Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ürəkdən-ürəyə (film, 1970)
Kinolent Azərbaycanla Hindistanı bir-birinə bağlayan çoxəsrlik dostluqdan söhbət açır. Eyni zamanda biz ekranda hind rəssamlarının Bakıda açılmış sərgisi ilə tanış oluruq, məşhur hind kino ulduzları Rac Kapur və Nərgizlə kinoteatrda görüşürük, sevimli sənətkarımız Rəşid Behbudovun hind mahnısı oxuduğunu görürük. Kadrlarda 1969-cu ildə Azərbaycanda keçirilmiş Hindistan mədəniyyəti ongünlüyünün tədbirləri də əks etdirilmişdir. Film Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: Aqşin Babayev, Nina Mustafayeva Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ürəkdən ürəyə yollar görünür (film, 1970)

Ərküyən (İcrud)
Ərküyən (fars. ارکوئين‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (75 ailə).
Kükrəyən iyirmilər
Kükrəyən iyirmilər (ing. Roaring Twenties, Roaring '20s) — Qərb dünyası və Qərb mədəniyyətində olduğu kimi musiqi və dəbdə 1920-ci illərin on illiyini ifadə edir. ABŞ və Avropada, xüsusilə də Berlin, Buenos-Ayres, Çikaqo, London, Los-Anceles, Mexiko, Nyu-York, Paris və Sidney kimi böyük şəhərlərdə üstün mədəniyyətə malik iqtisadi tərəqqi dövrü idi. Bu on illik Fransada dövrün sosial, incəsənət və mədəni dinamikasını vurğulayan "çılğın illər" (fr. années folles) kimi tanınır. Caz çiçəklənmiş, flepper ingilis və amerikan qadınlarının müasir görünüşünü yenidən təyin etmiş və ar-deko zirvəyə çatmışdı.
Dodaqdan Ürəyə
Dodaqdan qəlbə (roman)
Ürəyin daxili qişası
Endokard (lat. endocardium — daxili qişa) — ürək divarının daxili təbəqəsi.
Ürəyin xarici masajı
İstənilən səbəbə görə (qəza, suda boğulma, elektrik cərəyanın vurulması və s.) ürəyin dayanması zamanı ürəyin xarici (qapalı) masajını icra etmək üçün süni tənəffüs verilməsində olduğu kimi, xəstə üzüyuxarı olmaqla, düz və bərk səth üzərində (döşəmə, stol, torpaq və s.) uzadılmalıdır. Hər zaman süni tənəffüsdən başlamaq şərti ilə, zərərçəkənə süni tənəffüs verilməsi ürəyin xarici (qapalı) masajı ilə növbələşdirilməlidir. Hətta yardım göstərən 2 nəfər olduqda da, əvvəlcə biri süni tənəffüs verir, sonra isə digəri ürəyin xarici masajını icra edir. Diqqət! Əgər zərərçəkmiş insana yalnız 1 nəfər yardım edirsə, bu halda yalnız ürəyin xarici massajı həyata keçirilir, süni tənəffüs verilmir. Ürəyin dayanmasına tam əmin olmadığınız halda, heç zaman ürəyin masajına başlamayın - əks halda bu, insanın sağlamlığı və hətta həyatı üçün də ağır fəsadlara səbəb ola bilər! Ürəyin masajını etməmişdən qabaq zərərçəkənin ayaqlarını bir qədər yuxarı qaldırmaq lazımdır. Zərərçəkənin yaşından asılı olaraq ürəyin xarici (qapalı) masajı bir qədər fərqli şəkildə aparılır. Yenidoğulmuşlarda və südəmər uşaqlarda ürək böyük yaşlı uşaqlara nisbətən bir qədər aşağıda yerləşir. Uşaqlarda döş qəfəsinin elastik və ürək əzələsinin isə zərif olmasını nəzərə alaraq, ürəyin xarici (qapalı) masajı üçün 2 barmaqla döş sümüyünün aşağı hissəsinə (məmələrarası xəttin döş sümüyü ilə kəsişdiyi yerdən 1 barmaq enində aşağıda olmaqla) ehtiyatla təzyiq edilməsi kifayət edir.
İki ürəyin dastanı
İki ürəyin dastanı — bəstəkar Arif Məlikovun özbək şairi və filosofu Mirzə Əbdülqadir Bedilin poeması əsasında yazdığı balet. İki ürəyin dastanı — özbək rejissoru Kamil Yarmatovun 1966-cı ildə çəkdiyi film.
İki ürəyin dastanı (balet)
İki ürək dastanı, və ya İki qəlbin dastanı (ru. Поэма двух сердец) — Arif Məlikovun özbək şairi və filosofu Mirzə Əbdülqadir Bedilin "Komde və Modan" adlı poeması əsasında, Özbəkistan mədəniyyət nazirliyinin sifarişi ilə Əlişir Nəvai adına Teatr üçün bəstələdiyi balet. Libretto bəstəkarındır. Baletmeyster İqor Çernışov. Hind rəqqasəsi Komdenin və özbək musiçisi Modanın taleyindən bəhs edir. Муза Арифа Меликова. Азербайджанский конгресс.- 2009.- 11 сентября.- С. 12. Rus baletinin saytında xoreoqraf İqor Çernışov haqqında məqalə Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Музыковед Айтен Бахшиева: Ариф Меликов - яркая личность современности Arxivləşdirilib 2008-09-29 at the Wayback Machine Zümrüd Dadaşzadə. Musiqimizin "Arif Məlikov" adlı əfsanəsi. "Musiqi dünyası" jurnalı.
Uçkeken
Uçkeken (abq. Учкьакьан, qaraç.-balk. Ючкёкен, noq. Учкекен) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Maloqaraçayevsk rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Uçkeken kəndi Podkumok çayının sağ sahilində və Eşkakon çayının hər iki sahilində yerləşir. Kənd Çerkessk şəhərindən 45-46 km cənub-şərqdə, Kislovodskdan 14 km qərbdə qərarlaşır. Uçkeken ətrafındakı iqlim soyuq və əhəmiyyətli dərəcədə yağıntılıdır. Qışda havanın orta temperaturu −1,2 ° C-dən 3,5 ° C-ə, yayda + 15.9 ° C-dən + 18.6 ° C-ə qədər dəyişir. Ən soyuq ay yanvar, ən isti ay iyuldur.