1. is. Şiddətli dava, vuruşma; mübarizə.
[Kərim] bilirdi ki, əlbəyaxa vaxtı dəmadəm yaxınlaşır.
Mən bu qara xəyallarla əlbəyaxa ikən, birdən, deyəsən, gözümə bir işıltı dəydi, yox oldu, yenə göründü.
□ Əlbəyaxa olmaq – bərk vuruşmaq, çarpışmaq; mübarizə etmək.
Çar hökumətinin siyasəti çarın işğal orduları ilə bizi əlbəyaxa olmağa məcbur etdi.
Ər və arvad əlbəyaxa oldular.
[Yusifin] cəbhədə keçirdiyi günlər, ölümlə əlbəyaxa olub, ad-san qazandığı vaxtlar gözünün qabağına gəldi.
2. sif. Şiddətli, amansız.
Əlbəyaxa çarpışma getdikcə şiddətlənirdi.
□ Əlbəyaxa vuruş(ma) – silahsız halda və ya soyuq silahla aparılan döyüş.
Pilləkəndə əlbəyaxa vuruşma uzun çəkdi.
Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa.
Əlbəyaxa vuruşmaq – birbirindən yapışmaq, şiddətli vuruşmaq.
Araz onlarla əlbəyaxa vuruşaraq təslim olmurdu.
Müşkünaz təkliklə əlbəyaxa vuruşur, bu təkliyi evdən qovub uzaqlaşdırmaq istəyirdi.