Zəylik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd.[1] Hopurlu və Şeyinli kəndləri ilə birlikdə Zəylik kənd inzibati ərazi dairəsini təşkil edirlər.[2]
Zəylik | |
---|---|
40°01′25″ şm. e. 45°56′08″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaşayış məntəqəsi adını Zəylik çayının adından almışdır.[3] Bu kəndin yerləşdiyi ərazidə kristal şəklində «Zəy» adlanan kimyəvi maddə çıxır. Zəy bəzi mikrobları məhv edir. Zəylik sözü buradan götürülmüşdür.[4]
Zəylik kəndinin əsası XVII əsrin sonlarına doğru Şimali İraqın Kərkük və Molsul vilayətlərində yaşayan türkmanların Farukhanlılar (Faruxkanlılar) nəslindən olan Alıpənah (Alpana) və Həsən (boyu və barmaqları uzun olduğundan el arasında Şana ləqəbi ilə çağırılırmış) adlı iki qardaşın törəmələri tərəfindən qoyulmuşdur. Onlar bir müddət Zar kəndində yaşasalar da, axırda burada su olmadığından Zəylik çayının sahilinə köçüb orada məskunlaşmışdılar.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda ermənilərin təzyiqi ilə Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən qondarma Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zəylik kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzasında əhalinin etnik tərkibi əsasən türklərdən ibarər olduğundan 1930- cu ildə bu qəza ləğv edilir və onun Qoturlu və İstisu nahiyələri əsasında Kəlbəcər rayonu təşkil edilir. Beləliklə, keçmiş İstisu nahiyəsinə aid olan Zəylik kəndi Kəlbəcər rayonunun tərkibinə daxil edilmiş olur.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Zəylik kəndinin əhalisi etnik cəhətdən türkman olan bu tayfalardan ibarətdir. Alıpənah (Alpana) oğulları. Bu tayfaya Hacı uşağı-Hacı Babaverdinin törəmələri, Məşədi uşağı-Məşədi Şahzadənin törəmələri, Sultan uşağı-Kərbəlayi İmamverdinin (İmamverdi cavan yaşlarında vəfat etdiyindən tayfa onun xanımının adı ilə-Sultan uşağı adlandırılmışdır) törəmələri, Xudaverdi uşağı-Kərbəlayi Xudaverdinin törəmələri, Şahverdi uşağı və Həsən uşağı.
Həsən (Şana) oğullarına isə bu tayfalar aiddir: Bayram uşağı-Məşədi Bayramın törəmələri. Haqverdi uşağı, Tanrıverdi uşağı, Ələsgər uşağı və Məhərrəm uşağı.
The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.