1. Dalaşma, söyüşmə; çarpışma, vuruşma.
□ Dava axtarmaq – heç bir şey üstə dava etməyə çalışmaq, dava etmək üçün bəhanə axtarmaq.
Dava qalxmaq (düşmək) – dava baş vermək.
Dava eləmək – 1) savaşmaq, dalaşmaq, söyüşmək, vuruşmaq.
2) mübahisə etmək.
Dava salmaq – aranı vuruşdurmaq, dava düşməsinə səbəb olmaq.
2. Müharibə.
3. Həlli tələb olunan məsələ, mübahisəli məsələ; münaqişə; iddia. Aradakı davanı həll etmək. Onun davasına baxmaq.
…davası etmək –
…iddia etmək,
…üstündə mübahisə etmək,
…tələb etmək.
4. köhn. hüq. Müdafiə üçün məhkəməyə müraciət, qarşı tərəfi məhkəməyə cəlb etmə, məhkəmə hüzurunda baxılan iş; mühakimə.
□ Dava çəkmək – məhkəmədə çəkişmək, məhkəməyə müraciət etmək, məhkəmədə iş açmaq.
◊ Dava dağarcığı – davakar adam haqqında.