Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üsküdar
Üsküdar — İstanbul ilinin ilçəsi. Kiçik Asiya yarımadasında yerləşən ilçənin ərazisi 36 km²-dir. Türkiyə Statistika Qurumunun 31 dekabr 2011-ci il tarixinə olan rəsmi məlumatına əsasən ilçədə 532,182 nəfər əhali yaşayır. Onların 262,783 nəfərini kişilər, 269,399 nəfərini isə qadınlar təşkil edir. Bütün əhali tamamiylə şəhərdə yaşayır. Üsküdar ilçəsi 33 məhəllədən (və ya kiçik şəhərdən) ibarətdir.
Üsküdar Universiteti
Üsküdar Universiteti — İnsan Dəyərləri və Ruh Sağlamlığı Vəqfi tərəfindən qurulan Davranış Sağlamlığı və Elmləri sahəsində Türkiyənin ilk tematik universiteti. Universitetin yaradılması haqqında qanun 3 mart 2011-ci il tarixli və 27863 saylı Rəsmi Qəzetdə dərc edilib.Üsküdar Universitetində 22 min tələbə və 617 nəfər akademik heyət var. == Tarixi == NP Group 25 may 1999-cu ildə İstanbulun Bağdad küçəsində Türkiyə prezidenti Süleyman Dəmirəlin iştirakı ilə Amerika Yaddaş Mərkəzlərinin Türkiyə filialını açdı. Yaddaş Mərkəzləri "Beyin müayinəsi" və "Maqnit Stimulyasiya Müalicəsi" (TMS) (Türkiyədə ilk) həyata keçirərək yüksək ixtisaslı mütəxəssis heyəti ilə psixiatriyada effektiv şəkildə yeni müalicə üsullarını fasiləsiz olaraq təqdim etməyə davam edir. Yaddaş Mərkəzi nevroloji və psixiatrik xəstəliklərlə məşğul olan beyin funksiyalarının diaqnostikası və müalicəsində elmi nəticələrə əsaslanır. Bir ildən sonra 3 oktyabr 2000-ci ildə "Amerika Yaddaş Mərkəzi"nin prezidenti Venon Vellsin iştirakı ilə Uşaq və Yeniyetmələr Psixiatriya Bölməsinin ikinci mərhələsinin açılışı həyata keçirildi. 2003-cü ilin fevral ayında NP GROUP Fənəryolunda 5 mərtəbəli Böyüklər üçün Nevrologiya və Psixiatriya mərkəzini istifadəyə verdi. Onun arxasındakı villanı isə gənc uşaqların və yeniyetmələrin psixiatrik müalicəsi üçün ayırdı. 2006-cı ilin noyabr ayından NP GROUP funksional və həcmli MR vizualizasiya üsullarından istifadə edir. Daha sonra 20 mart 2007-ci ildə onlar Türkiyədə ilk və yeganə Neyropsixiatriya Xəstəxanasını qurdular.
Mehrimah Sultan məscidi (Üsküdar)
Mehrimah Sultan məscidi (Üsküdar) — İstanbulun Üsküdar bölgəsinin meydanında yerləşən və Memar Sinanın Sultan Süleyman Qanuninin Xürrəm Sultandan olan qızı Mehrimah Sultan üçün tikdiyi məsciddir. Sinanın erkən dövr əsərlərindəndir. Tağı üç yanından yarım günbəzlərlə dəstəklənmişdir, amma ön cəbhədə yarım qübbə yoxdur. Bu kompleks ilk tikiliş etibarilə məscid, mədrəsə, qız dini məktəbi, hamam, evsizlərin və yoxsulların qala biləcəyi təbxana, imarət və yoldan gələnlərin gecələməsi üçün xanədən ibarət olub. Ancaq günümüzədək təkcə məscid, mədrəsə və qız dini məktəbi gəlib çatmışdır. Məscidin qiblə istiqamətində və həyət divarlarının xaricində qalan qız dini məktəbi isə günümüzdə uşaq kitabxanası kimi xidmət göstərir. Mədrəsə hissəsi isə bir tibb mərkəzi tərəfindən istifadə edilir. Aprel və may aylarında Bəyazid yanğın qülləsindən və ya o bölgədəki yüksək bir nöqtədən Mehrimah Sultan məscidinə doğru baxanda, səhər məscidin iki minarəsi arasından Günəşin doğması, axşam gün batanda isə (Hicri təqviminə görə hər ayın 14-ü) Ayın doğması izlənilir. Eyni qüllədən qərbə, Mehrimah Sultan Ədirnəqapı məscidinə tərəf baxıldıqda səhər Ayın axşam isə Günəşin batması izlənilir.
Soni Mustivar
Soni Mustivar - (12 fevral 1990) - Azərbaycan Premyer Liqası klublarından olan Neftçi PFK-da oynayan Haitili futbolçu .
Ustalar Kitabı
Suvar Təkin
Seyfəddin Suvar Təkin ibn Ay Təkin Təbəriyə görə, Bağdadın kənarındakı Səmərrada yerləşdirilən xilafət qoşunlarında xəzər əsilli çox döyüşçü vardı. Müktəfinin dövründə xilafət ordusuna Suvar Təkin başçılıq edirdi. Elə onun hakimiyyəti illərində Hələbin əmiri Seyfəddin Suvar Təkin ibn Ay Təkin idi == Mənşəyi == Başqa məlumat əldə etmək mümkün olmadı, ancaq, bu şəxsiyətin dar etnik mənşəyi barədə onun suvar etnonimindən və tigin titulundan yaranan adından ehtimal etmək olar ki, o ya Qafqaz Hun elindən olan sabir olub, ya da İdil xəzəri.
Tanya Stupar-Trifunoviç
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977, Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır. == Həyatı == 1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir. Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir.
Ustalar kitabı (film, 2009)
Ustalar Kitabı (rus. Книга мастеров) — Walt Disney Pictures-ın birinci Rus filmi.
Ustalar-qızıl əllər (film, 1976)
== Məzmun == Namuslu, pak, əməksevər, öz işini ürəkdən sevən adamlar üçün heç bir çətinlik qorxulu deyil. Onların ustalığı, işgüzarlığı hətta qəddar sehrbazın əməllərindən də güclüdür. Cizgi filmi tamaşaçılara bu fikri aşılayır. == Film haqqında == Kukla filmidir.
Yaxşı yol, "gənc ustalar" (film, 1968)
== Məzmun == Film Bakıdakı 12 saylı peşə-texniki məktəbin işindən, burada kinomexaniklər, fotoqraflar, soyuducu və televizor ustaları hazırlanmasından danışır.