Çinarlı (Şəmkir)

Çinarlı (əvvəlki adları: Yelenendorf (?-1931); Georgiyevsk (?-?); Leninfeld (1941–1962); Lenin (1962–29 dekabr 1992) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Lenin qəsəbəsi Çinarlı qəsəbəsi adlandırılmışdır.[1]

Çinarlı
40°46′50″ şm. e. 46°06′54″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.739 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5713
Xəritəni göstər/gizlə
Çinarlı xəritədə
Çinarlı
Çinarlı

Tarixi[redaktə | mənbəni redaktə et]

Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Azərbaycana köçürülmüş almanlar salıb və onu Georgsfeld adlandırıblar. 1932-ci ildə qəsəbənin adı dəyişdirilərək Lenin və ya Leninfild olub. Burada yaşayan almanlar İkinci dünya müharibəsi zamanı məcburi olaraq başqa yerlərə köçürülmüş və 1947–49-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr burada yerləşdirilmışdır. 1992-ci ildən Çinarlı adı ilə rəsmiləşdirilmişdir. Rəmzi məna daşıdığı güman edilir.[2] Çinarlı qəsəbəsi 1991-ci ilə kimi Lenin qəsəbəsi adlanırdı. Şəmkir çayının kənarında yerləşən bu qəsəbədə bəzi qədim qalaların da qalıqları mövcuddur. Bunlardan biri də Koroğlu qalasıdır.

Qəsəbədə 2006-cı ildə böyük məscid kompleksi də inşa edilmişdir. 2009–2010-cu tədris ilində Çinarlı qəsəbə N. Süleymanov adına 2 saylı orta məktəb yenidən qurularaq istifadəyə verilmişdir.

Çinarlı qəsəbəsində yollarla da olan problemlər 2019-cu ildə öz həllini tapdı.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Çinarlı qəsəbəsində böyük istirahət parkı, 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, 1990-cı il 20 yanvar şəhidlərinə ucalmış abidə və hazırda çalışmayan kinoklub mövcuddur.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Coğrafiyası çox mülayim. Çinarlı qəsəbəsi bir tərəfdən Nüzgər dağı, bir tərəfdən Şəmkir çayı, digər tərəflərdən isə Şəmkirin digər səfalı yerləri ilə əhatələnir. Havasi sərindir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 3739 nəfərdir (2010).

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Böyük Şərab zavodu.

İqtisadiyyatın prioritet sahələri: kənd təsərüfatı, üzümçülük, şərabçılıq.

Qəsəbədə həmçinin iki 11 illik orta məktəb, üç ədəd kitabxana, bir məscid, bir xəstəxana, iki uşaq bağçası, bir musiqi məktəbi, bir poçt, üç aptek, bir ədəd istirahət parkı, bir şərab zavodu və gündəlik bazar mövcuddur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  2. Çinarlı (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 75. ISBN 978-9952-34-155-3.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]