Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ölkəm
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans. == Yazılma tarixi == Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi. Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur.
Önləmə təyyarəsi
Önləmə təyyarəsi (İngiliscə: Interceptor aircraft), düşmən təyyarələrinin vəzifələrini yerinə yetirməsinə maneə olmaq üçün yaradılmış olan təyyarə növüdür. Xüsusilə də, kəşfiyyat təyyarəsi və bombardmançı kimi müdafiəsiz təyyarələrə qarşı istifadə edilirlər. Çox yüksək performans üçün yaradılmış olan yüngül önləmə təyyarələri və hər bir hava şəraitində, gecə və uzun mənzildə xidmət edə bilən daha ağır önləmə təyyarələri olmaqla iki fərqli dizayn fəlsəfəsi ilə yaradıla bilər.
Ölkəm (mahnı)
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans. == Yazılma tarixi == Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi. Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur.
Ötkəm İsgəndər
Ötkəm İsgəndərov (1955, Neftçala) — aktyor, Azərbaycanın əməkdar artisti (2005). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin keçmiş dekanı, dosent, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının pedaqoq-təşkilatçısı. == Həyatı və fəaliyyəti == Ötkəm İsgəndərov 1955-ci ildə Azərbaycanın Neftçala şəhərində doğulub. 1975–1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirib. Elə həmin ildən də "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.ADMİU-də "Aktyor sənəti"ndən dərs demişdir. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaq və yeniyetmələrlə tərbiyəvi iş aparan təşkilatçı-pedaqoq vəzifəsində çalışır. == Filmoqrafiya == 777 №-li iş (film, 1992) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film)-filmi səsləndirən: Malik Axırıncı reys (film, 1989) Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: fövqəladə komissiya əməkdaşı; səsləndirən: fabrikin mühafizəçisi (Loğman Kərimov) Batterflyayın qayıtması (Kiyev) Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) Bircəciyim (film, 1986) Birisigün, gecəyarısı... (film, 1981) Bizi bağışlayın (film, 1979) - Nəriman (gənc) Borc (film, 2014) Boşboğaz (film, 1978) (Rusiya) Cin mikrorayonda (film, 1985) - rol: Rüstəm;film səsləndirən: Tofiq (Ramiz Əzizbəyli) Dəvətnamə (film, 1989) Doğma sahillər (film, 1989) - rol: əsgər Dronqo (serial, 2002) Əzablı yollar (film, 1982) - rol: Məlikməmməd Firəngiz (film, 1975) Gümüşgöl əfsanəsi (film, 1984) - film səsləndirən: Dəmir (Kamil Zöhrabov) Heydər Əliyev. Dünyaya pəncərə (film, 2006) İtkin pay (2007) (İran) Kleopatra Qara gölün cəngavərləri (film, 1984) Laçın dəhlizi (film, 1993) Ovsunçu (film, 2002) Özgə ömür (film, 1987) Park (film, 1983) Prima (film, 1994) Səhnədə Lurixdir (Estoniya) Sifarişçi (film, 2000) Şahid qız (film, 1990) Tələ (film, 1990) Tənha durna uçuşu (film, 2003) - rol: Nəsib Tənha narın nağılı (film, 1984) Tütək səsi (film, 1975) Üzeyir ömrü (film, 1981) Yük (film, 1995) Zamanla yaşayan sənətkar.
Ötkəm İsgəndərov

Geri ödəmə müddəti metodu
Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur. == Məqsədi == Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsi ilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir. == Düsturu == Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) - nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2] Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C) P P = C 0 C {\displaystyle PP={\mathbb {C} _{0} \over C}} Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir: P P = n + ( C 0 − C k ) C {\displaystyle {\displaystyle PP={n+{{(\mathbb {C} _{0}-\mathbb {C} _{k})} \over C}}}} [3] n - Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il C0 - İnvestisiya məbləği Ck - n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.
Öskemen
Öskemen (qaz. Өскемен, rus. Усть-Каменогорск) - Qazaxıstanda şəhər. Şərqi Qazaxıstan vilayətinin mərkəzi. Ölkənin şərqində ən böyük yaşayış məntəqəsi. == Tarixi == Öskemen şəhəri nisbətən gəncdir. Şəhərin yerləşdiyi ərazidə vaxtilə qıpçaq və nayman tayfaları yaşayırdılar. Bu tayfalar XV əsrdə Qazax xanlığının hakimiyyəti altına girmişlər. XVIII əsrdə cunqarlarla baş verən müharibə nəticəsində xanlıq bu torpaqları itirmişdir. Öskemenin qurulma tarixi 30 avqust 1720-ci il hesab edilir.
Veme departamenti
Veme departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Veme departamentinin ərazisi 1 282 km2-dır. Veme departamentinə 9 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Veme departamentinin əhalisi 1 096 850 nəfərdir.