Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oynaq
Oynaq - Skelet sistemini meydana gətirən sümüklər arasında əlaqəni təmin edən birləşmə yerinə oynaq deyilir. Qısaca oynaq, sümüklərin bir-birlərinə bağlandıqları yerlərə deyilir. Oynaqlarımız, sümüklərimizi bir-birinə bağlayaraq hərəkət etməmizə imkan verər. Barmaqlarımızda oynaqlarımız olmasaydı, hər hansı bir obyekti tuta bilməzdik. Qıçlarımızdakı oynaqlarımız olmasaydı, oturub qalxa bilməzdik, gedib qaça bilməzdik. Onurğamızı və sinə qəfəsimizi meydana gətirən sümüklər arasında da oynaqlar vardır. Lakin bu oynaqlar, əl və ayaqlarımızdakı qədər hərəkətli deyil. Bu bölgələrdəki oynaqların hərəkətləri məhduddur. Bunun yanında kəlləmizdə olan oynaqlar, heç hərəkət etməzlər.
Oymaq iyesi
Oymaq iyəsi
Oymaq iyəsi — türk, monqol və altay mifologiyalarında qəbilənin və ya tayfanın qoruyucu ruhu. Oymaq iyəsi və ya Oyu (Oyuv, ​​Uyıv) iyəsi olaraq da bilinər. Bəzən Uruk (Uruğ, Urıv) iyəsi təbiri də bənzər bir məna ifadə etmək üçün istifadə edilir. Monqollar Aymag Ezen olaraq bilərlər. Hər tayfanın fərqli bir qoruyucu ruhu vardır. Türklərdə ailə və sülalə kimi alt birimleden sonra ictimai təşkilatlanmanın ilk mərhələsi oymaqlardır. Türklərdə bir çox boyun və ya oymağın qurucusu olan və öz adını daşıyan bir atası vardır. Bu ata ümumiyyətlə o boyun və ya oymağın qoruyucusu olaraq qəbul görər. Məsələn: Qazax Xan: Qazaxların atası olaraq qəbul edilir. Qıpçaq (Qıfçax) Xan: Qıpçaq boyunun atasıdır.
Üzük-qalxanabənzər oynaq
Üzük-qalxanabənzər oynaq (lat. articulatio cricothyreoideum) — qırtlağa aid oynaq. Qalxanabənzər qığırdağın hər bir aşağı buynuzu üzüyəbənzər qığırdağın üzərindəki lat. facies articularis thyreoidea ilə birləşərək üzük-qalxanabənzər oynağı əmələ gətirir. Sağ və sol üzük-qalxanabənzər oynaqlar bir vaxtda işlədikləri üçün quraşdırma oynaqlardan hesab olunur. Bunların bir ümumi frontal oxu var. Qalxanabənzər qığırdaq bu oxun başına hərəkət edərək gah çalovabənzər qığırdaqdan uzaqlaşır gah da ona yaxınlaşır. Qalxanabənzər qığırdağın aşağı kənarı ilə üzüyəbənzər qığırdağın qövsü arasında orta xətdə lat. lig. cricothyreoideum adlanan bağ çəkilmişdir.
Üzük-çalovabənzər oynaq
Üzük-çalovabənzər oynaq (lat. articulatio cricoarytenoidea) — qırtlağa aid oynaq. Üzük-çalovabənzər oynaq çalovabənzər qığırdağın əsasındakı lat. facies articularis cricoidea üzüyəbənzər qığırdağın səfhəsi üzərindəki lat. facies articularis arytenoidea ilı birləşməsindən əmələ gəlmişdir. Bu oynağın kapsulu nazikdir və arxa tərəfdən bir bağ — lat. lig. cricoarytenoideum posterius vasitəsilə möhkəmlənmişdir. Çalovabənzər qığırdaq bu oynaqda öz oxunun başına hərlənərək önə, arxaya, içəri və bayır tərəfə hərəkət edir.