ÇİNƏDAN

is. [ fars. ] Quşlarda, həşəratlarda və molyusklarda qidanın toplanması üçün qida borusunun yoğun hissəsi.
[Qızılquş] öz balalarını ilk vaxtlarda çinədanında yumşaltdığı ətlə, sonralar kiçik quşlarla yemləyir. Zoologiya”.

◊ Çinədanı dolu olmaq – deməyə çox sözü olmaq, ürəyi sözlə dolu olmaq.
Çinədanına yığmaq – eşitdiyi söhbəti yadında saxlamaq.
Şəmsi qulağını şəkləyib, deyilənləri bir-bir çinədanına yığırdı. M.Süleymanov.

Çinədanını boşaltmaq – ürəyindəki sözü demək, danışmaq.
[Fəridə Fərəcə:] Yox, sən də çinədanını boşalt. Ə.Məmmədxanlı.

Этимология

  • ÇİNƏDAN Çine farsca “quş yemi” deməkdir. Dan “qab” anlamında işlədilir, hərfi məna “yem qabı”dır, quşun mədəsinə deyirlər
ÇİNCƏ
ÇİNİ

Значение слова в других словарях