grey) — hər birinin öz həyatı, öz qorxuları və öz taleyi olan neftçilər briqadası evə qayıdır. Baş qəhrəman onları müşayiət edən keçmiş snayper və ovçudur. Fəhlələrin həyatına təhlükə yaradan canavarları zərərsizləşdirir. Yalnız öz işində təskinlik tapan Con, sevimli həyat yoldaşının ölümü ilə barışa bilmir, ağlından intiharla bağlı fikirlər keçir. Növbəti səfərlərin birində briqadanı daşıyan təyyarə Alyaskada qəzaya uğrayır. Qəzadan yalnız səkkiz nəfər o cümlədən Con sağ çıxır. Sivilizasiyadan kilometrlərlə uzaqda – qarlı səhrada ayılan sərnişinlər qida çatışmazlığı və sərt hava şəraitində həyat uğrunda mübarizə aparmalıdırlar. Öz qorxularına sinə gəlməyə çalışan didərginlər eyni zamanda qana susamış canavar dəstəsi tərəfindən təqib olunurlar və sonda baş qəhrəman Con da daxil olmaqla filmin bütün qəhrəmanları canavarların qurbanına çevrilir. Filmdə baş rollarda Liam Nison, Frenk Qrillo, digər rollarda isə Nonso Anozi, Dermot Malruni, Dallas Roberts və başqaları iştirak etmişdirlər.
Qalaktikaların çarpışması
Qalaktikaların toqquşması — Kainatın qalaktikalar şəklində formalaşmasının ilk mərhələsində qalaktikalar bir-birinə yaxın olmuşdur. Ona görə də, qalaktikaların toqquşması və birləşmələri bu mərhələdə adi hal idi. Qalaktikaların toqquşması, adətən onların spiral qollarının böyüməsinə səbəb olur. Birbaşa toqquşmada qalaktikalar nəhəng bir qalaktikaya da çevrilə bilir. Bizim Günəş sistemimizin daxil olduğu Süd yolu qalaktikası ən yaxın qalaktika qonşumuz olan Andromeda qalaktikası ilə rəqabətdədir. Bir neçə milyard il sonra iki qalaktika bir-biriiilə toqquşub ya daha da böyük qalaktikaya çevriləcək, ya da ulduz tozuna çevriləcək. NASA — ABŞ Aerokomik Araşdırmalar Mərkəzinin bu astronomik hadisə ilə bağlı xüsusi mülahizələri və modelləri vardır. Sağdakı şəkildə bu proses təsvir edilmişdir. Bu təsvirlər NASAnın vizuallaşdırmalarıdır və 7 mlrd il sonra günəş sistemi məhv olacağını iddia edir. Aşağıda şəkildəki səkkiz fraqmentin izahı verilmişdir.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. == Qaydalar == Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. == İstehsal == Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Qapışma (film, 2000)
Qapışma (ing. Snatch) — 2000-ci ildə rejissor Qay Ritçi tərəfindən çəkilmiş cinayət-komediya filmi. Filmdə əsas obrazlar anası ve atası təyyarədə tanış olduğu üçün Türk (Ceyson Stetem) adını alan bir ingilis və silahları çox sevən dostu və Tommidir. Onlar qanunsuz boks görüşləri təşkil edir, bu boks üçün Kərpic Sifət (Alan Ford) adında böyük bir mafiyadan kömək istəyirlər. O da, Türk ve Tommi üçün lazım olanı edir. Ancaq bir gün bu ikisinin boksçusu Möhtəşəm Corc (Bred Pitt) adında bir qaraçıya uduzur. Türk ilə Tommi boksçularını dəyişdirmək məcburriyətində qalırlar ve elə bu səbəbdən onlar Mikini özlərinə yeni boksçu götürürlər. Kərrpic Sifətin onlardan istəyi dördüncü raundda Mikinin uduzmasıdır. Ancaq buna əməl etmir və bunun nəticəsində boksçunun anası öldürülür. Həmçinin qumarbaz Dört Barmaq ləqəbli Frenki (Benisio del Toro) indi Əmioğlu Avi (Denis Ferina) adındakı öz bossu üçün almaz oğurlayacaqdır.
Yeni Dalğa (yarışma)
Yeni Dalğa (rus. Новая волна, latış. Jaunais Vilnis‎) — 2002-ci ildə rus bəstəkarı İqor Krutoy və Latviyalı pianoçu və bəstəkar Raymond Pauls tərəfindən yaradılan daha sonra isə rus superstarı Alla Puqaçova tərəfindən inkişaf etdirilən populyar musiqinin gənc ifaçıları üçün nəzərdə tutulmuş beynəlxalq bir yarışmadır. Müsabiqə ümumilikdə altı gün davam edir: 3 müsabiqə günü, 2 xüsusi tədbir günü və sonunda yarışmanın nəticələrinin açıqlandığı gün konsertlə bitir. İlk 14 il ərzində Yeni Dalğa Latviyanın sahil şəhəri olan Yurmalada keçirildi lakin 2015-ci ildə Soçiyə(Rusiya Federasiyası) köçürüldü (digər potensial yerlərə Bakı, Kalininqrad, Kazan və Krım daxil idi). Təşkilatçı İqor Krutoyun dediyinə görə, köçürülmənin əsas səbəbi Rusiyanın müğənniləri Valeriya, İosif Kobzon və Oleq Qazmanovun Xarici İşlər Naziri Edqars Rinkeviçs tərəfindən Krımın ilhaq edilməsinə səsləndirdikləri dəstəkdən ötəri Latviyaya girişinə icazə verilməməsi idi. Yarışmanın məqsədi Avropanın hər yerindən, keçmiş SSRİ-dən və ABŞ-dən yeni ulduzları populyarlaşdırmaq məqsədi daşısa da, bir çox indiki və keçmiş super ulduzlar burada iştirak edir. Yeni Dalğada ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Jamala (Ukrayna), DoReDos (Moldova) və Demy (Yunanıstan) iştirak ediblər.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Too hot to handle (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Cariama cristata
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Karişma Kapur
Karişma Kapur (25 iyun 1974, Bombey) — Hindistan kino aktrisası. == Həyatı == Karişma Kapur 25 iyun 1974-cü ildə Hindistanın Mumbay şəhərində məşhur hind aktyoru Rac Kapurun oğlu aktyor Randhir Kapur və aktrisa Babitanın ailəsində dünyaya gəlmişdir. Karışmanın kiçik bacısı Karina Kapur da məşhur hind aktrisasıdır. Filmoqrafiyasında 60-a yaxın film və serial var. Filmfare Awards (1997, 1998, 2001, 2002) mükafatı və Milli kinomükafatı (1998) laureatıdır. 1991-ci ildə "Sevgi əsiri" filmində Nilima rolu ilə debüt edib. Bu filmdən sonra daha çox komediya filmlərinə dəvət alan aktrisa Salman Xan və Qovinda kimi aktyorlarla çəkilib. 1996-cı ildə Amir Xanla çəkildiyi "Raca Hindustani" filmindəki rolu ilə daha çox məşhurlaşıb. Bu film ona ən yaxşı qadın rolu nominasiyasında ilk Filmfare Award mükafatını qazandırır. 2001-ci ildə "Qardaşın axtarışında" filmindəki roluna görə Karizma ikinci dəfə mükafata layiq görülür.