Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güvəyəbənzər boz şibyəyeyən
Güvəyəbənzər boz şibyəyeyən (lat. Setina roscida) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qanadlarının rəngi və naxışları S.irrorella növünə oxşayır, ancaq bu ölçüdə bir qədər kiçikdir. Qanadları açılmış halda 15–16 mm-dir. Ön qanadlarının arxa hissəsi boz tüstü rəngində olduğundan növün adı buradan götürülmüşdür. Arxa qanadlarının ön kənarında bir neçə qara ləkə vardır. Tırtılı çirkli boz-qonur rəngdə olub S.irorella növünün tırtılına üzərindəki sarı ləkələrə görə oxşayır. == Həyat tərzi == Nadir növdür. Tırtılı çirkli boz-qonur rəngdə olub S.irorella növünün tırtılına üzərindəki sarı ləkələrə görə oxşayır. Kəpənəyi işığa çox zəif uçur.
Güvəyəbənzər sarı şibyəyeyən
Güvəyəbənzər sarı şibyəyeyən (lat. Setina irrorella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadların əsası ensiz olub, sarı rəngdədir, üzərində üç cərgə qara nöqtələr yerləşmişdir. Arxa qanadlar enlidir. Açıq sarı rəngdədir. Yuxarı hissəsində üç nöqtə vardır. Baş, döş, qarıncığın uc hissəsi sarımtıl, bədənin qalan hissəsi isə qara rəngdədir. == Həyat tərzi == Tırtılı göyümtül qara rəngdədir.
Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qaratıl-sarı şibyəyeyən (lat. Setina aurita) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən iridir. Qanadları açılmış halda 16-18 mm-dir. Qanadları və qarıncığındakı naxışlara görə E.irrorella növünə çox oxşayır, lakin ondan naxışların daha tünd sarı rəngdə olması, ön və arxa qanadlarda qara ləkələrin iriliyi ilə fərqlənir. Tırtılı qara və ya qara-boz rəngdə olub, hər bədən buğumunun kürək hissəsində iki romb şəklində sarı ləkə, yanlardan nazik sarı yan xətt uzanır, kürək hissəsində uzun qara tüklər, yan hissəsində isə sarı tüklər yerləşir. == Həyat tərzi == Gündüzlər uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır. Yazda qışlamadan çıxan tırtıllar şibyələrlə qidalanır.
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qırmızımtıl-sarı şibyəyeyən (lat. Setina kuhlweinii) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Bu növ irrorella növünə çox oxşayır. Lakin ondan qarıncığının sarımtıl və qanadının tünd sarı rəngi ilə fərqlənir. Həmçinin kəpənəyi də ondan iridir. Qanadları açılmış halda 20-25 mm-dir. Tırtılı tünd qırmızı-qonur rəngdə olub, qara-boz tüklərlə örtülmüş, üzərində cərgə ilə sarı nöqtələr yerləşmişdir, başı qara rəngdədir. == Həyat tərzi == Azərbaycanın dağ və dağ-səhra yerlərində iyul-avqust aylarında seyrək halda rast gəlinir. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.