Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şinəbənd
Şinəbənd — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 624 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi adını ərazidəki yüksəklikdən almışdır. Yüksəkliyin adı isə talış dilindəki şin (qum) və band (dağ, təpə) sözlərindən ibarət olub (-ə mənsub, bildirir), “qum dağı, qumlu dağ” mənasındadır. == Coğrafiyası və infrastrukturu == Şinəbənd kəndi Lerikdən təxminən 5 km məsafədə dağətəyi ərazidə, təbiətin gözəl bir guşəsində, Orand - Nuravad yolunun üzərində yerləşir.Kənddə 1 məktəb, 1 kitabxana və 1 klub fəaliyət göstərir. == Din == Kənddə Şinəband kənd məscidi dini icması fəaliyyət göstərir.
Quləbənd
Quləbənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 1080 nəfərdir. == Toponimikası == Xalq etimologiyasına görə, oykonim "Qulu bəndi" deməkdir. Guya vaxtilə Qulu adlı şəxs bənd tikdirmiş, həmin ətrafda salınmış yaşayış sahəsi də Qulubəndi adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində qula "ağ, sarı rəng" mənasında, bən isə "xal, ləkə" mənasında işlənir. Güman etmək olar ki, oykonim kəndin yerləşdiyi ərazinin ümumi görünüşü ilə bağlı yaranmışdır və "səthi ağ-sarı torpaq örtüyündən ibarət yer" mənasındadır.
Şuşakənd
Şuşikənd və ya bəzən Şuşakənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşikənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1992-ci ildən 2020-ci ilin noyabr ayının əvvəlinə gədər Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şuşikənd kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Şuşikənd kəndi Qarabağ silsiləsindədir. Tədqiqatçılara görə, oykonim eranın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfaların özləri ilə gətirdikləri addır. II əsr müəllifi Tatsit Şimali Qafqazda dondarların mərkəz şəhərinin şoşu (latın dilində ş səsi olmadiğına görə müəllif onu Sosu kimi qeyd etmişdir) adlandığını yazmışdır. III-IV əsrlərdə şərqdən Cənubi Avropa çöllərinə gəlmiş hunlar dondarları da özlərinə tabe etmişlər. Ehtimal ki, dondarlar hunlarla birlikdə Azərbaycana gəlib məskunlaşdıqda yaratdıqları bəzi yaşayış məntəqələrinə şoşu şəhərinin adını vermişlər. 1727-ci ilə aid bir mənbədə Qarabağ düzündə (indiki Ağcabədi rayonunun ərazisində) Şuşi, Zəngəzurun Çulundur mahalında Şoşu, dağlıq Qarabağda Şuşaluqışlaq, XIX əsrdə şimali Qafqazda Şuşi, Şuşanova və Şuşanay adlı kəndlər vardı. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şuşikənd kəndinin əhalisinin sayı 527 nəfər, daimi əhalinin sayı 544 nəfər təşkil edirdi.
Şuşikənd

Süskənd
Süskənd — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Süskənd kəndi Fıstıqlı, Çinarlı və Qum kəndləri ilə birlikdə Qum kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Qum bələdiyyəsi tərəfindən idarə edilir. == Toponimikası == Süskənd oyk, mür. Qax r-nunun Qum i.ə.v.-də kənd. Qum çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XVIII əsrin ikinci yarısında, İlisu sultanı Xanbaba bəy dövründə Əmircanlı kəndinə məxsus sahədə salınmışdır. Oykonim yaxınlıqda axan Süs çayının adı ilə bağlıdır. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Süskənd kəndində milli tərkibi muğallardan ibarət 20 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər.
Suskənd bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Susəpən bayramı
Susəpən bayramı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ordubad bölgəsində yayın girməsi ilə əlaqədar keçirilən bayram mərasimi === Mahiyyəti və adətlər === Xalq təqviminə uyğun olaraq Azərbaycan xalqının qışın və yazın qarşılanması üçün mərasim (çillə) və bayram (Novruz) qeyd edərlər. Son dövrün araşdırmalarından və toplanmış etnoqrafik çöl materiallarından məlum olur ki, Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli “Susəpən” mərasimi qeyd edilərdi. İyun ayının 21-də yazın bitib, yayın girdiyi gün Ordubad bölgəsində Gilançay vadisinin yuxarı hissəsində “Susəpən” adlı mərasim keçirirdilər. Mərasim zamanı ətraf kəndlərin insanları da şənliyə qoşulardı. Mərasimdə bu bölgənin əhalisi səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibi Qətər pirini, Qara piri ziyarət edirdilər. Ziyarət üçün əvvəlcədən hər cür hazırlıq işləri görülürdü. İnanc yerlərinə gedərkən yol boyu insanlar bir birinin üzərinə su çiləyərdilər. Pirlər ziyarət edildikdən sonra insanlar Gəmiqayaya abidəsinə doğru üz tutardılar. Əsl şənliklər burda başlanılırdı. Xüsusi bayram yeməkləri hazırlanır, at yarışları, yallı və s.