Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çinarlı
Qəsəbələr Çinarlı (Şəmkir) — Şəmkir rayonunda qəsəbə. Kəndlər Çinarlı (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Çinarlı (Xocavənd) — Xocavənd rayonunda kənd Çinarlı (Qax) — Qax rayonunda kənd. Çinarlı — Tiflis quberniyasının Borçalı qəzasında, indi Şəmşəddin rayonunda kənd.
Çinarlı (Biləsuvar)
Çinarlı (əvvəlki adı: Novoqrajdanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindəki Novoqrajdanovka kəndi Çinarlı kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Çinarlı kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çinarlı kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əvvəllər Velikoknyazevka, bir qədər sonra Novoqrajdanovka adlandırılmışdır. Ərazisindəki çinar ağaclarının çoxluğuna görə 1991-ci ildən Çinarlı adı rəsmiləşdirilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə yerləşir. Kənddə Çinarlı kənd kitabxana filialı və Çinarlı Poçt Şöbəsi (AZ1314) fəaliyyət göstərir. Kənddə Çinarlı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Çinarlı (Qax)
Çinarlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Çinarlı kəndi Fıstıqlı, Süskənd və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. Kənd 1999-cu ildə yaradılmışdır. Qax rayonunun Qum i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur mahalından köçüb gəlmiş əhalinin Çinarlı adlanan yerdə məskunlaşması nəticəsində yaranmış və salındığı ərazinin adı ilə adlandırılmışdır; Kənd əhalisi əsasən etnik saxurlardan ibarətdir və saxur dilində danışır. 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Çinarlı kəndində 128 təsərrüfatda hər iki cinsdən toplam 398 nəfər əhali yaşamaqdadır.
Çinarlı (Qəzvin)
Çinarlı (fars. چنارلو‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.
Çinarlı (Xocavənd)
Çinarlı (əvvəlki adı: Vəng) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 oktyabr 2020-ci il tarixli, 190-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılmışdır. 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Çinarlı kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Çinarlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Çinarlı (Şəmkir)
Çinarlı (əvvəlki adları: Yelenendorf (1888-1931); Georgiyevsk (1931-1941); Leninfeld (1941–1962); Lenin (1962–29 dekabr 1992) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Lenin qəsəbəsi Çinarlı qəsəbəsi adlandırılmışdır. Yaşayış məntəqəsini 1888-ci ildə Yelenendorf kolonistlərindən 80 ailə tərəfindən qurulub və onu hersoq George Alexandrovich Romanovun şərəfinə Georgsfeld adlandırıblar. 1917-ci ilə qədər Yelisavetpol quberniyasının, Yelisavetpol qəzasının, Georgsfeld (Georgiyevsk) volostunun tərkibində olmuşdur. Quberniya hakimiyyətinin 9 fevral 1916-cı il tarixli fərmanı ilə Rusiya ilə Almaniya arasında gedən müharibəni nəzərə alaraq 1932-ci ildə Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Georgsfeld kəndinin adı dəyişdirilərək Leninfeld adlandırıldı. 1942-ci ildə burada yaşayan almanlar İkinci dünya müharibəsi zamanı məcburi olaraq başqa yerlərə köçürülmüş və 1947–49-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr burada yerləşdirilmışdır. Almanlar çıxarıldığı tarixdən 1962-ci ilə kimi kənd Leninkənd, 1962-ci ildə isə qəsəbə statusu verildikdən sonra Lenin adlandırıldı. 1992-ci ildən Çinarlı adı ilə rəsmiləşdirilmişdir. Rəmzi məna daşıdığı güman edilir. Şəmkir çayının kənarında yerləşən bu qəsəbədə bəzi qədim qalaların da qalıqları mövcuddur.
Çinarlı bələdiyyəsi
Çinarlı bələdiyyəsi (Biləsuvar) — Biləsuvar rayonunda bələdiyyə. Çinarlı bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Çinarlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Çinarlı bələdiyyəsi (Biləsuvar)
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çinarlı bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çinarlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çinarlıq
Çinarlıq (fars. چنارلق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (133 ailə).
Qərb çinarı
Təbii halda Şimali Amerika-Ontariodan Meksika və Şimali Floridaya qədər yayılmışdır. Hündürlüyü 45 m-ə qədərdir. Çətiri uzunsov və ya yumurtavari-piramidaldır. Gövdəsinin qabığı açıq boz rəngli, xırda, nazik lövhələrlə ayrılır və açıq sarı rəngli tər qabığın xallarını açır. Birillik budaqları tünd, narıncı-qonurdur. Yarpaqları iri, eni 20 sm-ə qədər, üçpərli, güclü zoğlarda bəzən beş pərli, parlaq, üstdən tünd yaşıl, altdan nisbətən açıq rəngdə, bünövrəsi enli-ürəkvari, bəzən qısa-pazşəkilli, kənarları bütövdür. Cavan yarpaqları hər tərəfdən seyrək keçəli, inkişaf etmişlərin üstü çılpaq və parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, damarcıqlarda və qoltuqlarında keçəli-tüklüdür. Saplağı keçəli-tükcüklü və şərq çinarına nisbətən daha uzundur. Yalançı zoğların uzunluğu 2,5-3,5 sm, qıfvari, kənarları dişlidir. Meyvə başcıqları tək, bəzən cüt, hamar, diametri təxminən 2,5-3 sm, çılpaq meyvə saplağının ucunda uzunluğu 7,5-15 sm-dir.
Şərq çinarı
Təbii hаldа Bаlkаn yаrmаdаsındа, Еgеy dənizi аdаlаrındа, Kiçik Аsiyаnın cənub və qərbində, Аrаlıq dənizinin şərq sаhillərində, Kipr və Krit аdаlаrındа yаyılmışdır. Hündürlüyü 40-50 m-ə, gövdəsinin diаmеtri 1,5-3 m-ə çаtаn gеniş çətirə mаlik iri аğаcdır. Gövdə və budаqlаrın qаbığı yаşılımtıl, аçıq bоz və yа sаrımtıl-yаşıldır. Tumurcuqlаrı еnli-kоnusşəkillidir, şişuclu, uzun zоğlаrdа növbəli düzülmüşdür. Yаrpаqlаrı növbəli düzülüşlü, dəyirmi və yа yumurtаvаri, 3-7 dilimlidir, uzun sаplаqlı, üst tərəfi pаrlаq yаşıl, аlt tərəfi qоnur-yаşıl, çılpаq və yа sеyrək tüklüdür. Birеvli bitkidir. Çiçəkləri müхtəlif cinsli, sаllаnаn uzun sаplаqlаrdа 2-dən 70-ə qədər оlmаqlа şаrvаri çiçək qrupundа yеrləşmişdir. Mеyvəsinin diаmеtri 2-2,5 sm-ə, uzunluğu 4-7 mm-ə çаtаn, yuхаrısı еnliləşmiş və tüklənmiş tохumcаdır. Tохumu uzunsоvdur. Toxum, qələm, bаsdırmа və gövdə pöhrəsi ilə аrtırılır.
Xan Çinarı (Şəki)
Xan Çinarı — Şəki şəhərindəki Şəki xan sarayının həyətində yerləşən ağac. Çinar Şəkidə Xan sarayının həyətində yerləşir. Ağac 1530-cu ildə əkilib. Gövdəsi 7.3 metrdir. Hündürlüyü 34 metrdir. Xan sarayının qarşısında olan çinarlar "Qırmızı kitab"a salındığından onları kəsmək qadağandır. Çinarlar Şərq çinarı növünə aiddirlər. Ağacların Xan sarayının binası üçün hələlik təhlükəsi yoxdur. 2019-cu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində bu ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Çinari
Çinari — Berd rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Tovuz rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Timarlı
Timarlı (türk. timarlı) — orta əsr türk dövlətlərində hakimiyyət tərəfindən timar sahiblərindən yığılan nizamsız süvari milis. Timarlılar daimi orduda yürüşlər zamanı xidmət etməli, habelə dinc vaxtlarda timarlarından gələn gəlir qarşılığında cinayətlərə qarşı cəza tədbirlərində iştirak etməli idilər. Timar sistemi Bizans proniyasının bir çox xüsusiyyətlərini miras götürmüşdür. Bu sistem Osmanlı imperiyasında görkəmli əsgərlərə mükafatlar verən, 1326–1359-cu illərdə hakimiyyətdə olmuş Sultan I Orxanın dövründə meydana çıxmışdır. 1525-ci il siyahıyaalınmasına görə, 37,818 nəfər timarlı kimi siyahıya alınmışdır. Gwinn, Robert P, Charles E. Swanson, and Philip W. Goetz. The New Encyclopaedia Britannica.vol. 8, 11, 10. London: Encyclopaedia Britannica, Inc., 1986 Goffman, Daniel.
Çaparlı
Çaparlı (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Çaparlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd.
Çinaran
Çinaran — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Çinaran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 41,735 nəfər və 10,179 ailədən ibarət idi.Əhalisi kurmanclar, fars dillilər, türklər və bərbərilərdən ibarətdir.
Çinarcıq
Çinarcıq (türk. Çınarcık) — Yalova ilinin ilçəsi.
Çinarlar
Çinarlar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Çinarlar Dəvəçi rayonunun Düz Bilici inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Quba qəzasının Gumur kənd icmasına mənsub ailələr Çinarlar adlı yerdə əvvəlcə oba kimi salmış, sonralar isə daimi yaşayış məntəqəsinə çevirmişlər. Oykonim "çinar ağacı ilə zəngin" deməkdir.
Çiraxlı
Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraxlı selavının yanında, Terp kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində Çiraxlu formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin başqa adı Çıraxoğlukənd formasında da göstərilir. Toponim qədim sirak türk etnoniminin bir variantı olan çırak (çirax) etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Sirak//çirak tayfasına mənsub yer, sirak//çirak tayfasının yaşadığı yer» mənasını ifadə edir. s~ç səsəvəzlənməsi Azərbaycan dilində qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Onu da deyək ki, Çiraxlı toponimi "Siraklı"nın fonetik formasıdır.
Çinarə
Çinarə — İranın Kürdüstan ostanının Mərivan şəhristanının Sərşiv bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il üzrə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 433 nəfər və 101 ailədən ibarət idi.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
Gilarlı (Germi)
Gilarlı (fars. گيلارلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 341 nəfər yaşayır (65 ailə).
Təşvikiyyə (Çinarcıq)
Təşvikiyyə — Türkiyənin Yalova vilayətinin Çinarcıq rayonunda kənd. Burada Cümhuriyyət, İstiqlal və Qarşı adı verilən 3 məhəllə yerləşir. == Coğrafiyası == Qəsəbə Yalova vilayət mərkəzindən 15 kilometr aralıda, Çinarcıq rayon mərkəzindən 4 km məsafədədir.
Canallı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Cuvarlı
Cuvarlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Dağətəyi ərazidədir. Etnotoponimdir. Azərbaycanlıların cuvarlı tayfasının adındandır. Keçmişdə Azərb.-da su bölgüsünə nəzarət edən şəxslər də cuvar (suçu) adlanırdı. Azərbaycanda Cuvarlı toponimindən və etnonimindən yaranmış Cuvarlı və Cuvarlinski familiyaları ilə bir çox tanınmış görkəmli şəxsiyyətlər olmuşdur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Xınaxlı
Xınaxlı və ya el dilində Qaxay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kotavan kənd inzibati ərazi dairəsində kənd. "Xınaxlı" sözü oykonimdir. Kəndin adının əsl mənası "Xınalıqlıdır". Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Belə ki, kənd həmin vaxtlarda Quba rayonunun Xınalıq kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Həmin ailələr hapıt tayfaları içərisində kiçik köç şəklində buraya gəlmişlər. Kür çayının sahilində, Şirvan düzündədir.
Çıraqlı
Kəndlər Çıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.
Çıraxlı
Kəndlər Çıraxlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çıraqlı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Çıraqlı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Çıraqlı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Çıraqlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Çıraqlı (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Çiraxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Çıraqlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonundakı kənd. Çıraqlı — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Çıraqlı — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Barana (Noemberyan) rayonunda dağ.