ATŞABALIDI

is. bot. Xarici görünüşcə şabalıd ağacına oxşayan bəzək bitkisi (ağac). Atşabalıdının vətəni Cənubi Avropadır. Ağacları kürəyəbənzər çətir əmələ gətirir, boyu 15 m-dən hündür olur.
Uzun saplaqlı yarpaqları qarşı-qarşıya düzülür və xarici görünüşcə çox gözəldir. Axundzadə.

ATSİFƏT
ATTAŞÉ
OBASTAN VİKİ
Atşabalıdı
Atşabalıdı (lat. Aesculus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Adi atşabalıdı
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir. Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir. Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir. Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.
Qırmızıçiçək atşabalıdı
Qırmızıçiçək atşabalıdı (lat. Aesculus × carnea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Təbii yayılması == Avropanın cənubunda və Şimali Amerikada, Ukraynanın cənub bölgələrində rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 15-25 m-ə çatan, yığcam yumru çətirli, möhkəm yarpaqlıdır; əsas zoğları şaquli yuxarıya istiqamətlənmiş, aşağı budaqları horizontaldır. Müxtəlif rəngli (çəhrayı-qırmızıdan tünd-qırmızıyadək), çiçəklərin uzunluğu 20 sm-dək olub, süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçəkləmə mayın axırlarında müşahidə edilir. Meyvələri seyrək, barmaqvari-mürəkkəb, tünd yaşıl, parlaq və ya yaşıldır. Calaqla çoxaldılması mümkündür. Payızda yarpaqları uzun müddət yaşıl rəngini saxlayır. == Ekologiyası == Qışa, şəhər iqliminə, küləyə davamlıdır, ancaq quruluqdan əziyyət çəkir.
Çılpaq atşabalıdı
Çılpaq atşabalıdı (lat. Aesculus glabra) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərqində meşələrdə yayılmışdır. == Botaniki təsviri == Mədəni şəraitdə 1809-cu ildən becərilir. Avropa, Orta Asiyanın və Şimali Amerikanın botanika bağlarında yayılmışdır. Hündürlüyü 10 (20) m-ə catan, yarpağı tökülən, dekorativ ağacdır. Çətiri gözəl yarpaqlı və özünəməxsus yumşaq iynəli, çıxıntılı meyvəlidir. Ləçəklərinin sarımtıl, meyvə səthinin kələ-kötür olması ilə fərqlənir. Yarpaqları növbəli və ya qarşı-qarşıya düzülməklə lələkvari, ikiqat lələkvari, üçyarpaqlı və ya sadədir. Əsasən birevlidir.
Sarı atşabalıdı
Sarı atşabalıdı (lat. Aesculus flava) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerika – Pensilvaniyadan Corciya və Alabamaya qədərdir. Moskvada, Sankt-Peterburqda və digər iri şəhərlərdə yaşıllıqlarda və parklarda təsadüf edilir. == Botaniki təsviri == Hündürlüyü 20–30 m-ə qədər, sıx enli-piramidal çətirli ağacdır. Yarpaqları bölümlü, uzunsov, yumurtaşəkilli və ya ensiz-ellipsvari, ucu biz, nazik dişli, uzunluğu 10–15 sm olan, 5 yarpaqcıqdan ibarət, saplağı uzundur. Yarpaqların üstü tünd yaşıl, altı sarımtıl-yaşıldır. Çiçəkləri sarı, ölçüsü 3 sm, uzunluğu 10–15 sm olan süpürgələrdə yerləşir. Şaxtaya davamlıdır. Meyvələri yumru, diametri 5–6 sm, əsasən 2 toxumludur.
Amerika sarıçiçək atşabalıdı

Значение слова в других словарях