SUNAYƏ
SURACƏDDİN
OBASTAN VİKİ
Surac Sadıqov
Surac Ədalət oğlu Sadıqov (d. 15 iyul 2001; Ağalıkənd, Biləsuvar rayonu — ö. 10 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Surac Sadıqov 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Surac Sadıqov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və 10 oktyabr 2020-ci il tarixində tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Surac Sadıqov 11 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Ağalıkənd kənd məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Surac Sadıqov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidiadxar Suracprasad Naypol
Vidiadxar Suracprasad Naypol (ing. Sir Vidiadhar Surajprasad Naipaul; 17 avqust 1932[…], Çaquanas – 11 avqust 2018[…], London) — hind əsilli Britaniya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001). == Həyatı == XXI yüzilliyin ilk Nobel mükafatı laureatı, hind əsilli Britaniya yazıçısı Vidiadxar Suracprasad Naypol Trinidad və Tobaqoda doğulmuşdur. O, öz ölkəsi miqyasında bir sıra tanınmış ədəbi şəxsiyyətlər və siyasətçilər yetirən Kapildeo nəslindən idi. Kapildeo nəsli Karib hövzəsinə Hindistanın cənubundan köçmüşdü. Vidiadxarın atası Seeperesad Naypol (1906-1953) "Trinidad Guardian" qəzetinin müxbiri idi. Onun "Qurudevanın macəraları" romanı ölümündən çox sonra, 1976-cı ildə Londonda nəşr edilmişdi. Əslində, zavallı ata qonorar hesabına ailəsinin maddi vəziyyətini bir qədər düzəltmək üçün roman yazmağa girişmiş və əsərin əlyazmasını 50-ci illərin sonlarında Londonda təhsil alan oğlu Vidiadxar Naypola göndərmişdi. Seeperesad hər iki oğlunun ədəbiyyata həvəslərini hər vasitə ilə təşviq edirdi. Nobel laureatının kiçik qardaşı Şiva Naypol (1945-1985) da Britaniya yazıçısı və jurnalist kimi yaxşı tanınırdı.
вы́таять переохлади́ться приватизи́ровать рапсоди́ческий рекурсио́нный акцентиро́вка буты́лочка динамоме́трия крестоцве́тные леводемократи́ческий нака́пчиваться перезнако́мить пло́тность тва́рный Хоривица cicadae defending line delusiveness enervate hogger Mare Nostrum self-wisdom вензель предварительный справлять