Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rus görüşü
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Uqra görüşü
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır. Hələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi. 1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı. Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı.
Dünya görüşü
Dünyagörüşü — çox geniş anlamlı bir anlayışdır, dünyaya və insanın buradakı yeri haqqında baxışlar sistemidir. Çeşidli baxışların, dəyərlərin, davranışların toplusudur. Toplumun və hər bir kəsin düşüncəsində yaranan mürəkkəb və bəsit nə varsa, dünyagörüşüdür. O hər kəsə ya da topluma məxsus ola bilər. Hər bir dönəmin də öz dünyagörüşü vardır. Insanın dünyagörüşünün hər bir hissəciyi başqaları ilə sıx bağlıdır, onların hamısı bir-biri ilə əlaqədədirlər. Hər bir kimsənin ya da toplumun intellektual, bilik və mədəni səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər onların dünyagörüşü əsaslı təməllərə arxalanır. Bu səviyyələr olmayanda isə, insanlar öz fikirlərini, baxışlarını, həyat prinsiplərini əsaslandıra bilmirlər, öz fantaziyalarına, mövhumatlara qapanıb, ziddiyətlərdən çıxa bilmirlər. Eyni zamanda, dünyagörüşü təkcə düşüncəyə və biliyə deyil, həm də emosiyaların üzərində qurulur. Çünki hər bir kəsin əsəb, sevgi, nifrət və s.
Kino görüşü
Kino görüşü, Film kimi görüş və ya Görüş hadisəsi (ing. Date Movie) — 2006-cı ildə çəkilmiş Amerika filmidir. Bu film əksəriyyəti melodramatik olan müxtəlif filmlərin parodiyasıdır.
Dostların Görüşü (1967)
== Məzmun == Film Oktyabr inqilabının 50 illiyi ərəfəsində Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsindən söhbət açır.
Dostların Görüşü (1977)
Macarıstan görüşü (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Rus görüşü (şahmat)
Rus görüşü — şahmatda e4, e5 Af3 Af6 gedişləri ilə başlanan debüt. Şahmat termini Bu debütü tətbiq edən A. Petrovun və təhlil edən K. Yanişin şərəfinə adlandırılmışdır.
Vyana görüşü (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost Batareya (şahmat) Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
İspan görüşü (şahmat)
İspan görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-b5. gedişləri ilə başlayan debüt. İlk dəfə olaraq ispaniyalı şahmatçılar Lüsyenin (XV əsr) və Lopesin (XVI əsr) əsərlərində göstərilir.
İtalyan görüşü (şahmat)
İtalyan görüşü — Şahmat termini Bu qədim debüt gettin əlyazmalarında və XVI-XVII əsrlər italyan şahmatçılarının oyunlarında təsadüf edilir.
Şotlandiya görüşü (şahmat)
Şotlandiya görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. d2-d4. gedişləri ilə başlayan debüt 1824-cü ildə Şotlandiyanın Edinburq şəhəri ilə London arasında yazışma ilə keçirilən matçın şərəfinə adlandırılmışdır.
Atropatın Makedoniyalı İsgəndərlə görüşü
Atropatın Makedoniyalı İsgəndərlə görüşü - Azərbaycan rəssamı Əyyub Məmmədov tərəfindən Azərbaycan tarixi mövzusunda çəkilmiş şəkillərdən biridir. Azərbaycan Tarix Muzeyinin zalında nümayiş olunan "Atropatın Makedoniyalı İsgəndərlə görüşü" adlı rəsm əsəri mühüm tarixi məqamla bağlıdır. Atropat dövlət xadimi idi. Bir siyasətçi və diplomat kimi Makedoniyalı İsgəndərlə hərbi mübarizənin faydasızlığını gözəl başa düşdüyü üçün, diplomatik yolla istilaçıların Azərbaycan ərazisinə soxulmasına yol verməmişdi.
Dostların görüşü (film, 1967)
== Məzmun == Film Oktyabr inqilabının 50 illiyi ərəfəsində Moskvada keçirilən Azərbaycan mədəniyyət və incəsənət həftəsindən söhbət açır.
Dostların görüşü (film, 1977)
Buş-Aznar məxfi görüşü
Buş-Aznar məxfi görüşü 2003-cü il fevral ayının 22-də ABŞ-ın o zamankı prezidenti Corc Buş ilə İspaniyanın o zamankı baş naziri Xose Mariya Aznar arasında ABŞ-ın Texas ştatının Krouford şəhərində keçirilmiş olan görüş və bu görüşün məzmunudur. Görüşdə iki liderlə yanaşı, dövrün dövlət rəsmiləri də iştirak etmişdir; Milli Təhlükəsizlik müşaviri Kondoliza Rays, Daniel Frid, Alberto Karnero və İspaniyanın ABŞ-dakı səfiri Xavyer Ruperes. Həmçinin İngiltərənin o vaxtkı baş naziri Toni Bleyr və İtaliyanın baş naziri Silvio Berluskoni də telefonla bu görüşdə iştirak etmişdirlər. İctimaiyyət bu görüşdən yalnız illər sonra İspaniyanın El País qəzetinin verdiyi xəbər nəticəsində xəbərdar olmuşdur. Məxfi görüşdə iştirak etmiş olan Ruperes qəzetə ətraflı məlumat vermişdir. == Əhəmiyyəti == Görüşdə diqqət mərkəzində olan əsas məsələ ABŞ, İngiltərə və İspaniya hökumətlərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etmiş olduğu 1441 saylı qətnaməsindən sonra yeni bir qətnamənin qəbul edilməsini istəmələri idi. Bu, İraqla bağlı əvvəl qəbul edilmiş olan 17 qərarın davamı olacaq 18-ci qərar kimi də qəbul edilir. Görüş yaxınlaşan İraq müharibəsinə yanaşma baxımından da böyük əhəmiyyət kəsb etmişdir. Buna müvafiq olaraq, Səddam Hüseynin yanında 1 milyard dollar saxlamasına icazə veriləcəyi təqdirdə, vəzifəsindən istefa verərək ölkəni tərk edəcəyi bildirilirdi. Bundan əlavə, görüş zamanı Buşun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv dövlətlərə ABŞ-ın üstünlük verdiyi hərəkət kursunu qəbul etmələri üçün etdiyi təzyiqlər də görülmüşdür.
İskəndərin Çin xaqanı ilə görüşü
İskəndərin Çin xaqanı ilə görüşü — 1524-1525-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Metropoliten muzeyində (fol.213) saxlanılan bu əlyazma məşhur xəttat Sultan Məhəmməd Nur tərəfindən köçürülmüşdür. Əlyazmasında ümumilikdə müxtəlif rəssamlar tərəfindən çəkilmiş 15 miniatür vardır. Nizaminin “İskəndərnamə” poemasında, İskəndər Çin xaqanından yeddi illik xərac istəyir. Xaqan bunun cavabında söyləyir ki, “Mən razıyam, ancaq bir şərtlə ki, bundan sonra yeddi il yaşayacağıma yazılı sənəd verəsən.” Bu cavab İskəndərin xoşuna gəlir və bir illik xərac ilə kifayətlənəcəyinə söz verir. Xaqan xəracı gətirmək üçün bir günlük möhlət alıb geri qayıdır. Lakin ertəsi gün böyük ordu ilə İskəndərin qərargahına yaxınlaşır. İskəndər qoşunu gördükdə elə zənn edir ki, çinlilər qəflətən hücuma keçmişlər. Bu zaman xaqan bildirir ki, o, vuruşmaq fikrində deyil və özü ilə ona görə qoşun gətirmişdir ki, onun təslim olmasını zəiflik əlaməti kimi qiymətləndirməsinlər. Xaqanın bu ağıllı hərəkətini bəyənən İskəndər, Çindən xərac almaq fikrindən əl çəkərək, xaqanla dostlaşır və qonaq kimi onun sarayına gedir.