Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkəli
Təkəli (Sarvan) — Sarvan bələdiyyəsində kənd. Təkəli (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Xakəli
Xakəli - İranın Qəzvin ostanının Abyek şəhristanının Bəşariyat bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,146 nəfər və 790 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Ada Ölkəsi
Ada ölkəsi — ana bölgəsi bir və ya bir çox adalardan ibarət olan ölkələr üçün istifadə edilən coğrafi termin. Dünyadakı ölkələrin 49 dənəsi ada ölkəsi olub, bu sayı bütün ölkələrin təxminən olaraq 25%-ni əhatə etməkdədir. == Siyasət == Ada ölkələrində ümumiyyətlə demokratiya görülərkən, demokratiya ilə idarə olunan ölkələrin nisbəti, ada dövləti olmayan ölkələrə görə olduqca yüksəkdir. Bununla birlikdə bir çox ölkənin tarixində siyasi baxımdan sabitlik görülməkdədir. == Müharibə == Ada ölkələri, ümumiyyətlə tarix boyunca torpaqlara sahib olmaq istəyən dövlətlər arası anlaşılmazlıqlara, sonra isə tez-tez yaşanan dəniz müharibələrinə səhnə olmuşdur.. .Bunda qurudan hər hansı bir ölkə ilə sərhədə sahib olmaması, quru dövlətlərinə görə daha kiçik olmaları və dəniz ilə hava nəqliyyatından asılı olmaları təsirlidir. Günümüzdə isə bir çox ada ölkəsinin ordusu yoxdur, çox kiçik olmaqda və ya pullu əsgərlərdən meydana gəlməkdə, bu sayədə isə işğalçılara açıq mövqedə var. == Təbii ehtiyatlar == Külək gücü, hidravlik güc, geotermal enerji, biodizel kimi yenilənə bilər enerji qaynaqlarının istifadəsi, artan neft qiymətləri üzündən sürətli bir şəkildə yüksəlməkdədir. == Coğrafiya == Ada dövlətlərinin bir çoxu, digər dövlətlərə nəzərən iqlim dəyişikliklərindən olduqca çox təsirlənir. Böyük Okyanusdaki aşağı hündürlüklü ada ölkələri suların yüksəlməsiylə birlikdə batma təhlükəsiylə qarşı-qarşıya qalır.
Ləkəli badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. == Yayılması == Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Ləkəli göyək
Ləkəli salamandra
Ləkəli salamandra — salamandralar fəsiləsinə aid olan bir salamandra növü. == Xüsusiyyətləri == Qalın bədəninin uzunluğu 25 sm-ə qədər çatır. Başın ön hissəsi qabarıq olub erkək fərdlərdə anal bölgə daha qabarıqdır. Kürək bölgəsi qara rəngdədir və üzərində sarı, nadir də olsa qırmızı ləkələr olur. Ləkələrin yerləşməsi və forması çox müxtəlifdir. Alt hissəsi qara rəngdədir. == Yaşadığı yerlər == Dağlıq və təpəlik bölgələrdə nəmli meşə və ağaclıqlarda yaşayır. Buralarda yarpaqların altında, ağacaların köklərində, daşlarda, oyuqlarda gizlənir. Əsasən gecə heyvanlarıdır. Gizləndikləri yerlər sudan uzaq olmur.
Ləkəli suiti
Ləkəli suiti (lat. Phoca largha) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Əsasən Şimali Sakit okean ərazisində yaşayırlar. Alyaska, Yaponiya və Rusiya sahil ərazilərinə xasdır. Rəngi işıqlıdır. Aşağı hissələri açıq gümüşü, yuxarı hissəsi isə tünd rəngdə olur. Üzərində kiçik, qəhvəyi və qara rəngli ləkələr olur. Erkəklər 1,7 m, dişilər isə 1,6 m uzunluğa malik olurlar. Çütləşmə zamanı onlar sudan çıxaraq sahildə yerləşim ərazilərinə yerləşirlər. Fevral-mart ayları balalar dünyaya gəlir.
Təkəli (Dərəçiçək)
Təkəli — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd . Rayon mərkəzindən 20 km şimal-qərbdə, Misxana çayının sol axarında, Maymaq dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Təkərli kimi də göstərilir. Toponim qızılbaşlar türk tayfasına mənsub olan təkəli etnonimi əsasında yaranmışdır. Tayfanın adı təkə formasında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dyişdirilib Artavaz qoyulmuşdur. Kənddə 1831-ci ildə 41 nəfər, 1873 - cü ildə 335 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 543 nəfər, 1908-ci ildə 641 nəfər, 1914 - cü ildə 807 nəfər, 1916-cı ildə 730 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Təkəli (Marneuli)
Təkəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Təkəli (Sarvan)
Təkəli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Təkəli (Urmiya)
Təkəli (fars. تكالو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (79 ailə).
Təkəli eli
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. Qızlbaşlara aid boy. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Təkəli tayfası
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. Qızlbaşlara aid boy. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Şəki ölkəsi
Müxtəlif dövrlərdə hakimlik, xanlıq, vilayət, ölkə və s. adlandırılan bu tarixi ərazi əsasən İndiki Azərbaycan Respublikası ərazisinin şimal-qərb hisəsini, həmçinin, qismən, indiki Gürcüstan Respublikasının ərazisinin şərqini və indiki Rusiya Federasiyasındakı Dağıstan Respublikası ərazisinin cənubunu əhatə etmişdir. Şəki knyazlığı Şəki hakimliyi Şəki xanlığı Şəki əyaləti Nuxa qəzası Şəki rayonu Seyid Əli Orlat −1393–1399 Seyid Əhməd Orlat 1393 — +1423/24 Əli inaq −1435 — +1435 1444/45–1456/57 Əlican (Candar) xan (Qara keşişin oğlu) 1456/1457 — ? Qutul xan (Əlican xanın oğlu) Əbdülqafar −1447/1448 — +1468/1469 ___ — ____ Zəki (Şəki) xan (Qutul xanın oğlu) -1497–1497 Şahhüseyn -1519 — May,1524 Həsən sultan May,1524 — May, 1551 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu) 1551 — ___1555 Toygün bəy Qacar 1555 — ?
Ləkəli göl
Ləkəli göl (ing. Spotted Lake, oka. Kłlil’xᵂ) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən axarsız duzlu göl. Osoyoos şəhərindən 10 km şimal-qərbdə, Şərqi Similkameen vadisində yerləşir. == Duz və mineral tərkibi == Göldə müxtəlif mineralların yüksək konsentrasiyası var. Göldə maqnezium, kalsium və natrium sulfatların əhəmiyyətli yataqları mövcuddur. Gölün suyu daha səkkiz elementin yüksək konsentrasiyasına malikdir; tərkibində az miqdarda gümüş və titan da var. Yaz aylarında gölün suyunun çox hissəsi buxarlanır və mürəkkəb rəngli mineral yataqları aşkarlanır. Göldə müxtəlif rəngli iri su ləkələri qalır. Ləkənin rəngi mineraldan asılıdır, əksər ləkələr rəngini yayda kristallaşan maqnezium sulfatdan alır.
Şirin Təkəli
Şirin Təkəli (28 fevral 1944, Ankara – 13 iyun 2017, Bodrum, Muğla ili) — Türkiyədə ikinci dalğa qadın hərəkatı öncüllərindən olan qadın hüquqları müdafiəçisi, feminist yazıçı və aktivist. O, qadınların siyasi qərar qəbuletmə proseslərində daha çox iştirak etmələri və onların siyasi qərar qəbuletmə mərkəzlərində daha çox yer almaları üçün mübarizə aparmış aktivistlərdən olub. Əsərləri ilə yanaşı, o, fransız və ingilis dillərindən etdiyi tərcümələri ilə də türk feminist ədəbiyyatına töhfələr verib. Şirin Təkəli, 1944-cü ildə Ankarada anadan olub. O, iki fəlsəfə müəlliminin yeganə övladıdır. Anası Hayrünisa Köni İstanbul Universitetində fəlsəfə təhsili almış və 30 ildən çox orta məktəblərdə fəlsəfə müəllimi işləmişdir. Atası Yunus Kazım Köni dövrünün önəmli bürokratlarından biri olmaqla yanaşı, ibtidai təhsil üzrə Baş direktor vəzifəsində çalışmışdır. Şirin Təkəli Ankara Qız Liseyində oxuyarkən, ədəbiyyat və fəlsəfə ilə yaxından maraqlanırdı. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra, Parisə gedir, orada fransız dilini öyrənərək, 1962-ci ildə hüquq təhsili almağa başlayır. Şəhərdəki aktiv siyasi mühit, terror və münaqişələr, təhsil aldığı sahədə istədiyini tapa bilməməsi səbəbindən Parisi tərk edən Təkəli, Lozanna Universitetində "Sosial və siyasi" elmlər üzrə təhsilini davam etdirir.
Arazbar ölkəsi
Arazbar tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arazbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi".
Bask Ölkəsi
Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Basklar ölkəsi
Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Bassari ölkəsi
Bassari Ölkəsi və onun Bassari, Fula və Bedik Mədəni Landşaftı — Seneqalın cənub-şərqində yerləşən, insan fəaliyyətinin və təbii mühitin qarşılıqlı təsirindən yaranan yaxşı qorunan çoxmədəniyyətli bir ərazidir. Bassari-Salemata bölgəsi, Bedik-Bandafassi sahəsi və Fula-Dindefello bölgəsi kimi hər biri özünəməxsus morfoloji xüsusiyyətlərə malik üç coğrafi ərazini əhatə edir. 2012-ci ildə Bassari ölkəsi Bassari, Fula və Bedik Mədəni Landşaftları ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir.
Dağ ölkəsi
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Şani Təkəli
Şani Təkəli (1546 - 1615) – azərbaycanlı şair. Şani Təkəli tayfasının əmirlərindəndir. I Şah Abbasın saray şairlərindən və şahın mülazimlərindən idi. Vəcdəddin Şani Təkəli Xorasanda dəfn edilib. Şani Təkəli şair Fəzliyə bir cavab yazmışdı.
Şirvan ölkəsi
Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı. Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi. Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyənin Cənub-şərqi Anadolu regionunda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir. Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.
Şərab ölkəsi
"Şərab ölkəsi" (ing. The Republic of Wine) — Çinli yazar Mo Yan tərəfindən satirik üslubda yazılmış əsər. Çin. XX əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə detektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır.
Tekeli
Tekeli (qaz. Текелі) — Qazaxıstanın Almatı vilayətində, Almatı şəhərindən 310 km və Taldıkorqan şəhərindən 40 km məsafədə yerləşən bir şəhər. 1933-cü ildə, Korinski dərəsindəki Tekeli bölgəsində, M. M. Yudiçevin rəhbərlik etdiyi bir geoloji kəşfiyyat ekspedisiyası polimetal filizlərinin, xüsusən də qurğuşunların böyük yataqlarını kəşf etdi, bundan sonra Sovet hakimiyyəti filizləri mədənləşdirməyə və işlətməyə qərar verdi. Artıq 1942-ci ildə Cunqar dağlarının ətəyində "Qurğuşun-Sink kombinatı" və onun altında bir işçi qəsəbəsi salınmışdır. Müəssisə Tekeli, Koksu və Tuyuk yataqlarını işlətdi. Böyük Vətən Müharibəsi illərində bu bitki hər səkkizinci güllə üçün ölkəni qurğuşunla təmin edirdi . Daha sonra, müharibədən sonrakı dövrdə Tekeli kəndi böyük ölçüdə artmağa başladı, yaşayış binalarının inşası heyranedici bir tikinti layihəsi elan edildi və Sovet İttifaqının hər yerindən könüllülər axını gəldi. Tekelinin evləri və sənaye obyektləri təkcə ziyarətçi inşaatçılar tərəfindən deyil, Yapon əsir əsgərləri tərəfindən də tikilmişdir. 1952-ci ildə qəsəbəyə şəhər statusu verildi. Tekeli sürətli şəkildə böyüdü və inkişaf etdi.
Qazi xan Təkəli
Qazi xan Təkəli (v. 1545, Şirvan) — Səfəvi şahzadələrindən birinin lələsi, qızılbaş hərbi və dövlət xadimi. Qazi xan qızılbaş tayfalarından biri olan Təkəli tayfasına mənsub olan Çirkin Həsənin oğludur. Çirkin Həsən 1520-ci ildə o dövrün güclü Səfəvi sərkərdələrindən biri olan Div Sultan Rumlu tərəfindən Gürcüstana edilən yürüş zamanı ona tabe hərbi birlik daxilində nizam-intizamı təmin edə bilmədiyi üçün edam edilmişdi. O, əslində şahın şəxsi işçilərindən biri, bəlkə də onun mühafizəçisi idi. 1530-cu ildə Bəhram Mirzə Herata göndərilərək Xorasan valisi təyin edildikdən sonra Qazi xan onun lələsi təyin edildi. Bu zaman Übeydulla xan Xorasan üzərinə yeni yürüş təşkil etdi. Herat özbəklər tərəfindən ağır bir hücuma məruz qaldı və mühasirəyə alındı. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar. Şəhərin mühasirəsi il yarım davam etdi.
Afeli
Afeli [yun. apo – uzaqlıq + yun. Helios – Günəş] == Ümumi məlumat == Afeli - Günəş ətrafında fırlanan planetlərin, asteroid və kometaların orbitinin Günəşdən ən uzaq nöqtəsi. Yer hər il iyulun 5-də Afelidən keçir və bu vaxt Günəşdən 152 mln. km məsafədə olur.
Alexandro Foksli
Alexandro Foksli (isp. Alejandro Tomás Foxley Rioseco; d. 26 may 1939, Vinya de Mar, Çili) — Çili Respublikasının xarici işlər naziri (2006-2009). == Həyatı == 26 may 1939-cu ildə Çilinin Vinya de Mar şəhərində anadan olmuşdur. == Fəaliyyəti == 1990-1994-cü illərdə Ümumdünya İnkişaf Bankının rəhbəri vəzifəsində çalışmışdır. 1994-1996-cı illərdə Çili Kəndli Demokrat Partiyasının sədri olmuşdur. 1994-1999-cu illərdə Beynəlxalq Əlaqələr üzrə Konsulluq Şurasının üzvü, 1999-2005-ci illərdə Şuranın İdarə Heyətinin üzvü olmuşdur. 1998-2006-cı illərdə Senator olmuşdur. 2006-cı il martın 11-də Çili Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmuşdur. 12 mart 2009-cu ilədək bu vəzifədə olmuşdur.
Mauritsio Mikeli
Mauritsio Mikeli (it. Maurizio Micheli); 3 fevral 1947, Livorno, Toskana) — İtalyan aktyor, ssenarist və rejissor. == Həyatı == Mauritsio Mikeli 3 fevral 1947-cu ildə İtaliyanın Livorno şəhərində anadan olub. 1943-1945-ci illərdə anasının vətəni olan, Bari şəhərində yaşayıb. Bir neçə vaxtdan sonra Milan şəhərinə dönmüşdü, Piccolo Teatrında Dramatik Sənət Məktəbində oxuduğu və məzun olduğu. 2002-ci ildə Garibaldi amore mio romanını nəşr etdirdi. == Seçilmiş filmoqrafiya == Allegro Non Troppo (1976) Café Express (1980) Mani di fata (1982) Heads I Win, Tails You Lose (1982) I Am an ESP (1985) Il commissario Lo Gatto (1987) Roba da ricchi (1987) Rimini Rimini (1987) Rimini Rimini - Un anno dopo (1988) Cucciolo (1998) Commediasexi (2006) Vals (2007) The Cézanne Affair (2009) Pinocchio (2012) Women Drive Me Crazy (2013) Quo Vado?
Mikeli cili
Mikeli cili (lat. Carex michelii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Ruben Orbeli
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva) — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin böyük qardaşı. Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı.
İosif Orbeli
İosif Abqaroviç Orbeli (rus. Ио́сиф Абга́рович Орбе́ли, erm. Հովսեփ Աբգարի Օրբելի; 8 (20) mart 1887[…], Kutaisi, Rusiya imperiyası – 2 fevral 1961[…], Leninqrad) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru. İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur. Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır. Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir.
İlhan Tekeli
İlhan Tekeli (6 noyabr 1937 və ya 1937, İzmir) — Türkiyə sosioluqu, şəhər və bölgə planlayıcısı. İbtidai və orta təhsilini İzmirdə tamamlamışdır. İstanbul Texniki Universitetinin İnşaat Mühəndisliyi fakültəsini bitirmişdir. 1964-cü ildə Orta Doğu Texniki Universitetində Şəhər və Regional Planlaşdırma sahəsində, 1966-cı ildə Pensilvaniya Universitetində magistr dərəcəsini bitirmişdir. O, "Memarlığa töhfə" mükafatının laureatıdır. 2016-cı ildə Sakıp Sabancı Beynəlxalq Araşdırma Mükafatını qazanmışdır. Sosial elmlər sahəsində bir çox mükafatlara sahibdir. Elmlər Akademiyası Cəmiyyətinin yaradıcılarından biridir. Şəhərçilik və sosial elmlər sahəsindəki işlərinə görə mədəniyyət sahəsində XXI Vəhbi Qoç mükafatına layiq görülmüşdür.
Şalva Cakeli
Şalva Cakeli - hakimiyyətinə dair çox məlumat yoxdur. Əmir Teymura tabe olduğu, oğlu I Ağbuğanın 1389-cu ildə hakimiyyətə keçdiyi və qızı Sinduxtarın IX David ilə evləndiyi bilinir.