Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Dempferləmə (söndürmə)
Dempferləmə yəni söndürmə (en. damping), (ru. демпфирование, гашение), (tr. sönümleme/dempferləmə) – sxemin və ya qurğunun cavab siqnallarının sıçrayışlarının (müəyyən olunmuş həddi keçmələrinin) qarşısının alınması üsulu. Məsələn, gücləndiricinin sxeminə elə elementlər qoşula bilər ki, çıxış siqnalını azaltmaqla, ona böhran həddini keçməyə imkan verməsin. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ziya Songülen
Nurizadə Ziya Songülən (9 sentyabr 1886, İstanbul, Osmanlı imperiyası – 1936, İstanbul) — Şevkipaşazadə Ayetullah və Necip Okaner ilə birlikdə Fənərbaxça İdman Klubunu quran üç nəfərdən biridir. O, klubun ilk prezidenti və 1 nömrəli üzvüdür. == Həyatı == === İlk illəri və ailəsi === Mehmed Ziya bəy 9 sentyabr 1886-cı ildə İstanbulda anadan olmuşdur. Ana tərəfdən Osmanoğlu Ailəsinin üzvüdür; Anası Əzizə Xanım Sultan II ilə evli idi. Mahmudun qızı Salihə Sultanın 1-ci nəsil nəvəsidir. Ailəsi Damat Gürcüdən başlayaraq Halil Rıfat Paşadan başlayaraq irəli fikirli, müasir və təhsilli olan Ziya bəy ;babaları Mehmed Nuri Əfəndi, Server Paşa, Asım Paşa və atası Suad bəy ;Onlar baş vəzir, Admiral,Qubernator,Dövlət şurasının sədri,Şəhər şurası,Ədliyyə naziri, Xarici işlər naziri,Səfir və s kimi dövlət vəzifələrində çalışıblar. === Təhsili === Əsasən Xarici İşlər Nazirliyi ilə məşğul olan və xaricdə dövləti təmsil edən bir ailəyə mənsub olan Suad bəy və Əzizə xanım ailə ağsaqqallarından aldıqları ənənə ilə oğulları Ziyanın çox yaxşı təhsil almasını təmin ediblər. Məktəb yaşına qədər həm Osmanlı, həm də ingilis qubernatorları tərəfindən Avropa tərbiyəsi alan Ziya bəy təhsilini Saint Joseph College- də davam etdirir. 1903-cü ildə Saint-Joseph Fransız Kollecini bitirdikdən sonra ali təhsil almaq üçün İngiltərəyə getdi və inşaat mühəndisi olduqdan sonra İstanbula qayıtdı. O, ingilis və fransız dillərini mükəmməl bilməsi, saraya yaxın köklü Osmanlı ailəsinə mənsub olması, ailəsinin daxildə və xaricdə geniş diplomatik və dostluq dairəsinə malik olması və yaxşı münasibətinə görə Dövlət Borcları İdarəsində vəzifə tutmuşdur.
Solanum longum
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Sonqmi qətliamı
Sonqmi qətliamı (vyet. Thảm sát Sơn Mỹ) və ya Mi Lai qətliamı (vyet. Thảm sát Mỹ Lai) — 1968-ci ilin 16 mart tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı törədilən kütləvi qətl. 347 ilə 504 arasında silahsız insan ABŞ ordusunun C Bölüyü, 1-ci Batalyonu, 20-ci Piyada Alayı və B Bölüyü, 4-cü Batalyonu, 3-cü Piyada Alayı, 11-ci Briqadası və 23-cü Piyada Diviziyası tərəfindən qətlə yetirilmişdir. Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və körpələr var idi. Aralarında 12 yaşında uşaqların da olduğu qadınların bəziləri kütləvi zorlanmış və bədənləri kəsilmişdi. 26 əsgərlə bağlı məhkəmə prosesi keçirilsə də, onlardan yalnız C Bölüyü taqım lideri, leytenant Uilyam Kelli təqsirləndirildi. 22 kəndlinin ölümündə təqsirli bilinən Kelliyə ömür boyu həbs cəzası verilsə də, o sadəcə üç il yarım ev dustağı oldu. Quanq Nqay bölgəsindəki Sonqmi kəndinin iki obasında baş verən bu müharibə cinayəti sonralar "Vyetnam müharibəsinin ən şok edici epizodu olaraq" adlandırıldı. Bu obalar ABŞ Ordusunun topoqrafik xəritələrində Mi Lai və Mi Xe olaraq işarələnmişdi.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. == Haqqında == Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Söndürmə və qaraltma
Söndürmə, Qaraltma (Blanking) -görüntünün displeyə verilməsi zamanı elektron şüasının bir sətirdən o birinə keçid anında siqnalın qısa müddətli söndürülməsidir. Kompüterin monitorunda elektron şüası ritmik olaraq ekran boyunca qaçaraq şəkil “çəkir”. Şüa soldan sağa və yuxarıdan aşağıya dəqiq sinxronlaşdırmış sxem üzrə hərəkət edir. Sətrin sağ ucuna çatdıqda siqnal ani olaraq sönür ki, şüa növbəti sətrin başlanğıcına qayıtsın. Bu qayıdış üfüqi qayıdış, bu yerdəyişmə zamanı siqnalın verilməsindəki ani fasilə isə üfüqi qaraltma intervalı adlanır. Anoloji olaraq, siqnal displeyin sağ aşağı küncündə elə sönür ki, elektron şüası sol yuxarı küncə qayıtsın. Mövqenin belə dəyişilməsi şaquli qayıdış, uyğun fasilə isə şaquli qaraltma intervalı adlanır. Görüntünün ekrana verilməsi zamanı elektron şüası geri dönərkən iz qoymasının qarşısının alınması üçün qaraltma zəruridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.