Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moruxlu
Moruxlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1961-ci ildə inzibati ərazi vahidi statusu alıb. == Toponimikası == Moruxlu oyk. Gədəbəy r-nunun Qoşabulaq i.ə.v.-də kənd. Zada çayının (Zəyəm çayının qolu) sahilində, dağlıq ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin ikinci yarısında buraya Tovuz r-nundan köçüb gəlmiş ağcaqalalı, kəlbəəhmədli, çənlər, Goranboy r-nundan köçüb gəlmiş qılıclı və Qazax r-nundan köçüb gəlmiş kəsəmənli nəsillərinə mənsub ailələr Moruqlu dərəsi adlanan ərazidə salmışlar. Kənd həmin ərazinin adını daşıyır. Oykonim Moruğlu, Moruxlu variantlarında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == İqlimi soyuqdur. Ən yüksək nöqtəsi 1295 m.-dir.
Oruclu
Oruclu (İmişli)
Oyunçu
Oyunçu — hər hansı oyunda iştirak edən şəxs. Həmçinin bu mənalara da gələ bilər: Oyunçu ya da geymer — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Oyunçu ya da futbolçu — idmanın futbol növü ilə məşğul olan şəxs. Oyunçu ya da rəqqas, rəqqasə — rəqs ilə məşğul olan şəxs.
Qoruqcu
Qoruqcu (Miyanə)
Lansetşəkilli sorucu
Lansetşəkilli sorucu - lat. Dicrocoelium lanceatum Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. == Xarici quruluşu == Bədəni yastılaşmış, lanset formasındadır. Uzunluğu 5–12 mm, eni isə 1-1.5 mm-dir. Bədənin ön hissəsində ağız sormacı, ondan dal tərəfdə isə qarın sormacı yerləşmişdir. Ağız sormacının dərinliyində ağız dəliyi yerləşir və odur ki, ağız sormacı həzmlə əlaqəlidir. Həzm sistemi ağızla başlanır. == Yayılması == Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Müxtəlif məməli heyvanların, xüsusilə iribuynuzlu heyvanların qoyun və keçilərin.
Lansetəbənzər sorucu
Lansetəbənzər sorucu (lat. Dicrocoelium lanceatum) insanda və heyvanlarda dikrosellioz xəstəliyinin törədicisidir. == Quruluşu == Uzunluğu 0,5-1,2 sm, eni isə 1,5- 2,5 mm-dir. Bədənin forması qaraciyər sorucusuna oxşasa da, özünün ölçüsü, bağırsağın, cinsiyyət orqanlarının quruluşu, sormaclarının quruluşu və sormaclarının bir-birinə yaxın yerləşməsinə görə fərqlənir. Ağız sormacı qısa udlağa açılır. Başlanğıcını udlaqdan götürmüş bağırsaq sistemi iki şaxəyə ayrılaraq bədənin yan tərəfləri ilə bir-birinə paralel, arxaya doğru uzanır və ucları kor qurtarır. Bağırsağın ucu bədənin arxa ucuna çatmır. Parazitin ifrazat sistemi qaraciyər sorucusunun ifrazat sisteminə uyğundur. Əsas toplayıcı kanallar protonefridilər və ifrazat qovuqcuğundan ibarətdir. Qarın sormacının arxasında qismən köndələn yerləşmiş iki toxumluq vardır.
Mərdimazar oyunçu
Mərdimazar oyunçu (ing. griefer) – Onlayn oyunlarda udmaq üçün deyil, başqa oyunçuların oyununu qəsdən korlamaq üçün oynayan oyunçu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Globe and Mail: "Frontier justice: Can virtual worlds be civilized?" "Ready, set, game: Learn how to keep video gaming safe and fun." Documented incident of griefing during a virtual interview, see also Anshe Chung Research paper on griefing. To view this PDF paper, the host website requires a subscription to the digital library. "Feature: The Griefer Within", GamePro. "Mutilated Furries, Flying Phalluses: Put the Blame on Griefers", WIRED MAGAZINE: ISSUE 16.02 "Griefer Madness: Terrorizing Virtual Worlds" Can you grief it?
Oruclu (Kəlbəcər)
Oruclu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Kamallı kəndindən gəlmiş Oruc Alı oğlu və onun qardaşi saldığı üçün belə adlanmışdır. Oykonim "Orucun nəslindən olanlar" mənasındadır. Kəndin adı Laçın rayonunun Oruclu kəndindən gəlib onun bünövrəsini qoyan Oruc adlı şəxslə bağlıdır. == Tarixi == Kəndin əsası kürdlər tərəfindən qoyulmuşdur. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oruclu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Oruclu Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Oruclu (İmişli)
Oruclu — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Oruclu kəndi Ağaməmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oruclu kənd Soveti yaradılmışdır.
Oruclu bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oyunçu (termin)
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Oyunçu personaj
Oyunçu personaj (abr. OP; ing. Player character, abr. PC) və ya oynalına bilən personaj (ing. Playable character) — rol oyunularında və ya videooyunlarda hərəkətləri oyun qaydaları yerinə birbaşa olaraq bir oyunçu tərəfindən idarə edilən uydurma personaj. Əksər hallarda, oyunçu personaj oyunun protaqonisti (baş qəhrəman) olur. Bir oyunçu tərəfindən idarə olunmayan personajlara qeyri-oyunçu personajlar (abr. QOP) deyilir. Qeyri-oyunçu personajların hərəkətləri videooyunlarda oyunun özü tərəfindən, stolüstü rol oyunlarında isə hakim rolunu öz boynuna götürən geymmaster tərəfindən idarə edilir. Oyunçu personaj onu idarə edən oyunçuya uydurma, alternativ bədən kimi funksiya göstərir.
Qoruqcu (Miyanə)
Qoruqcu (fars. كركچي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşauyışı yoxdur.
Qoruqçu (Qoşaçay)
Qoruqçu (fars. قرقچي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 45 nəfər yaşayır (10 ailə).
Sorucu qurdlar
Trematodlar (lat. Trematoda) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Trematodlar daxili parazitlərdir. Bədənin önündə ağız sormacı və ondan bir qədər geridə qarın sormacı yerləşir. Ağız sormacı qidalanmağa və yapışmağa, qarın sormacı isə ancaq yapışmağa xidmət edir. Trematodlar şübhəsiz ki, kirpikli qurdlardan, xüsusən də düzbağırsaqlılardan başlanğıc götürmüşlər. Hər iki sinfin sinir sisteminin quruluşu oxşardır və eyni plan əsasında qurulmuşdur. Bununla yanaşı, bağırsaqlarının quruluşu, trematodların sürfələrinin kirpikli olması bunu bir daha təsdiq edir. Trematodlar sürfə mərhələsində ilbizlərdə, cinsi yetkin mərhələdə isə onurğalı heyvanlarda və insanda parazitlik edir.
Zeynəb Oduncu
Zeynəb Oduncu (1987, Gercüş[d], Batman ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Zeynəb Oduncu 1987-ci ildə Batman ilinin Gercüş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Gercüş ilçəsində alıb. Van Yüzüncü İl Universitetinin Tatvan Peşə Liseyində Kompüter Texnologiyaları və Proqramlaşdırma Bölməsindən məzun olub. Təhsilini Batman Universitetinin Sosiologiya Bölməsində davam edir. Milli Təhsil Nazirliyində və özəl təhsil müəssisələrində çalışıb. 2014-cü ilin martında Bölgələr Partiyasından Gercüş bələdiyyəsinin həmsədri seçilib. 2016-cı ildə əvəzinə qəyyum təyin olunaraq vəzifəsindən azad edilib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Oruc
Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. == Etimologiya == "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. == İslam dini == Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir: Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir. === Müstəhəb oruc === Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Oxçu
Oxçu (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Oxçu (Marağa) — İranda kənd.
Onuncu Dərəcə boğazı
Onuncu Dərəcə boğazı (ing. Ten Degree Channel) - Hind okeanınında yerləşən Andaman adalarını (Kiçik Andaman) Nikobar adalarından ayırır. Boğaz 10 dərəcədə yerləşir. Hind okeanında yerləşən Andaman dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 140 km, dərinliyi 1280 m təşkil edir.
Onuncu simfoniya (Motsart)
Onuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən İtaliyaya ilk səfəri zamanı, 1770-ci ildə bəstələnmişdir. Motsart bu simfoniyanı Milanda karnaval zamanı bəstələməyə başladı və bir neçə ay sonra Boloniyada başa çatdırdı. == Ümumi məlumat == Simfoniyanın əlyazmasında birinci cümlənin sonunda Motsart ("Finis Laus Deo") Tanrıdan təriflər yazmışdı, lakin əlyazmada əsərin yazılma tarixi barədə heç bir qeyd yoxdur. Buna görə konkret dövr müəyyən deyil: Köxel kataloqunun altıncı nəşrində (1964) simfoniyanın tarixi ilə bağlı yalnız bir qey vardır: "ehtimal ki, 1770". == Quruluşu == Simfoniya bir italyan uvertürası şəklindədir və 2 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti təxminən 9 dəqiqədir. Allegro, 3/4 Andante, 3/8 Allegro, 2/4 === Birinci hissə: Allegro === === İkinci hissə: Andante === === Üçüncü hissə: Allegro === G-Dur, 2/4-Takt, 129 Takte == Mənbə == Jean Massin və Brigitte Massin , Motsart , Fayard, coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 978-2-213-00309-2 ) , səh. 642 (en) Neal Zaslaw və William Cowdery , Mozart'ın mükəmməlliyi : Wolfgang Amadeus Mozartın musiqi əsərlərinə bələdçi , New York, WW Norton & Company ,1990, 350 səh.
Onuncu sülalə (Misir)
X sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hömranlıq etmiş sülalələrdən biri. == Ümumi məlumat == Qədim Misir sülaləri haqqında bir çox məlumat Manefonun yazılarından öyrənilir. Bir çox tədqiqatçılar IX və X sülaləni eyni bir nəsil olduğu bildirirlər. Bu nəsil vaxtilə Herakleopol monarxları olmuşdular. Herakleopol xanədanı təxminən 185 il padşahlıq etmişlər. X sülalə e.ə 2130–2040-cı illərdə fironluq etmişdir. Turin siyahısında Herakleopollu 18 fironun adı çəkilir. Ancaq onlardan yarısını oxumaq mümkün deyil. Arxeoloji tədqiqatlar X sülalənin bütün Misirdə hakim olmadığını göstərir. Beləki bu dövrdə Tebes monarxları güclənərək Aşağı Misiri özlərinə tabe edərək firon titulunu götürürlər.
Oyunçu (film, 2008)
Qeyri-oyunçu personaj
Qeyri-oyunçu personaj (ing. Non-player character; abr. NPC) — video oyunlarda oyunçu tərəfindən idarə edilməyən personaj. Video oyunlarda, bu, adətən gerçək süni intellekt yerinə kompüter tərəfindən qabaqcadan müəyyən edilən və ya həssa davranı vasitəsilə idarə edilən personajlara deyilir. Ənənəvi stolüstü rol oyunlarında termin digər oyunçular yerinə, sadəcə hakim tərəfindən idarə edilən personajlara aid edilir.
Ən Dəyərli Oyunçu
Ən Dəyərli Oyunçu (ing. Most Valuable Player) — idman liqalarında, çempionatlarında digərlərindən fəqləndirilən idmançıya verilən mükafatdır. Qısaltması ƏDO (ing. MVP) olan bu mükafat basketbol, həndbol, beyzbol, voleybol və.s kimi idman növlərində idmançılar arasında rəqabətin daha da artırılması üçün istifadə edilir. Mükafat adətən kiçik kubok və ya suvenir şəklində olur.
9 nömrəli oyunçu
9 nömrəli oyunçu filmi rejissor Elnur Canıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqındadır. == Məzmun == Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqında bəhs edir. Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub. O, peşəkar karyerası ərzində — 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi. Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. Filmdə futbolçunun keçmiş həyat yoldaşı, tanışları və dostları onun haqqında öz xatirələrini bölüşürlər.