Brifinq

rəsmi şəxslərin kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşü.
Breyk-Poynt
Broker
OBASTAN VİKİ
Brifinq
Brifinq (ing. brief - qısa) — mətbuat nümayəndələrinin qısa yığıncağı. Belə toplantıda xüsusi səlahiyyətli şəxs tərəfindən hökumətin, hər hansı partiyanın, təşkilatın və ya ayrıca siyasi xadimin müəyyən məsələ üzrə mövqeyi açıqlanır. == İctimaiyyətlə əlaqələr == KİV ilə iş aparıldıqda brifinq bir məsələyə həsr olunmuş qısa mətbuat konfransıdır. Rəsmi şəxslərin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü, rəsmi mövqenin ifadə edildiyi məqamda hər hansı bir problemlə bağlı qısa məlumat verilir(adətən, mətbuat konfransından fərqli olaraq, dəvət olunanların suallarına cavab vermədən). Mətbuat konfransından fərqli olaraq, təqdimat hissəsinin movcud olmaması ilə fərqlənir. Bundan başqa, brifinq qapalı xarakter daşıyır, ona yalnız əvvəlcədən müəyyən edilmiş KİV nümayəndələri dəvət olunur. == Aviasiya == Mülki və hərbi aviasiyada pilotların və uçuş ekipajlarının uçuşqabağı və ya uçuşdan sonrakı hazırlığının elementi. Brifinqdə lazımi meteoinformasiya çatdırılır, hava məkanından istifadəyə dair məhdudiyyətlər, prosedur aspektləri təkrarlanır, məlumatın çapı paylanır, uçuşların yerinə yetirilməsi üçün lazım olan məlumatların çapı paylanılır, həmçinin konsultasiya aparılır. Brifinqin formatı və həcmi Aviasiya fəaliyyətinin növündən asılıdır.
Qara Şlyapa Brifinqləri
Qara Şlyapa Brifinqləri– rəqəmsal özünümüdafiə ilə əlaqəli mövzular haqqında biliklərini bölüşmək üçün hüquq, texnologiya və akademiya ekspertləri Qara şlyapa brifinqləri konfransı üçün hər il Las Veqasda, Avropada və Asiyada toplaşırlar. Qara Şlyapa Brifinqləri 1997-ci ildə təşkil olunmuşdur. Konfransın təşkilatçısı və prezidenti Jeff Mossdur (The Dark Tanget kimi də tanınır). Qara Şlyapa Brifinqləri dünyanın ən qabaqcıl konfranslarından biridir. Qara Şlyapa Brifinqləri DEF CON konfransından əvvəl təşkil olunur. Qara Şlyapa Brifinqləri təhlükəsizlik konfransı kimi təhlükəsizlik sənayesi tərəfindən tanınır, lakin DEF CON qeyri-rəsmi konfransdır. Konfrans iki əsas hissədən ibarətdir: Qara Şlyapa Brifinqləri və Qara Şlyapa Təlimləri. Təlimlər müxtəlif kompüter təhlükəsizlik təchizatçıları və fərdi təhlükəsizlik mütəxəssisləri tərəfindən keçirilir. Brifinqlər tərs mühəndislik, şəxsiyyət və gizlilik və hacking daxil olmaqla müxtəlif mövzularda olur. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.

Значение слова в других словарях