Çinarlı (Qax)

ÇinarlıAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Çinarlı
41°28′21″ şm. e. 46°54′40″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 415 nəf.
Xəritəni göstər/gizlə
Çinarlı xəritədə
Çinarlı
Çinarlı

Çinarlı kəndi Fıstıqlı, SüskəndQum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Qax rayonunun Qum i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur mahalından köçüb gəlmiş əhalinin Çinarlı adlanan yerdə məskunlaşması nəticəsində yaranmış və salındığı ərazinin adı ilə adlandırılmışdır;

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi əsasən etnik saxurlardan ibarətdir və saxur dilində danışır.[1]

  • 13-22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı.[2]
  • 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Çinarlı kəndində 128 təsərrüfatda hər iki cinsdən toplam 398 nəfər əhali yaşamaqdadır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu[ölü keçid]
  3. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]