Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geylik
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür.Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil.Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır.Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir. Bunların ən tanınmış olanları qadın homoseksuallar üçün "lezbiyan" (və ya lezbiyən), kişi homoseksuallar üçün isə "gey" termininləridir. Qeyd olunmuş terminlər hələ də Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə olunmamışdır, bu səbəbdən də yuxarıda qeyd edilmiş terminlərin orfoqrafik baxımdan düzgün yazılışı dilçilərin müzakirə mövzusu qalmaqda davam edir. Bir neçə səbəblərə görə, gey və lezbiyanların, və ya eynicinsli romantik və cinsi münasibətlərdə olmuş şəxslərin ümumi sayını və faiz nisbətini dəqiq bilmək çətindir.
Genlik
Genlik — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Genlik kəndi Oxcu çayının sahilində, dağətəyi ərazidədir. Kənd salındığı Genlik adlı yerin adını daşıyır. Oykonim "geniş yer" mənasındadır.
Geyik Ana
Geyik Ana - türk, monqol və altay mifologiyalarında geyik tanrı. Müxtəlif Türk dillərində Keyik (Kiyik, Giyik) Ana olaraq da deyilir. Burçın (Burçin) Ana və ya Bulan (Bolan) Ana tabirleri də istifadə edilər. Monqollar Maral Ece deyərlər. Bədənindəki ləkələr ulduzların işarələridir. Dənizdən çıxaraq gəlmişdir. Bəzi Türk boylarına yol göstəricilik edər. Ağ maral cildinə girərək Göytürklərin atasıyla birləşmiş və Göytürklər törəmişdir. Görkəmli çəngəl buynuzları və qanadları vardır. İnsan biçimindeyken çox gözəldir.
Geyik Ata
Geyik Ata - türk, monqol və altay mifologiyalarında geyik tanrı. Müxtəlif türk dillərində Keyik (Kiyik, Giyik) Ata olaraq da deyilər. Sığın (Sıgun) Ata və ya Bulan (Bolan) Ata tabirleri də istifadə edilər. Monqollar Əli Ecege deyərlər. Geyik sürülərinin başında tapılıb idarə edən marala Göygeyik və Göysığın adı verilər. Masal qəhrəmanları və ya əfsanə kəsləri bir maralı qovar və arxasından bir mağaraya girir. Burada çox vaxt gözəl bir qıza rast gəlir. Geyikli Baba kimi kəsləre xalq mədəniyyətində sıxlıqla iştirak edilir. Hacı Bektaş Vəli kimi övliyalar da maral donuna bürünebilirler. == Etimologiya == (Gey/Gəz) kökündən törəmişdir.
Bəylik
Bəylik (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Bəylik (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Bəylik (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bəylik — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Zəylik
Zəylik (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Zəylik (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Zəylik (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Bəylik (Ağdaş)
Bəylik (əvvəlki adı: İkinci Şordəhnə) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Ağdaş rayonunun İkinci Şordəhnə kəndi Bəylik kəndi adlandırılmışdır. == Toponimikası == 29 aprel 1992-ci ilə qədər kəndin adı İkinci Şordəhnə olmuşdur. Toponimin ikinci komponenti "şor" (göl; Şoran yer) və "dəhnə" (çayın dərənin dar hissəsindən düzənliyə çıxdığı yer) sözlərindən düzəlib, "Şoran yerdə çay ağzı və yaxud çayın gölə töküldüyü yer" mənasındadır. Kəndin adındakı "ikinci" sözü onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək üçün artırılmışdır. Yaşayış məntəqəsi keçmiş Şordəhnə (sonralar Birinci Şordəhnə) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1992-ci ildən kəndin adı Bəylik oykonimi ilə əvəz olunmuşdur. Ağdaş rayonunda Birinci Şordəhnə kəndi də mövcud olmuşdur. 5 oktyabr 1999-cu ildə bu kəndin adı dəyişdirilərək Şordəhnə adlandırılmışdır. == Coğrafiyas və iqlimi == Kənd Kür-Araz ovalığında yerləşir.
Bəylik (Laçın)
Bəylik — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun Zabux kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Bəy (titul) və -lik (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır. 1933-cü ildə Kəlbəcər rayonunun Əsrik inzibati ərazi vahidində də Bəylik adlı kənd qeydə alınmışdır. Saatlı və Ağdaş rayonunun ərazisində də bu adda yaşayış məntəqələri var. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Bəylik (Saatlı)
Bəylik — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 953 nəfərdir. == Toponimikası == Bəylik oyk., düz. Saatlı rayonunda kənd. Muğan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndin əhalisi keçmişdə bəy rəiyyəti olduğu üçün kənd belə adlanır. Bəy (titul) və -lik (mənsubiyyət bildirən şək.) komponentlərindən ibarət olan bu oykonim "bəyə məxsus kənd" mənasındadır.
Zəylik (Ağdərə)
Zəylik — Azərbaycan Respublikasının Tərtər rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
Zəylik (Daşkəsən)
Zəylik — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "zəy olan yer" mənasındadır. == Tarixi == Kəndin keçmiş adı Pip olmuşdur. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. Ərazisində Zəylik alunit yatağı var. Zəy yatağı kimi orta əsrlərdən məlumdur. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Zəylik kənd kitabxana filialı, Zəylik kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Zəylik kənd tam orta məktəbi fəaliyyət göstərir.
Zəylik (Kəlbəcər)
Zəylik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Hopurlu və Şeyinli kəndləri ilə birlikdə Zəylik kənd inzibati ərazi dairəsini təşkil edirlər. == Etimologiyası == Yaşayış məntəqəsi adını Zəylik çayının adından almışdır. Bu kəndin yerləşdiyi ərazidə kristal şəklində «Zəy» adlanan kimyəvi maddə çıxır. Zəy bəzi mikrobları məhv edir. Zəylik sözü buradan götürülmüşdür. == Tarixi == Zəylik kəndinin əsası XVII əsrin sonlarına doğru Şimali İraqın Kərkük və Molsul vilayətlərində yaşayan türkmanların Farukhanlılar (Faruxkanlılar) nəslindən olan Alıpənah (Alpana) və Həsən (boyu və barmaqları uzun olduğundan el arasında Şana ləqəbi ilə çağırılırmış) adlı iki qardaşın törəmələri tərəfindən qoyulmuşdur. Onlar bir müddət Zar kəndində yaşasalar da, axırda burada su olmadığından Zəylik çayının sahilinə köçüb orada məskunlaşmışdılar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda ermənilərin təzyiqi ilə Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən qondarma Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zəylik kəndi mahalın bir hissəsi olmuşdur.
Zəylik (Tərtər)
Zəylik — Azərbaycan Respublikasının Tərtər rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
Zəylik bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Bəylik dərsi (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.
Bəylik dərsi və ya keçmişdən gülməcələr... (film, 2007)
== Məzmun == == Film haqqında == Film Mövlud Süleymanlının "Bəylik dərsi" povesti əsasında çəkilib.