Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çilgird
Çilgird— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Kuhrəng şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,708 nəfər və 539 ailədən ibarət idi.
Çilçıraq
Lüstr, çilçıraq , qəndil və ya avizə — şaxələnmiş, dekorativ tavandan quraşdırılmış işıq qurğu. Çilçıraqlar ümumiyyətlə təmtəraqlıdırlar və onlarla lampa, kompleks şüşə serialları və ya kristal prizmalardan istifadə edərək işığın sınması ilə otağı işıqlandırırlar.
Cilizə
Cilizə — Ermənistanın Loru mərzində kənd.
Cılfır
Cılfır — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub. Cılfır kəndi Bərgüşad silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyərcik kəndindən köçmüş ailələr tərəfindən Cılfır meşəsi adlanan ərazidə salınmışdır. Kənd həmin meşənin adını daşıyır. Azərbaycan dilinin dialektlərində cılfır "cəngəllik, kol-koslu yer" deməkdir. Cılfır kəndi Bərgüşad silsiləsinin yamaclarında yerləşir. Akif Muradverdiyev. Zəngəzur.
Çıldır
Çıldır — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Çılğır
Çılğır (əvvəlki adı: Çiləgir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyid kənd inzibati ərazi dairəsi tərkibindəki Çiləgir kəndi Çılğır kəndi adlandırılmışdır.
Çırçır
Çırçır (Sevan)
Çırçıra (Çaroymaq)
Çırçıra (fars. چرچرا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (17 ailə).
Claire Danes
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Claire Forlani
Kler Antonia Forlani (ing. Claire Antonia Forlani; 17 dekabr 1971, London, Böyük Britaniya) — ingilis aktrisa. Kler Forlani Tvikenhemdə anadan olub. 11 yaşında Ferraradan İtaliyaya, sonra isə Londona köçüb. Londonda İncəsənət Pedaqoji məktəbinə daxil olub və altı il burada təhsil alıb. Forlaninin valideynləri 1993-cü ildə San Fransiskoya köçüblər. Sonralar Forlani J.F.K.-televiziya verilişinə çəkilib. "Ehtiyatsız gənclik" və "Polis Akademiyası: Moskva missiyası" filmində rol alıb. 1995-ci ildə Kevin Smitin Malltrats filmində Brendi Svenninqin köməkçisi, 1996-cı ildə "The Rock" filmində Ceyd Ancelo, 1998-ci ildə Tanış olun, Co Blek Syuzan Perriş rolunu oynayıb. 2003-cü ildə Ceki Çan ilə birgə "Medalyon" filmində baş rola çəkilib.
Marie Claire
Marie Claire — aylıq qadınlar üçün moda jurnalı. Əsası 1937-ci ildə Fransada qoyulmuşdu. Jurnal dünyanın 26 ölkəsində çap olunur. Jan Pruvo 1937-ci ildə Fransada jurnalın ilk nömrəsini yaratmışdı. O vaxtlar jurnal hər həftə satışa çıxarılırdı. Fransız oxucuları şəhər kiosklarında izdihamla alaraq orada böyük kütlə halı yaradırdılar. Ancaq 1942-ci ildə, Fransanın alman işğalından sonra, bir sıra jurnal nəşriyyat evlərinin bağlanılması Marie Claire-yə də toxundu. Jurnal 1954-cü ilə kimi buraxılmırdı. Sonradan yenidən satışa çıxdıqdan sonra, jurnalın satış-formatı dəyişilir; o artıq hər həftə deyil, ayda 1 dəfə buraxılırdı. Jurnalın 50 illiyi 2004-cü ildə qeyd edildi, jurnalın üz qabığını Vanessa Paradi bəzədi.
Çıldır döyüşü
Çıldır döyüşü (farsca:نبرد چلدر; türkcə: Çıldır Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində baş vermiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır. Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasındakı sərhəd 1555-ci ildə imzalanmış Amasya sülhü ilə təmzimlənirdi. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Səfəvi imperiyası daxilində taxt uğrunda mübarizə kəskinləşdi. Onun varisləri olan Heydər Mirzə ilə İsmayıl Mirzə arasındakı mübarizə nəticəsində İsmayıl qalib gələrək şah oldu. İki il sonra III Murad (1574–1589) Qafqaza müdaxilə edib orada öz hakimiyyətini qurmaq üçün ideal zamanın yetişdiyi qərarına gəldi. Baş vəzir Sokollu Mehmed Paşa yürüşə qarşı olsa da, onun təsir dairəsi artıq çox daralmışdı. III Murad Səfəvilərlə müharibəyə ciddi hazırlıq görmüşdü.
Çıldır gölü
Çıldır gölü — Araz hövzəsinin ən böyük gölü. Şərqi Anadoluda 1959 m yüksəklikdə yerləşir və Qərbi Arpa çayın mənbəyini təşkil edir. Sahəsi 123 kvadrat kilometrdir.Kısır və Akbaba dağları arasında vulkan mənşəli çuxurda yerləşən gölün uzunluğu 18,3 kilometr, maksimal eni isə 16,2 kilometrdir. Əsasən qar suları, bulaqlar, kiçik çaylarla qidalanan Çıldır gölünün orta dərinliyi 30 metrə,ən dərin yeri 130 metrə, həcmi isə təxminən 1,2 kub kilometrə çatır. Çıldır hövzəsinin illik orta temperaturu təxminən 3,5 dərəcədir.
Çıldır əyaləti
Çıldır əyaləti — veya Çıldır Beylerbeyliği (Osmanlıca: ایالت چلدر , "Eyalet-i Çıldır") Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Adı Çıldır gölüündəndir. 1574 ci ildə Çıldır əyalətinin bölgüsü. 1. Ahısqa sancağı 2. Axalkələk sancağı 3. Çıldır sancağı 4. Posho sancağı 5. Bedre sancağı 6. Penek sancağı 7.
Çırçır (Meşkinşəhr)
Çırçır (fars. چرچر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Çırçır (Mərənd)
Çırçır (fars. چرچر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (77 ailə).
Çırçır (Sevan)
Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı Sutökülən olmuşdur. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Çirçir formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözünün dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.
Augustin Saint-Hilaire
Oqüsten Sent-İler (fr. Augustin François César Prouvençal de Saint-Hilaire; 4 oktyabr 1779, Orlean – 3 sentyabr 1853, Orlean) — Fransız botaniki və səyyahı. Flora Brasiliae Meridionalis (3 cilddə, 1825–1832), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə. Histoire des plantes les plus remarquables du Brésil et de Paraguay (1824) Plantes usuelles des Brésiliens (1827–1828), Adrien Anri Loran de Jüsse və Jak Kambessede ilə birlikdə.
Çıldır döyüşü (1578)
Çıldır döyüşü (farsca:نبرد چلدر; türkcə: Çıldır Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində baş vermiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır. Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasındakı sərhəd 1555-ci ildə imzalanmış Amasya sülhü ilə təmzimlənirdi. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Səfəvi imperiyası daxilində taxt uğrunda mübarizə kəskinləşdi. Onun varisləri olan Heydər Mirzə ilə İsmayıl Mirzə arasındakı mübarizə nəticəsində İsmayıl qalib gələrək şah oldu. İki il sonra III Murad (1574–1589) Qafqaza müdaxilə edib orada öz hakimiyyətini qurmaq üçün ideal zamanın yetişdiyi qərarına gəldi. Baş vəzir Sokollu Mehmed Paşa yürüşə qarşı olsa da, onun təsir dairəsi artıq çox daralmışdı. III Murad Səfəvilərlə müharibəyə ciddi hazırlıq görmüşdü.