Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üçtərəfli komissiya
Üçtərəfli komissiya (ing. Trilateral Commission) — Şimali Amerika, Qərbi Avropa və Asiya (Yaponiya və Koreya Respublikası timsalında) nümayəndələrindən ibarət beynəlxalq təşkilat. Rəsmi məqsədi beynəlxalq problemlərin həllini axtarmaqdır. == Əlavələr == Üç mnənzil-qərargahı var: Vaşinqton, Paris və Tokioda. Komissiya heç kimi maliyyələşdirmir, onun üzvləri ancaq fərdi şəxslər ola bilər. İcraiyyə Komitəsinin 26 üzvü var. Komissiya ildə bir dəfə üzvlərini ümumi iclasa toplayır. == Həmçinin bax == Mondializm Bilderberq klubu Bohem çöllüyü Qloballaşma Yeni dünya qaydaları Dünya hökuməti == İstinadlar == == Mənbə == Официальный сайт (ing.) Trilateral over America: Antony C. Sutton — CPA, 1995 — ISBN 0–944379–32-X (Энтони Саттон. КТО УПРАВЛЯЕТ АМЕРИКОЙ?) [1] Arxivləşdirilib 2008-05-04 at the Wayback Machine В архивах "мирового правительства".
Üçtərəngi
Üçtərəngi( digər adı: Hüştərəngi) — Ordubad şəhərində qədim məhəllə == Haqqında == Gənzə çayının şərq sahilindədir. XVIII əsrin əvvələrindən Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyəsindəki Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir. Hazırda məhəllənin meydan şəklində düzəldilmiş mərkəzində məscid, çeşmə, dükanlar və s. tarixi memarlıq tikililəri var. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 568. ISBN 5-8066-1468-9.
İki tərəfli vuruşma
İki tərəfli vuruşma — Azərbaycan uşaq oyunu. == Yaş == 10-16. == Oyunçuların sayı == Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur. == Oyun qaydası == Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar.