Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərklik
Bərklik — bir cismin digər cismə batmasına qarşı yönəlmiş müqavimət. Bərklik yalnız bərk cismlərə yox, həm də yumşaq cismlərə aid edilir. Bərklik, materialın daxili deformasiyaya və kəsilməyə qarşı müqaviməti ilə xarakterizə olunan möhkəmlikdən fərqlidir. Bərklik materialın bir çox xassələri haqqında fikir yürütmüyə imkan verir. Məsələn, bərkliyi məlum olam materialın səthində baş verə biləcək yeyilməni əvvəlcədən proqnozlaşdırmaq olar. Bərk şüşələr az cızılırlar, bərk dişli çarxlar yavaş yeyilirlər. Kəsici alətin materialını seçdikdə bərklik böyük rol oynayır. Bərk kəskilər daha uzunömürlülyə malikdirlər. == Ölçmə üsulları == Bərkliyi ölçmək üçün bir neçə üsul mövcuddur: Brinel üsulu zamanı metallik kürə səthə sıxılır və müəyyən vaxtdan sonra səthdə alınan izin diametri ölçülür. Bərklik bu halda kürəyə qoyulmuş qüvvə ilə alınan izin sahəsi arasındakı asılılıq kimi hesablanır.
Zərflik
Zərflik — cümlənin ikinci dərəcəli üzvü. Zərflik hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Zərflik əksərən feili xəbərə, az hallarda isə ismi xəbərə aid olur. Zərflik cümlədə əsasən feili xəbərə, həmçinin adlarla, xüsusilə, sifətlərlə ifadə olunan ismi xəbərə aid olub, hərəkət və əlamətin icra və meydana çıxma tərzini, zamanını, yerini, kəmiyyətini, səbəbini, məqsədini, şərtini, dərəcəsini və s. bildirən II dərəcəli cümlə üzvüdür. Zərflik əsasən feili xəbərə, bəzən də ismi xəbərə aid olur. Məs: Elə danış ki, maraqlı olsun.(Tərzi-hərəkət zərfliyi) Zərfliklər haraya? necə? nə qədər? nə üçün?
Üzərlik
Üzərlik (lat. Peganum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinə aid bitki cinsi.
Adi üzərlik
Adi üzərlik (lat. Peganum harmala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinin üzərlik cinsinə aid bitki növü. == Təbii yayılması == Üzərlik kserofil coğrafi tipinin aralıq dənizi sinfinin şərqi-aralıq dənizi qrupuna aiddir. Qərbi və Şərqi Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Himalay, Monqolustan, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm olan çoxillik, çılpaq ot bitkisidir. Gövdəsi düz, budaqlı solğun yaşıl rəngdədir. Yarpaqları növbəli, açılmış hissəciklərə bölünmüş ovalvaridir. Açıq sarı rəngli çiçəkləri 10-15 mm, üzün saplaqlıdır. Meyvəsi bir qədər yastıkürəyəbənzər, üç yuvalı qutucuqdur. May-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Zərflik budaq cümlələri
Zərflik budaq cümlələri