Çıldır gölü
Çıldır gölü — Araz hövzəsinin ən böyük gölü.
Şərqi Anadoluda 1959 m yüksəklikdə yerləşir və Qərbi Arpa çayın mənbəyini təşkil edir. Sahəsi 123 kvadrat kilometrdir.Kısır və Akbaba dağları arasında vulkan mənşəli çuxurda yerləşən gölün uzunluğu 18,3 kilometr, maksimal eni isə 16,2 kilometrdir. Əsasən qar suları, bulaqlar, kiçik çaylarla qidalanan Çıldır gölünün orta dərinliyi 30 metrə,ən dərin yeri 130 metrə, həcmi isə təxminən 1,2 kub kilometrə çatır. Çıldır hövzəsinin illik orta temperaturu təxminən 3,5 dərəcədir.