Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üskükotu
Üskükotu (lat. Digitalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Kirpikcikli üskükotu (Digitalis ciliata Trautv.) Paslı üskükotu (Digitalis ferruginea L.) İriçiçək üskükotu (Digitalis grandiflora Mill.) Tükcüklü üskükotu (Digitalis lanata Ehrh.) Damarlı üskükotu (Digitalis nervosa Steud. et Hochst.
Damarlı üskükotu
Damarlı üskükotu (lat. Digitalis nervosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər. Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15–20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür. Qutucuğun uzunluğu 9–12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir.
Kirpikcikli üskükotu
Kirpikcikli üskükotu (lat. Digitalis ciliata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.
Paslı üskükotu
Paslı üskükotu (lat. Digitalis ferruginea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, çılpaq və ya demək olar ki, çılpaq, hündürlüyü 50-150 sm, gövdəsi uca, düz, sadə bitkidir. Kökətrafı yarpaqları tərslansetvari, saplağa daralan, gövdə yarpaqları oturaq, uzunsov-lansetvari, tam kənarlı, iti və ya itiləşmiş, aşağıdan yuxarıya doğru kiçiləndir. Çiçəkqrupu sünbülvaridir. Çiçəkləri qısa saplaqlıdır. Kasacıq 7–10 mm uzunluqda, zəngvari, çılpaqdır. Ləçəkləri 15– 20 mm uzunluqda, sarı rəngli, qəhvəyi rəngli damarları var, vəzili tükcüklü, üst dodaq qısa ikidişli, orta dodaq alt dodağa tərəf uzanmışdır. Qutucuq 7–10 mm uzunluqda, yumurtavari, itidir. Toxumları 1,5–2 mm uzunluqda, uzunsovdur.
Purpur üskükotu
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Tükcüklü üskükotu
Tükcüklü üskükotu (lat. Digitalis lanata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür. Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir.
İriçiçək üskükotu
İriçiçək üskükotu (lat. Digitalis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabani çoxillik ot bitkisi olub, inkişafının birinci ilində çətir və kökətrafı yarpaqlar, ikinci ildə isə hündürlüyü 1 m-ə qədər düz, budaqlanmayan gövdə və çiçək fırçaları əmələ gətirir. Yarpaqları itiuclu zirvəsi ilə neştərşəkilli və ya uzunsov-neştərşəkilli, kənarları bərabər olmayan dayaz dişcikli, uzunluğu 7-25 sm, eni isə 2-6,5 sm-ə bərabərdir. Aşağı yarpaqları daralan iri qanadlı saplaqdan, yuxarı hissəsi isə oturaq, kənarları uzunu iri damarlardan ibarətdir. Çiçəkləri iri, sarı, başı aşağı əyilmiş olub, uzunluğu 3-3,5 sm-ə bərabərdir. Yarpaqları neştərşəkilli və ya uzunsov-neştərşəkilli zirvəsi itiuclu və seyrək kiçik dişli kənarlara malik, kökətrafı və gövdənin aşağı yarpaqları daralmış, qısa qanadabənzər saplaqlı, yuxarı yarpaqları isə oturaqdır. Ancaq mərkəzi və yan damarları aşağı səthdə daha yaxşı görünürlər. Zəif iylidir. Çoxillik ot bitkisi olub, yabanı halda Qafqaz, Ural və Karpat meşələrində yaşayır.
Üsgüyotu
Üsgüyotu (lat. Consolida) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Üsgüyotu cinsinin 50 növü var: Consolida aconiti (sin. Delphinium aconiti) Consolida ajacis (sin. Consolida ambigua; Consolida baluchistanica; Delphinium ajacis) — rocket larkspur: Europe, Cyprus, Turkey Consolida anthoroidea (sin. Delphinium anthoroideum) Consolida arenaria (sin. Delphinium arenarium) Consolida armeniaca (sin. Delphinium armeniacum) Consolida aucheri (sin. Delphinium aucheri) Consolida axilliflora (sin. Delphinium axilliflorum) Consolida barbata (sin.
Kotul üsgüyotu
Kotul üsgüyotu (lat. Consolida divaricata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, (20) 30-60 (100) sm hündürlükdə çox qısa və sıx bitkidir. Gövdəsi aralı boş budaqlıdır. Yarpaqları çox qısa qınlı saplaqlarda, dəyirmi formalı, çox saylı\ barmaqvari nazik xətti hissəciklərə ayrılmışdır. Çiçəkqrupu boş, süpürgəvaridir, çiçək saplağı uzun, aralanmış, 2 qısa xətti çiçəkaltlıqlıdır. Çiçəkləri göy-bənövşəyi və ya bənövşəyi rəngdədir, çiçəkyanlığının yarpaqcıqları 7-10 (12) mm uzunluqda, uzunsov-ellipsvari və ya uzunsov-tərsyumurtavari, xaricdən səthi və ya ancaq orta hissəsi çox qısa sıx tüklü, mahmız nazik, düz (13) 20-25 mm uzunluqda nektarlıq açıq rənglənmiş, tez-tez bənövşəyi, 3 dilimli, ortası üç bucaq və kənarları enli yarım dairəvi dilimlərlə olur. Çalov (meyvə) uzunsov, düz, sıx tüklü 7-10 (12) mm uzunluqda, düz nazik 1,5-2 mm uzunluqda burunculudur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Əkinlərdə, tarlalarda, çağıl daşlarında, yovşanlıqlarda bitir.
Şərq üsgüyotu
Şərq üsgüyotu (lat. Consolida orientalis) — birillik bitki. == Qısa morfoloji təsviri == Birillik bitkidir. Gövdəsi düz, sadə və ya budaqlanan, hündürlüyü (10) 30-50 (70) sm, qısa sıx tükcüklü bitkidir. Aşağı gövdə yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar demək olar ki, oturaq, çoxdəfəli dar barmaqvari xətti hissələr bölümlü, hissələri iti, çılpaq və ya sıx qısa tükcüklüdür. Çiçəkqrupu uzun salxım, olduqca sıx, çiçək saplaqları qısa, 5-20 sm uzunluqdadır. Çiçəkləri fırfır-bənövşəyi, bənövşəyi və ya tündqırmızı rənglidir. Aşağı və yan çiçəkyanlığının yarpaqcıqları yumurtavarilansetvari və uzunsov-yumurtavari, yuxarı kənardakılar demək olar ki, dəyirmi, az ürəkvaridir; mahmızı düz və ya bir az əyridir. Çalov (meyvə) qısa tükcüklü, silindrvaridir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.