DOĞRULMAQ

f.
1. Düzəlmək, dikəlmək, düz durmaq, dik qalxmaq.
Otel sahibi gürcü Dmitri onun əllərini yaxasından rədd edib itələdi, o, dəhlizin divarına dəyib doğruldu. M.S.Ordubadi.
Bir nəfər yoldaşı ilə yükü yerbəyer edən gödək, yoğun və çevik bir fəhlə Qüdrəti görüb doğruldu. M.Hüseyn.

// Qalxmaq, ayağa durmaq.
Birdən Sabir doğruldu, bədənində şiddətli bir ağrı hiss edərək üzgözünü turşutdu. M.Hüseyn.

2. Yönəlmək, istiqamət almaq, bir tərəfə üz tutub getmək. Evə tərəf doğrulub getdi.
3. Həqiqət olmaq, düz çıxmaq, gerçəkləşmək, həyata keçmək. Ümidlərim doğrulmadı.

Синонимы

  • DOĞRULMAQ düzəlmək — dikəlmək — durmaq — qalxmaq
  • DOĞRULMAQ gerçəkləşmək — reallaşmaq
DOĞRULMA
DOĞRULTMA

Значение слова в других словарях

боцманма́т загне́ваться нос в но́с простёгивание те́стев триатло́н убрести́ юриско́нсультствовать дебюти́ровать и́дол лече́ние ляп монополисти́ческий существова́ть adobe big oil hypokinesis pedaler play agent priming spoffish unit circle покалякать продлённый хищнически