Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çilənab
Çilənab (Əhər)
Çennay
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Çilənab (Vərziqan)
Çilənab (fars. چلناب‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (44 ailə).
Çilənab (Əhər)
Çilənab (fars. باشكند‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (26 ailə). Əhər şəhristanının Vərzəqan bölgəsinin Üzümdil kəndistanında, Vərzəqan qəsəbəsindən 14 km şimal-şərqdədir.
Çennay ekspresi
Çennay ekspresi (ing: Chennai Express, hind: चेन्नई एक्सप्रेस, tam: சென்னை எக்ஸ்பிரஸ்) — Rohit Shetty tərəfindən 8 avqust 2013-cü ildə ekranlaşdırılan Hindistan komediya filmidir. Baş rollarda Şah Rukh Khan və Dipika Padukone oynamışdırlar. Film 6 kateqoriya üzrə Filmfare Mükafatlarına namizəd olsa da, heç bir mükafat almamışdır. Film 422 crore (68 milyon dollar) gəlir əldə etmişdir. Çennay ekspresi Hindistanın ən çox gəlir gətirən filmi olmuş və Baykerlər 3 filmi tərəfindən 4 ay sonra bu rekord sındırılana qədər bu adı özündə saxlamağı bacarmışdır. Hələ azyaşlı uşaq olanda Rahul hər iki valideynini ağır avtomobil qəzasında itirib. Yetim böyüyən Rahulu nənə-babası öz himayələrinə götürüb. Ancaq ad günü ərəfəsində sevimli babası gözlənilmədən dünyasını dəyişir. Onun kül halına gətirilmiş nəşini Rameşvarama aparmaq lazım gəlir. Ad günü ərəfəsində Rahul dostları ilə Qoaya istirahətə yollanmağa razılaşmışdı.
Çennay ekspresi (film, 2013)

Cinemax
Cinemax — ABŞ kabel və peyk ödənişli teleşəbəkəsi. Telekanalın sahibi «WarnerMedia» mülkü olan «HBO» teleşəbəkəsidir. «Cinemax» əsasən bədii filmlər, sənədli filmlər və özünün istehsal etdiyi teleserialları yayımlayır. Teleşəbəkənin baş qəargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkə 1 avqust 1980-ci ildə təsis edilmişdir. 2015-ci ilin iyul ayında «Cinemax» teleşəbəkəsinin ABŞ-də təqribən 21.325.000 abunəçisi (ümumi telekanalların 18.3%-i) var idi və ən azından ölkədəki ödənişli televiziya xidmətinə sahib 20.785.000 abunəçinin (ümumi telekanalların 17.9%-i) əsas «Cinemax» teleşəbəkəsini izləmə imkanına malik idi.
Pilenay
Pilenay qalası — Litvada orta əsrə aid bir qala. Litva tarixində qala qəhrəmanlıqla müdafiə olunması ilə məşhurdur. Knyaz Marqirisin başçılıq etdiyi tarixi müdafiə, 1336-cı il fevralın 25-də qala Tevton ordeni tərəfindən mühasirəyə alındıqda baş vermişdir. Qalaya yürüş Qrand Master Ditrix fon Altenburq tərəfindən əmr edildi. Onun məqsədi birbaşa Prussiya ilə sərhəddə yerləşən Jemaytiyanın mühüm qalasını dağıtmaq olur. Pilenay və ətrafnın sakinləri özlərini daha böyük bir düşməndən qorumağın mümkün olmayacağını başa düşdükdə, düşmənin heç bir dəyər əldə etməməsi üçün bütün əmlaklarını məhv edərək kütləvi intihar etmək, həmçinin qalanı yandırmaq qərarına gəldilər. Tevton ordeni tabe olmaqdan və qul olmaqdansa ölməyi üstün tutdular. Əvvəlcə sakinlər əmlaklarını yandırdılar, qalaya atəş vurdular. Sonra kişilər, qadınlar və uşaqlar intihar etdilər. Livoniyalı salnamələrə görə əvvəlcə yaşlı keşiş yüzdən çox qala müdafiəçisi - kişilər, qadınlar, uşaqları bir balta doğradı.
Cinema 4D
Cinema 4D – kompüter proqramı. == MAXON == MAXON Computer GmbH 1986-ilində indiki CEO- ları Harald Egel, Harald Schneider və Uwe Bärtels tərəfindən qurulmuşdur. Şirkət müdürü Frakfurt-un şimalında Friedrichsdrof-Almaniya-dadır. Daha sonra sırasıyla 1998-ilində U.S yan qurulşu MAXON Inc-2001 ilində MAXON məhsullarının dünya çapında 70% in dən çox ölkədə 40-dan çox distribütör tərəfindən satış olunmaqda idi. 2000-ilinin başlarında, mərkəzi Münih-Almaniya olan Nemetschek AG (www.nemetschek.de) MAXON-un 70% hissəsini əldə etmiş ancaq qalan 30% hissesini şirkət qurucularında qalmişdir. MAXON Computer, bazardakı 3 Boyutlu Grafika bazarında öncü proqram yüksəldiciləri arasında yerini almaqda idi. MAXON işə ticari digital jurnal çap yayıncılıqı, avadanlıq və yazılım yuksəldici olaraq başladı. İllər sonra, MAXON-un nəzər nöqtəsi 3D yazılım paketləri yüksəltmə sahəsinə yönəldi. MAXON-un ilk məhsulu , Medya yayımları içərisində öndə gələn animasiya proqramlarindan CİNEMA 4D etrafında birləşdi və Bodypaint o da öncül rəngləndirmə paketi oldu. Bu softlar sürətlərinə, güvənirliyinə ve mövqelərinə görə kateqoriyalara bölündülər.
Fatimə Cinnah
Fatimə Cinnah ( فاطمہ جناح‎;31 iyul 1893, Kəraçi, Britaniya Hindistanı – 9 iyul 1967, Kəraçi, Pakistan) — Māder-e Millat ("Millətin Anası") olaraq məşhur olan Pakistan siyasətçisi, diş həkimi, dövlət xadimi və Pakistanın qabaqcıl qurucularından biri. Məhəmməd Əli Cinnahın kiçik bacısı idi. 1923-cü ildə Kəlkətə Universitetindən bir diş həkimi dərəcəsi aldı və daha sonra Pakistanın ilk qubernatoru olmuş böyük qardaşı Məhəmməd Əli Cinnahın yaxın adamı və məsləhətçisi oldu.Britaniya Hindistanın güclü bir tənqidçisi, iki millət nəzəriyyəsinin güclü bir müdafiəçisi və Ümumdünya Hindistan Müsəlman Liqasının lider üzvü olaraq ortaya çıxdı. Pakistan müstəqillik əldə etdikdən sonra Cinnah, yeni qurulan ölkədə miqrant qadınların məskunlaşmasında ayrılmaz rol oynayan Pakistan Qadınlar Liqasını qurdu. Qardaşının ölümünə qədər ən yaxın köməkçisi olaraq qaldı. Ölümündən sonra Fatiməyə 1951-ci ilə qədər millətə müraciət etmək qadağan edildi; onun 1951-ci ildə millətə etdiyi radio müraciəti Ləyaqət Əli Xan rəhbərliyi tərəfindən ağır senzura edildi. 1955-ci ildə "Qardaşım" kitabını yazdı, ancaq Fatiməni "anti-millətçi material" da günahlandıran qurum tərəfindən senzura görə yalnız 32 il sonra, 1987-ci ildə nəşr olundu. Hətta kitabın əlyazmasından sadəcə bir neçə səhifə çıxarıldı. Cinnah, 1965-ci ildə hərbi diktator Eyyub xana qarşı prezident seçkilərində iştirak etmək üçün özünün təyin etdiyi siyasi istefadan çıxdı. O, siyasi partiyaların konsorsiumu tərəfindən dəstəkləndi və hərbi tərəfindən siyasi fırıldaqlara baxmayaraq Pakistanın ən böyük iki şəhəri olan Kəraçi və Dəkkə (Banqladeş) qalib gəldi.
Park Cinema
Park Cinema – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. Azərbaycanda ilk yeni nəsil kinoteatr şəbəkəsi hesab olunur. Park Cinema 26 oktyabr 2010-cu ildə fəaliyyət göstərməyə başlamışdır. 2020-ci ildə başlamış COVİD-19 pandemiyası səbəbilə kinoteatr 2021-ci ilin oktybarına qədər fəaliyyətinə dayandırmalı olmuşdu. Şəbəkənin kinoteatrları Park Bulvar, Metro Park, Zagulba Ticarət Mərkəzi, Alov qüllələrinin ticarət mərkəzi, dənizqırağı Amburan əyləncə kompleksi, Masallı, Şahdağ və Aygün Mall-da yerləşir. Hər il Park Cinema şəbəkəsində kinofestivallar keçirilir, bəzi filmlər və fanatları üçün kospleyli tədbirlər, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar, özəl günlərə aid kampaniyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur. Bədii və cizgi filmlərlə yanaşı BTS kimi K-pop qruplarının film-konsertləri nümayiş etdirilir. Socialbakers-ə görə Park Cinema səhifəsi istifadəçilərin sorğularının 98%-ni cavablandırdığına görə sertifikat alıb və Azərbaycanın ən müzakirə olunan və populyar kinoman qrupu statusunu alıb. 2016-cı ildə "Warner Bros." və "Universal Pictures" tərəfindən aparılmış film icarəsi hesabatında kassa gəliri və tamaşaçı sayı baxımından "Park Cinema" Azərbaycanda birinci yerdə göstərilmişdir. Digər kinoteatrlar şəbəkəsi olan "CinemaPlus" ilə, eləcə də, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir.
28 Cinema
CinemaPlus və ya sponsorluq razılaşmasına əsasən CineMastercard – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. 2012-ci ildə 28 Cinema adı ilə yaradılmışdır. == Tarixi == Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur. 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu. 2024-cü ildə Mastercard ilə əldə olunmuş razılaşmaya əsasən adını CineMastercard olaraq dəyişdirmişdir. == Haqqında == Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir. Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır.
Cinnah (film, 1998)
Cinnah — Pakistanın əsasını qoyan Məhəmməd Əli Cinnahın həyat yolunu işıqlandıran 1998-ci ildə çəkilmiş epik bioqrafik film. Fimin rejissoru Cəmil Dehlavidir. Ssenarisi isə Əkbər Səlahəddin Əhməd və Cəmil Dehlaviyə aiddir. Film 1998-ci ildə Böyük Britaniya və Pakistanda nümayiş etdirilib.
Muhammed Ali Cinnah
Məhəmmed Əli Cinnah (urdu محمد علی جناح ; 25 dekabr 1876[…], Kəraçi, Britaniya Hindistanı, Britaniya imperiyası – 11 sentyabr 1948[…], Kəraçi, Sind[d]) — Pakistanın ilk general-qubernatoru, və ölkənin qurucu şəxsiyyəti, Müsəlman liqasının banisi. Cinnah, 1913-cü ildən Pakistanın 14 avqust 1947-ci ildə qurulmasına qədər, daha sonra Pakistanın ilk Baş Qubernatoru olaraq Ümumdünya Hindistan Müsəlman Birliyinin lideri olaraq çalışmışdır. Pakistanda Queyd-i-Əzam ("Ulu Öndər") və Baba-i Qəyyum ("Millət Atası") kimi hörmətə layiqdir. Pakistanda doğum günü milli tətil hesab olunur. Kəraçidə anadan olan Cinnah Londondakı Linkoln İnn-də vəkil kimi təhsil aldı.Britaniya Hindistanına döndükdən sonra Bombey Yüksək Məhkəməsinə müraciət etdi və sonda qanuni təcrübəsini əvəzləyən milli siyasətlə maraqlandı. Cinnah, 20-ci əsrin ilk iki ongünlüyündə Hindistan Milli Konqresində məşhurlaşdı. Siyasi karyerasının bu ilk illərində Cinnah, özünün də önə çıxdığı Konqres və Bütün Hindistan Müsəlman Birliyi arasındakı 1916-cı il Laknou Paktının formalaşmasına kömək etdi. Cinnah, bütün Hindistanın liqasının əsas lideri oldu və müsəlmanların siyasi hüquqlarının qorunması üçün on dörd bəndlik konstitusiya islahatı planını təklif etdi. 1920-ci ildə Cinnah, siyasi anarxiya olaraq qəbul etdiyi Satyaqraha kampaniyasını izləməyə razı olduqda Konqresdən istefa etdi. 1940-cı ilə qədər Cinnah, Hindistan yarımadasında olan müsəlmanların öz dövlətlərinə sahib olmalarına inanırdı.
Məhəmməd Əli Cinnah

New Line Cinema
New Line Cinema - Robert Şeye tərəfindən 1967-ci ildə əsası qoyulan film istehsal edən şirkətdir. "New Line Cinema" kinokompaniyası Qarağac küçəsində qarabasma filmindən sonra böyük müvəffəqiyyət əldə etmişdir. 2008-ci ildə krizisə görə Warner Bros. kompaniyasına qatılmışdır.
Cinna Beynəlxalq Hava Limanı
Cinna Beynəlxalq Hava Limanı (ing. Jinnah International Airport) (IATA: KHI, ICAO: OPKC) — Kəraçi şəhərində yerləşir. Pakistanın ən böyük beynəlxalq hava limanıdır. == Tarixi == 7 aprel 1929-cu il tarixində Kəraçi şəhərində Britaniya Hindistanında ilk hava limanının əsası qoyuldu. Pakistanın general-qubernatoru Məhəmməd Əli Cinnanın ölümündən sonra Karaçi hava limanı onun şərəfinə adlandırıldı. 1992-ci ildə hava limanında irimiqyaslı yenidənqurma işləri aparıldı və iri beynəlxalq terminal inşa edildi. Bu terminal avtomobillər üçün geniş parkinq yeri olan 7 mərtəbədən ibarətdir. Gündəlik olaraq hava limanına sərnişin axını 20.000 nəfər, bütövlükdə isə "Cinna"-dan gün ərzində 40.000 sərnişin istifadə edirdi. Kəraçidə hava limanı Pakistanın ən iri və ən müasir hava limanıdır. Britaniya Hindistanında mülki aviasiyanın atası Cuhu Bombeyə (indiki Mumbaya) Drigh Road airstrip-ə, hazırkı Cinna Hava Limanına ilk səfəri edir.