Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qüdrət Özərsay
Qüdrət Özərsay (türk. Kudret Özersay; 16 dekabr 1973-cü il, Larnaka) — Şimali Kipr Türk Respublikasının siyasətçisi, diplomat, beynəlxalq əlaqələr sahəsində alim-mütəxəssis. 2002–2012-ci illərdə və 2014-cü ildə Kipr mübahisəsinin həllinə dair danışıqlarda iştirak etmişdir. 2010–2012-ci illərdə və yenidən 2014-cü ildə danışıqlarda Şimali Kipr Prezidentinin Xüsusi Nümayəndəsi olub. "Toparlaniuruz" hərəkatını qurmuş və rəhbərlik etmişdi. Özərsay Xalqın Partiyasının qurucularından biri və hazırkı lideridir. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. 1973-cü ildə Larnaka şəhərində anadan olub. Şəhərin yaxınlığındakı Alaminyo kəndində böyüyüb. Alaminyolu inşaat ustası Hüseyin Usta və dərzi Sadiyə Hanımın oğludur.
Azərçay
Azərçay — Azərbaycanın ilk milli çay markasıdır. Bu marka yüksək keyfiyyətli çayların qarışığı olmaqla, fərqli istehlakçı zövqünü oxşayan rəngarəng çay çeşidlərini əhatə edir. == İstehsalat == Azərsun Holdinq Azərbaycanın Lənkəran və Astara bögələrində olan Lənkəran 1 nömrəli çay emal fabriki və Astara 2 nömrəli çay emal fabriklərində çay sahələrində yığılmış yaşıl çay yarpaqlarından qara məxməri çay və yaşıl məxməri çay istehsal etməkdədir. Lənkəran və Astara çay fabrikalarının hər birinin günlük istehsal gücü 25-30 tondur. Masallı rayonunda yeni çay plantasiyası salınması üçün 100 hektarlık torpaq sahəsi alınmış və sahələrdə layihədə nəzərdə tutulmuş şəkildə çalışmalar davam etdirilməkdərdir.“Sun Tea Çay Paketləmə fabriki” texnoloji prosesdə müasir texnologiyadan istifadə etməklə, beynəlxalq standartlara və sanitar gigiyenik qaydalara cavab verən çay məhsulları istehsal etməkdədir. Sun Tea Çay Paketleme fabrikinin illik istehsal gücü birdəfəlik qablaşdırmada olan çaylar üçün 700ton, qutu qablaşdırmada olan məhsullar üçün 16min tondur. == İxrac == Yüksək keyfiyyəti və zəngin məhsul çeşidləri ilə AZERÇAY markası dünya bazarında cox böyük rəğbət qazanmışdır. Hal-hazırda AZERÇAY Rusiya, Ukrayna, Belorusiya, Litva, Polşa, Qazaxıstan, Qırğızstan, Çin, Almaniya, ABŞ kimi ölkələrə ixrac edilməkdədir. == Mükafat və sertifikatlar == “AZERÇAY”ın yerli və beynəlxalq mükafatlar siyahısı kifayət qədər zəngindir. Onlardan bəziləri: - 2005 və 2007-ci illərdə III və V Ümumdünya Çay və Qəhvə Festivalında “Qara, ətirli çay” nominasiyasında qızıl medal və diplom; - 2011-ci ildə Azərbaycanda keçirilən “Brand Award” müsabiqəsində “İlin bir nömrəli markası” mükafatı; - 2013-cü ildə Moskva şəhərində keçirilən “Dünya Qida 2013” sərgisində yüksək keyfiyyətli çay nominasiyasında “İlin məhsulu” mükafatı; - 2017-ci ildə Azərbaycanda keçirilən “Xalq seçimi” müsabiqəsində “Ən çox sevilən çay” mükafatı.
Mehmet Özbay
Abdullah Çatlı (1 iyun 1956, Nevşəhər – 3 noyabr 1996, Susurluq, Balıkəsir ili) — gizli dövlət xəfiyyəsi və əks-partizan mənsubu. 1996-cı ildə Balıkəsir ilinin Susurluq məhəlləsi yaxınlarında tarixə Susurluq qəzası kimi keçən qəzada həlak olub. Qəza vaxtı Çatlının yanında, arxa sol tərəfində oturan Qönçə Us və maşını sürən təhlükəsizlik müdiri Hüseyn Qocadağ da ölmüşdür. Maşının içindəki dörd nəfərdən yalnız DYP (Doğru Yol Partiyası) millət vəkili Sədat Edip Bucaq sağ qalmışdır. 1977-ci ildə İdeal Təhsil və Mədəniyyət Ankara Başçılığına, 25 may 1978-ci ildə isə İdeal Gənclik Dərnəyi Ümumi Başçı Köməkçisi seçilmişdir. 11 iyul 1978-ci ildə Ankarada Hacəttəpə Universteti müəllimlərindən Dr. Bedrettin Cömərtin öldürülməsində fəal olaraq iştirak etdiyi ortaya çıxdı və Ankara 5. Sülh Cəza Məhkəməsi tərəfindən qiyabi olarağ həbs olunmasına qərar verildi. 23 avqust 1978-ci ildə Sakarya məhəlləsində tutularaq həbs edildi. Abdullah Çatlı 9 oktyabr 1978-ci ildə Ankara Bahçelievlər yaxınlığında 7 TİP (Türkiyə İşçi Partiyası)-lının öldürülməsi hadisəsinin planlayıcısı və baş günahkarı olarağ bilindi, lakin hadisədən 4 il 4ay keçdikdən sonra həbs olundu.
Mehmet Özbay (siyasətçi)
Mehmet Özbay (1924, Adıyaman – 29 avqust 2001) — Türkiyə siyasətçisi idi. İstanbul Universiteti Tibb fakültəsi məzunudur. Hökumət həkimi, şəxsi həkim, Qurucu Məclis Adıyaman İli Təmsilciliyi (6 yanvar 1961 – 15 oktyabr 1961), TBMM Adıyaman XII çağırış deputatı kimi çalışmışdır. Evli və iki uşaq atası idi.
Ozernoy yarımadası
Ozernoy yarımadası — Kamçatka yarımadasında yerləşən dörd iri yarımadadan biri. Sahillərini Sakit okean suları yuyur. Kamçatka yarımadasından şimalda qərarlaşır. Ən ucqar şərq nöqtəsində Ozernoy burnu qərarlaşır. Burada mayak belə vardır. Üstəlik burada Yujnı, Dvoynoy, Nizki, Perevalnı, Kamenisti, Naçikinski, Severo-Zapodnı burunları və Ozernaya, Malamvayam, Makedoniya, Olxovaya, Konskaya, Şipatinskaya gölləri yerləşir. Yarımada Ozernaya körfəzi ilə Karaqin körfəzlərini ayırır. Yarımadanın relyefi dağlıqdır. Ən hündür nöqtəsi Naçinski dağıdlr (1210 m). Digır zirvələri: Qreben (805 m), Dvoynoy (729 m), Rısar (645 m), Klık (585 m), Tryoxqrannaya (499 m), Şaqayevskaya sopka (387 m), Uval (362 m), Razvilok (285 m).
Erkan Özerman
Erkan Özerman (1938 – 13 fevral 2024) — Türk prodüser, təşkilatçı, "Best Model of Turkey" və "Best Model of the World" gözəllik yarışmalarının qurucu prezidenti. == Həyatı == 2022-ci ildə mədəaltı vəzi xərçənginə tutulub və xəstəlik qaraciyərinə keçib. 13 fevral 2024-cü il tarixində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Ozerna mağarası
Ozerna (ukr. Озерна) ― qərbi Ukraynanın Ternopol vilayətində, Strilkivtsi (ukr. Стрілківці) kəndi yaxınlığında yerləşən mağara. Ozerna nəhəng mağara sisteminin bir hissəsidir və 140 490 (2017) metrdən çox araşdırılmış keçidləri ilə dünyanın ən uzun mağaralarından biridir. Mağara paytaxt Kiyevin təxminən 450 kilometr (280 mil) cənub-qərbində, Borşçiv rayon mərkəzinin isə 5.5 kilometr (3.4 mil) cənubunda yerləşir. Ozerna II Dünya müharibəsi dövründə, Holokost zamanı yəhudi qaçqınlar tərəfindən sığınacaq olaraq istifadə edilmişdir. 1942-1944-cü illərdə, nasist işğalı zamanı burada və yaxınlıqdakı Verteba mağarasında bir neçə yəhudi ailəsi yaşayırdı. Bu insanlardan bəziləri mağaradan 344 gün boyunca heç vaxt ayrılmamış və bu, mağarada məskunlaşma üçün qeyd eolunan ən uzun müddət olmuşdur. Bu mağaralarda gizlənən yəhudilərin bir qismi nasistlər tərəfindən tutularaq öldürülsə də, onlardan otuz səkkizi 1944-cü ilin aprelində ərazi Qırmızı Ordu tərəfindən azad edilənə qədər xilas olmağı bacarmışdır. Bu insanlar əgər bu mağaralarda sığınacaq axtarmasaydılar, demək olar ki, sağ qalmayacaqdılar.
Kazım Orbay
Mehmet Kazım Orbay (11 mart 1886, İzmir, Aydın vilayəti – 3 iyun 1964, Ankara) türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir. == Hərbi həyatı == 1904-cü ildə Hərb Məktəbini bitirdikdən sonra leytenant rütbəsi almış və hərbi karyerasına başlamışdır. 1922-ci ilə qədər müxtəlif birlik və birləşmələrdə fəaliyyət göstərmişdir. Hərəkat Ordusu ilə 31 martda baş verən üsyanın yatırılmasında, Balkan müharibələrində, Birinci dünya müharibəsində, İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 31 avqust 1922-ci ildə Mirliva rütbəsinə yükslmişdir. Mirliva rütbəsi ilə Qafqaz İslam Ordusu komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrini yerinə yetirmişdir. 30 avqust 1926-cı ildə Ferîk-i əvvəl rütbəsinə yüksəlmişdir. Bu rütbədə olarkən Əfqanıstan Hərbi Heyət komandanı və 4-cü Ordu korpusu komandanı vəzifələrində xidmət etmişdir. 30 iyun 1930-cu ildə Jandarma qüvvələri komandanı, 24 avqust 1935-ci ildə isə 3-cü Ordu müfəttişliyi vəzifəsində xidmət etmişdir.
Rauf Orbay
Hüseyn Rauf Orbay (27 iyul 1881, Konstantinopol – 16 iyul 1964, İstanbul), türk əsgəri, siyasətçidir. Osmanlı İmperatorluğunun son dövrdə qurtuluş müharibəsində və Türkiyə Cümhuriyyəti dövrlərində mühüm işlərdə rol oynamışdır. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində göstərdiyi uğur səbəbindən "Həmidiyə qəhrəmanı" kimi tanınmışdır. 1918-ci ilin oktyabr ayında Osmanlı İmperiyasının Dəniz Qüvvələri naziri kimi xidmət göstərməyə başlamışdır. I. Balkan Müharibəsi sırasında Yunan donanması Çanaqqalanı mühasirəyə almışdı. Rauf Bəyin idarəsindəki Həmidiyə gəmisi mühasirədən çıxmağı bacararaq Aralıq dənizinə açıldı. Tarixdə ilk pirat kreyser əməliyyatlarını gerçəkləşdirdi. 7 ay 24 gün süren hərəkat bütün Aralıq dənizini, bəzən isə Qırmızı dənizi də əhatə edirdi. Hərəkat boyunca Həmidiyə Serbiyada hərbi təsisləri bombaladı, düşmənin donanma ve ticarət gəmilərini batırdı, Çanaqqala ağzındaki Yunan təzyiqini azaltdı. Bütün dünya mediasının günbə-gün izlədiyi hərəkat Osmanlı İmperiyası cəhətdən böyük bir təbliğat nailiyyəti qazandırdı.
Sabiha Gökçül Erbay
Ayşe Sabiha Gökçül Erbay (1908, Berqama, İzmir ili – 31 avqust 1998) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Balıkesir seçki dairəsinin, 6-cı və 7-ci parlamentində isə Samsun seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Ayşə Sabiha 1900-cü ildə Balıkəsirdə, Berqamada Əziz və həyat yoldaşı Nadirənin ailəsində anadan olub. O, Qız müəllim məktəbində (Darü’l-muallimât) təhsil alıb, daha sonra isə Ali müəllim məktəbində (Darü’l-muallimât-ı Âliye İhzarî) oxuyub və oranı 1919-cu ildə bitirib. Ayşe Sabiha 1934-cü il Soyad Qanununun qüvvəyə minməsindən sonra "Gökçül" soyadını götürüb. Ayşe Sabiha Gökçül 1943-cü ildə Mustafa Ülvi Erbayla evlənmişdir. Fransız dilini yaxşı dərəcədə bilirdi. Pedaqoloji karyerasına 1919-cu il sentyabrın 19-da Ədirnədəki Qız müəllim məktəbinə türk dili müəllimi təyin olunması ilə başlamışdır. Onun buradakı işi Osmanlı imperiyası dağılmaq üzrə ikən, 21 iyun 1920-ci ildə bitib. Erbay üç illik işsizlikdən sonra və Türkiyə Cümhuriyyətinin qurulması ilə yenidən karyerasına davam etmiş, 22 oktyabr 1923-cü ildə İzmirdəki Qız müəllim məktəbinə türk dili müəllimi təyin olunub.