Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mollalı
Azərbaycanda Mollalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Mollalı (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Mollalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Mollalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Mollalı bələdiyyəsi — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Ermənistanda Mollalı (Qafan) — Ermənistanda, keçmiş Qafan rayonu ərazisində kənd. İranda Mollalı (Germi) — İranın Germi şəhristanında kənd. Mollalı (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında kənd.
Çolaqlı
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.
Çılpaqlı
Çılpaqlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində yaşayış sahəsi. Çılpaqlı adlanan yaşayış ərazisinin adı 2020-ci ildə dərc olunmuş "İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2019" sənədində adı keçmir. Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 31 avqust 2006-cı il tarixli 1643 saylı sərəncam imzalamışdır.
Çalmalı
Çalmalı (Şaran) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Çalmalı (dağ) — Kəlbəcərlə Basarkeçər arasında dağ.
Çolpan
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Çolpı
Çolpı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2024 nəfərdir. Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Mollalı (Bərdə)
Mollalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Səfiyar Behbudov — Azərbaycanın Milli Qəhrəmanı.
Mollalı (Cəlilabad)
Mollalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad rayonunun Kürdlər) i.ə.v.-də kənd. Burovar silsiləsinin şm.-ş. ətəyindədir. Yaşayış məntəqəsini mollalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.[mənbə göstərin] 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 253 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mollalı (Germi)
Mollalı (fars. ملالو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (85 ailə).
Mollalı (Hurand)
Mollalı (fars. ملالو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd.
Mollalı (Kəleybər)
Molalı (fars. ملالو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 135 nəfər yaşayır (29 ailə).
Mollalı (Meşkinşəhr)
Mollalı (fars. ملالو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (15 ailə).
Mollalı (Oğuz)
Mollalı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 32 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ şose yolunun solunda yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. "Mollalı" nəsil adından yaranmış oykonimdir. XIX əsrin ortalarında Xaçmaz kəndindən öz ailəsi ilə köçüb burada məskən salmış Molla Əlinin adını daşıyır. Sonralar Molla Əli adı təhrifə uğrayaraq Mollalı formasına düşmüşdür. Molla axunddan sonra gələn dini rütbədir. "Mollalı" (molla-lı) – "mollaya məxsus" anlamını verir. Əhalisi (603 nəfər) heyvandarlıq, taxılçılıq, meyvə-tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, 1 telefon var.
Mollalı (Qafan)
Mollalı — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən kənd. Azərbaycanlılar yaşamış kənd Qafan şəhərindən 15 km şimal-qərbdə Gığıçayının orta axarında, çayın bilavasitə sağ sahilində yerləşir. Mollalı kəndi Qovşud kəndi ilə qonşu, birləşmiş kənd olduğundan rəsmi sənədlərdə Qovşud adlanır. 1939-cu ilə qədər ayrı kənd olmuş, 1939-cu ildən sonra Qovşud kolxozu ilə birləşərək kənd ləğv edilmişdir. İkinci dünya müharibəsindən sonra yenidən bərpa edilən kənd 17 təsərrüfatdan ibarət olmuşdur. Qovşud kəndi çay kənarına enəndən sonra Mollalı kəndi ilə qarışıq kənd olmuş, bütün sənədlərdə Qovşud kimi adlandırılmışdır. 1918-ci il qırğınları vaxtı kənd dağıdılmış, əhalisinin sağ qalanları Naxçıvana pənah aparmışdır. Ermənistanda sovet hökuməti qurulandan sonra salamat qalan əhali öz yerlərinə qayıtmışlar. 1950-ci illərdən sonra kənddə tikinti işləri getmiş və orada əvvəldən yaşayanlar öz yerlərinə qayıtmışlar. Toponim qaraçorlu türk tayfasının əliyanlı tirəsinə mənsub olan mollalı etnonimindən əmələ gəlmişdir.
Mollalı (Qubadlı)
Mollalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Bərgüşad çayının (Bazarçay) sahilindədir. Əsil adı Molla Alıdır. Yerli məlumata görə, yaşayış məntəqəsini Molla Alı adlı şəxs saldığı üçün belə adlanmışdır. Lakin sonralar Mollalı şəklinə düşmüşdür və rəsmi olaraq qəbul olunmuşdur.
Mollalı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çalmalı (Şaran)
Çalmalı (başq. Салмалы, rus. Чалмалы) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Çalmalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 8 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 33 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (68%), tatarlar (29%) üstünlük təşkil edir.
Çalpala (İğdır)
Çalpala — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İğdır şəhərindən 12 km uzaqlıqdadır. İqlimi kontinentaldır. Əvvəlki adı Kiti olmuşdur. 1992-ci ildə Çalpala olaraq dəyişdirilmişdir. Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. Qohumluq əlaqələri olduqca güclüdür. Əhali öz adət-ənənlərinə sıx bağlılığı ilə seçilirlər. İğdır mərkəzindən 29 km, İrəvandan 47 km uzaqlıqdadır. Kəndin şərqində Bayraktutan, cənubunda Küllük kəndi, şimalında isə Ermənistan yerləşir.
Kolalı (Nəmin)
Kolalı (fars. گللو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 610 nəfər yaşayır (127 ailə).
Çalalı relyef
Çokalı (Baltas)
Çokalı (rus. Чукалы, başq. Сокалы) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 119 nəfərdir. Kənd, rayon mərkəzindən 25 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 92 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (51%) tatarlar (45%) üstünlük təşkil edir.
Çolpan (dağ)
Çolpan — Gədəbəy rayonu ərazisində dağ. Azərbaycanın qərb rayonlarında çolpan sözü "təpəlik, kiçik dağlıq" mənasında işlənir. Rayonun Eymir kəndində Çolpan qayası, Daşkəsən rayonunda Çolpan yalı, Tovuz rayonunda Çolpan dərəsi kimi mikrotoponimlər qeydə alınmışdır. Türkdilli xalqlarda çolpan dan ulduzu Zöhrənin (Veneranın) adıdır. Etnotoponim olması da mümkündür. Qırğızıstanın Koçkar rayonunda Çolpon kəndi, İssık-Kul vilayətindo Çolpan-Ata şəhəri var.
Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Çulalı (Sərab)
Çulalı (fars. چوللو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 352 nəfər yaşayır (85 ailə).
Əbdülhəmid Çolpan (yazıçı)
Çolpan (1897, Əndican, Fərqanə vilayəti – 5 oktyabr 1938 və ya 2 oktyabr 1938, Sibir) — Özbəkistan yazıçısı, şairi. Gələcəyin şairinə atası Əbdülhəmid adını qoysa da, o Çolpan kimi tanındı və məşhurlaşdı. Çünki şeirlərini, məqalələrini, romanlarını, pyeslərini Çolpan, yəni Dan ulduzu imzasıyla yazdı. Əbdülhəmid 1893-cü ildə Özbəkistanın Əndican şəhərində doğulub. Onun atası Süleymankul Yunusoğlı mədrəsə təhsili görmüş, şeirləri divan təşkil edəcək bir şair olub. Əbdülhəmid də məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində oxuyub. Rusiya Türküstanı işğal etdikdən sonra rus dilinə böyük ehtiyac duyulurdu. Müstəmləkəçilər də uzun müddət yerli xalqları əsarət altında saxlamaq üçün onlardan kiçik məmurlar hazırlamaq məcburiyyətində idi. Belə məktəbləri ölkənin Avrpoa hissəsində Rus-Tatar, Asiya hissəsində isə Rus-Tüzem məktəbləri adlandırırdılar. Əbdülhəmidin atası, dövrünün ayıq ziyalısı olan Süleymankul Yunusoğlu da oğlunu Rus-Tüzem məktəbində oxumağa göndərir.
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlali eli
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlali üsyanları
Cəlali üsyanları — XVI əsrdə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş qiyamlar. Bu hərəkat Osmanlı imperiyasında XVI əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinə yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodalların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,"tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi". Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər. Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin "Qeydlərində", Övliya Çələbiyyənin "Səyahətnaməsində" və başqa əsrlərdə məlumatlar verilir.
Typhlodromus gopali
Typhlodromus gopali (lat. Typhlodromus gopali) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus gopali Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.