Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hədiqətüs-Süəda
Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası‎) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məhəmməd Füzulinin əsəri. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir. Əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h. 954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur. Bu əsər Füzulinin ilk bədii nəsr əsəridir. Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur. Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir.
Məcməüş-şüəra
"Məcməüş-şüara" ("Şairlər yığıncağı") — Bakıda ədəbi məclis (1880-1923) "Məcməüş-şüara" ("Şairlər yığıncağı") XIX əsr. Azərbaycanda qurulan ədəbî məclislərdən biridir. 1880-ci ildə Bakıda təşkil olunan "Məcməuş-şuəra" ədəbi məclisinin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Sürəyya idi. İ. Zülali, M. Dilxun, Ə. Vaqif, Ə. Cənnəti, Ə.Yusif, Ağa Kərim Salik, M. Müsəvvir, M. Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi.
Vəhdətüş-Şühud
Vəhdətüş-Şühud (şahidlik vəhdəti, görmə birliyi) – sufi təlimi. == Haqqında == Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdəti-vücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-şühud təlimini inkişaf etdirmişdir. == Simnani təlimi == Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdəti-vücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər.
Şüəra məqbərəsi
Şüəra məqbərəsi (fars. مقبرةالشعرا‎ Maqbarat-o-shoara) — və ya Şairlər məqbərəsi Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra məqbərəsi 2009 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana aid videoçarxda Azərbaycanın simvollarından biri kimi göstərilmişdir. == Tarixi == Şairlər məqbərəsi Təbrizin qədim Surxab məhəlləsində yerləşir. Məzarlığının adı XIII əsrə qədər məlum olan heç bir mənbədə çəkilmir. Məzarlıq haqqında ilk dəfə Elxanilər dövlətinin dövründə yaşamış şair, tarixçi, çoğrafiyaçı Həmdullah Qəzvininin "Nüzhətül-qülub" (“Ürəklərin əyləncəsi”) kitabında bəhs olunur. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq məkanda yaşamaq istəyirdilər. Xaqani və Fələki Şirvanilər Şirvandan, Əbülula Gəncəvi Gəncədən, Zahirəddin Fəryabi Xorasandan gəlib Təbrizdə məskən salır, yazıb-yaradırlar.
Əncüməni-şüəra
"Əncüməni-şüəra" Məlumdur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində ədəbi məclislər yaranmışdı. Həmin dövrdə Bakıda "Məcməüş-şüəra", Şamaxıda "Beytüs-Səfa", Qubada "Gülüstan", Lənkəranda "Fövcül-füsəha", Qarabağda "Məclisi-üns" və "Məclisi-fəramuşan" adlanan ədəbi məclislər fəaliyyət göstərirdilər. Belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində və Nəsrəddin Qarayevin "XIX əsrdə Azərbaycanda ədəbi məclislər" adlı namizədlik dissertasiyasında Şeyxəli Naibin məclisin təşkilatçısı kimi yalnız adı çəkilmiş, onun kimliyi haqqında heç bir məlumat verilməmişdir. Tədqiqatlar göstərir ki, həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. XIX əsrin birinci yarısından başlayaraq Şeyxəli xan Ordubadın naibi-canişini təyin olunmuş, şeir və sənət aləminə maraq göstərdiyi üçün orada "Ənçüməni-şüəra" adlı ədəbi məclis yaratmışdır. Təsadüfi deyildir ki, XIX əsrin görkəmli şairlərindən olan Əndəlib Qaracadaği özünün "Ordubadın vəsfi" adlı müxəmməsində Ordubadın və onun Əylis kimi səfalı kəndlərinin tərənnümü fonunda Şeyxəli xan Kəngərlini də oranın hakimi kimi yad etmiş, onun səxavət və şücaətindən danışmışdır: Ordubadın, nə deyim, vəsfi gülustanə dəyər. Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər. Hər dəm Əylis səfəri Hindu İsfahanə dəyər.
Sumida
Sumida — Tokionun xüsusi rayonlarından biri.
Şuəra
26-cı surə
Andrey Sereda
Andrey Viktoroviç Sereda (ukr. Андрiй Вiкторович Середа, 1 yanvar 1964, Kiyev) — Ukraynanın rok-müğənni və aktyor, „Komu Vnız“ rok-qrupunun lider və vokalist.
Camal Sürəya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — Kürd əsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Cemal Süreya
Camal Sürəya (1931[…], Ərzincan, Türkiyə – 9 yanvar 1990, İstanbul, Türkiyə) — Kürd əsilli türk şair və yazıçı. Əsil adı Cəmalətddin Səbərdir. Camal Sürəya 1931-ci ildə Ərzincan şəhərində doğulub.1938-ci ildə Dersim Üsyanı (Dersim Qətliamı) nəticəsində ailəsi ilə birlikdə Biləcikə sürgün edilir. O yanvarın 9-u İstanbul şəhərində vəfat edib.
Dunayska Streda
Dunayska Streda (slovak. Dunajská Streda, alm. Niedermarkt‎, mac. Dunaszerdahely) — Slovakiyanın cənubunda, Trnava bölgəsində şəhər. Əhalisi 23 562 nəfərdir (2004-cü il). Şəhər ölkədəki macar azlığının qeyri-rəsmi paytaxtıdır. == Tarix == Şəhərin adı ilk dəfə 1238-ci ildə qeyd edilib. XV-XVI əsrlərdə şəhər hüquqları əldə etmişdi, lakin buna baxmayaraq XIX əsrin sonlarına kimi Dunayska Streda sənətkarların hakim olduğu kiçik bir qəsəbə statusunu saxlamışdı. XX əsrin ikinci yarısından şəhərdə sənayeləşmə prosesi başlamışdı.
Rin Sumida
Rin Sumida (12 yanvar 1996) — Yaponiyalı futbolçu. Mynavi Sendai və Yaponiya milli komandasında oynayır. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 22 oyun keçirib.
Sühəyl Ünvər
Sühəyl Ünvər (türk. Süheyl Ünver 1898[…], Konstantinopol – 14 fevral 1986, İstanbul) — Türkiyə yazıçısı və həkimi. Ünvər xeyli sayda roman və hekayələr müəllifidir. == Həyatı == Sühəyl Ünvər 1898-ci il fevralın 17-də İstanbulda anadan olub. İlk təhsilini "Medresetü'l-Hattatin"'də almış, burda xəttatlığı öyrənmişdi. Gənc Sühəyl türk ornament miniatür sənəti ilə məşğul idi. "Darülfün"də Tibb Fakültəsində təhsil almış, 1920-ci ildə onu bitirmişdir. 1927-1929-cu illərdə daxili xəstəliklər üzrə tibb ixtisasını Paris Universiteti Tibb Fakültəsində tamamlamışdır. 1930-cu ildə Tibb Fakültəsi Müalicə Klinikasında Farmakodinamikanın dosenti vəzifəsində çalışmışdır. Gureba və Haseki xəstəxanalarında, Sənaye Məktəbində həkim köməkçi olaraq işləmişdir.
Sümela monastrı
Sümela monastırı — Trabzon ilinin Maçka ilçəsinin Altındərə kəndi sərhədləri içərisində yerləşən (Antik Yunanca adı: Panagia) dərənin qərb yamaclarında olan Qara (Antik Yunanca adı: Mela) təpəsi üzərində dəniz səviyyəsindən 1.150 metr yüksəklikdəki qədim Rum Pravoslav monastır və kilsə kompleksidir. Tam adı Panagia Sumela (Παναγία Σουμελά) və ya Theotokos Sumeladır. == Tarixi == Kilsənin eramızın 365–395-ci illər arasında inşa edildiyi güman edilir. Anadoluda tez-tez təsadüf edilən Kappadokiya kilsələri üslubunda tikilibdir. Hətta Trabzonda Yəhudi məzarlığı ərazisində bənzər bir mağara kilsəsi də var. Kilsənin ilk təşkilatı ilə monastır halına çevrilmə arasındakı min illik dövr haqqında çox məlumat bilinmir. Qara dəniz Yunanları arasında danışılan bir əfsanəyə görə Afinalı Barnabas ilə Sophronios adlı iki rahib eyni yuxu görüblər. Yuxularında İsanın şagirdlərindən Aziz Lukaın düzəltdiyi üç Panagia ikonasında Məryəmin körpə İsanı qollarında tutduğu təsvirin olduğu yer olaraq Sümelanın yerini görmüşdülər. Beləliklə bir-birindən xəbərsiz olaraq dəniz yolu ilə Trabzona gəlib, orada qarşılaşıb gördükləri yuxuları bir-birilərinə danışmış və ilk kilsənin əsasını qoymuşdular. Bununla yanaşı monastırdakı fresk-lərdə tez-tez yer alıb, xüsusi əhəmiyyət verilən Trabzon İmperatoru III Aleksiosun (1349–1390) monastrın həqiqi qurucusu olduğu güman edilir.
Şuşada mədəniyyət
Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu şəhər Qarabağ xanlığı 1822-ci ildə süqut edənə qədər onun paytaxtı olmuşdur. Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın evi yandırılmışdır. == Memarlıq == Şuşa şəhərinin memarlıq siması üçün, şəhərin yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı ilə səsləşən mənzərəlik xarakterikdir. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərb tərəfi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qaya daşlarından istifadə edilmişdir.Şuşa şəhərinin XVIII-XIX əsr mülki memarlığında evlərin həllində çoxobrazlılıq diqqət çəkir; Şuşada inkişaf etmiş şəhər və saray tipli yaşayış evlərinin inşası ilə yanaşı, Azərbaycan ərazisində daha qədim dövrlərdə yayılmış qaradam tipli evlərin inkişaf etmiş forması olan Qarabağ daş qaradamlarının da inkiafı dava etdirilirdi. Şuşanın sıravi yaşayış evləri isə öz memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə Azərbaycanın digər rayonlarında həmin dövrlərdə inşa edilmiş yaşayış evləri ilə eyniyyət təşkil edir.Plan həlli baxımından Şuşa evlərinin konfiqurasiyasında üç tip müəyyən edilmişdir: düzbucaqlı, Г-formalı və П-formalı evlər.
Əs-Süveyda
Əs-Süveyda (ərəb. السويداء‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi.
Sahed İdovu
Sahed İdovu (3 yanvar 1990) — Konqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Sahed İdovu Konqonu 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
Suada Salimova
Suad Nizami qızı Salimova (19 mart 1993, Bakı) — " Iron Girl " ləqəbli Azərbaycanlı peşəkar döyüşçü. K1 üzrə dünya çempionu, WTKA versiya üzrə dünya çempionu, kikboks üzrə 4 qat Azərbaycan çempionu, Uşu-Sanda üzrə 3 qat respublika çempionu. == Həyatı == Suad Salimova 19 mart 1993-cü il Bakı şəhərində anadan olmuşdur. Bakı Slavyan Universitetinin Regionşünaslıq fakultəsin bitirmişdir. 2017-ci ildən Hollandiyanın Amsterdam şəhərində yaşayır. == Karyerası == 2014-cü ildə K1 üzrə Gürcüstanda keçirilən yarışda çempionu olmuşdur. 2015-ci ildə Sankt-Peterburqda Uşu-Sanda üzrə keçirilən yarışda qalib olmuşdur. 2015-ci ildə K1 üzrə Iranda keçirilən yarışda çempionu olmuşdur. 2015-ci ildə Ispaniyada keçirilən WTKA versiya üzrə yarışda dünya çempionu olmuşdur. 2016-cı ildə Romaniada keçirilən WTKA versiya üzrə keçirilən yarışda gümüş medal qazanmışdır.
Suada Ələkbərova
Suada Ələkbərova (24 fevral 2001, Bakı) — 2012-ci ildə Azərbaycanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edən iştirakçı. == Həyatı == Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının yetirməsidir. Bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir. Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: "Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı".
Sunda Boğazı
Zond boğazı - ind. Selat Sunda. Yava adasını Sumatra adasından ayırır. Sakit okeanına daxil olan Yava dənizini Hind okeanı ilə birləşdirir. Boğazda çoxlu sayda vulkan məşəli adalar vardır. Krakatau vulkanında 1883-cü ildə dünya tarixində ən güclü partlayış və püskürmə baş vermişdir. Zond boğazının şimal-qərbdə eni 24 km təşkil edir. Dərinliyi 20 m-dir. Bu da boğazdan böyük tonnajlı gəmilərin üzməsini mümkünsüz edir. Uzunluğu 130 km təşkil edir.
Sunda Krallığı
Sunda Krallığı (sunda. ᮊᮛᮏᮃᮔ᮪ ᮞᮥᮔ᮪ᮓ Karacaan Sunda) 669-dan 1579-cu ilə qədər Yava adasının qərb hissəsində yerləşən hinduist Sunda Krallığını indiki Banten, Cakarta, Qərbi Yava ərazisi və Mərkəzi Yavanın qərb hissəsi əhatə edirdi. Sunda Krallığı paytaxtını öz tarixi ərzində bir neçə dəfə köçürmüşdü.Şərqdə Qaluhla (Kavali) qərbdə Pakuan Pacacaran arasında dəyişmişdi.:379İlkin tarixi qeydlərdən Bucanqqa Manik əlyazmasına görə krallığın şərq sərhədi Pamalı çayı (Ci Pamali bugünkü Brebes çayıdır) və Mərkəzi Yavada Serayu (Ci Sarayu) idi. Sunda Krallığına aid mənbələrin əksəriyyəti 16-cı əsrdəki ilkin tarixi qeydlərdən gəlir. Onun sakinləri əsasən eponalı etnik Sundalılar idi, əksəriyyəti isə hinduizm dininə məxsus idi. == Etimologiya == Sunda adı sanskrit önşəkilçisindən gəlir - "yaxşılıq" və ya "yaxşı keyfiyyətə malikdir" deməkdir. Məsələn nümunə qızıl təsvir etmək üçün suvarna (yanan: "yaxşı rəng" )dir. Sunda həmşinin Hindu tanrısı Vişnu üçün başqa bir addır. Sanskritdə Sundara (erkək) və ya Sundari (qadın) sözü "gözəl" və ya "mükəmməllik" deməkdir. Sunda sözü parlaq, yüngül, təmiz, təmiz və ağ deməkdir.Sunda adı həmçinin Sunda və Upasunda hind mifologiyasında Brahmadan enerji almaq imkanı qazanan güclü Asura qardaşlarından biri kimi tanınır.
Sunda Vivitan
Sunda Vivitan (sunda. ᮞᮥᮔ᮪ᮓ ᮝᮤᮝᮤᮒᮔ᮪, azərb. erkən Sunda və ya həqiqi Sunda‎) Sundalıların ənənəvi dini inanc sistemi. Bu təbiətin gücünü və əcdadların ruhunu (animizm və dinamizmi) ifadə edir. Bu inanc sisteminin ardıcılları Qərbi Yavanın Kanekes, Lebak, Banten,Cisolok,Ciptaqelar Kasepuhan Banten Kidul,Sukabumi,Kampunq Naqa,Ciququr və Kuninqan reqensi (inzibati ərazi) kimi ərazilərin bəzi kəndlərində tapıla bilər. Carita Parahyanqanthis ərazisində bu inanc Catisunda adlanır. Bu dinin tətbiqçilərinin fikrincə Sunda Vivitan qədim dövrlərdən Hinduizm və İslam gəlməmişdən əvvəl həyat tərzinin bir hissəsi olmuşdur. Sunda Vivitanın müqəddəs kitabı Sanqhyanq siksakanda nq karesian adlanır.Bu kitab dini və əxlaqi rəhbərlik, qaydalar və dərslərdən ibarət olan bir nəsihətedici metoddur. Mətn İndoneziya Milli Kitabxanası tərəfindən Kropak 630 olaraq təyin olunur. Cikeusik kəndinin bir kokolotuna (yaşlı) görə Kanekes xalqı Hindu və ya Buddizm inanclarına bağlı deyillər.
Sunda dili
Sunda dili (ᮘᮞ ᮞᮥᮔ᮪ᮓ) Sundalılar tərəfindən danışılan malay-polineziya dilidir. Yavanın qərb hissəsində təxminən 39 milyonluq əhalinin ana dilidir, İndoneziyanın ümumi əhalisinin təxminən 15% -ni təşkil edir. == Əlavə oxu == Rigg, Jonathan (1862). A Dictionary of the Sunda Language of Java. Batavia: Lange & Co. == İstinadlar == == Həmçinin bax == Yava dili == Xarici linklər == Vikianbarda Sunda dili ilə əlaqəli mediafayllar var.
Sunda yazısı
Sunda yazısı (Aksara Sunda, ᮃᮊ᮪ᮞᮛ ᮞᮥᮔ᮪ᮓ), Sunda xalqı tərəfindən istifadə edilən bir yazı sistemidir. XIV və XVIII əsrlər arasında qədim sundalılar tərəfindən istifadə edilən Qədim Sunda yazısı (Aksara Sunda Kuno) əsasında qurulmuşdur.Sundalılar bir-birindən fərqli yazılardan istifadə etdiyindən Sunda yazılarının standartlaşdırılmasında bir sıra tələblər mövcuddur: (a) Sunda dilini yaza biləcək bir skript; (b) istifadə müddəti; (c) istifadə sahəsi; (d) anlaşıqlıq; (e) Sunda kimliyini göstərir. Qərbi Yava vilayəti hökuməti Sunda dili, ədəbiyyatı və yazısı haqqında Peraturan Daerah (Yerli Tənzimləmə) no. 6 1996 elan etdi. Tənzimləmə Keputusan Presiden tərəfindən (Prezidentin Qərarı) no. 082 / B / 1991, 24 iyul 1991-ci il. Yerli tənzimləməni izlədikdə 21 Oktyabr 1997 Çərşənbə axşamı Yapon dili Araşdırmaları Mərkəzinin əsas salonunda Universitas Padjadjaran, Jatinangor; Qərbi Yava əyalətinin hökuməti və Padjadçara Universiteti Ədəbiyyat Fakültəsi ilə birgə "Lokakarya Aksara Sunda" adlı seminar keçirilib və Qərbi Yava əyalətindəki yerli icmalar və şəhərlərdən nümayəndə heyətləri iştirak edib.
Şuhey Kamimura
Şuhey Kamimura (上村 周平, Kamimura Shuhei, 15 oktyabr 1995-ci ildə Masikidə anadan olub) — Hal-hazırda Roasso Kumamoto FK klubunda çıxış edən Yaponiya futbolçusudur. == Klub statistikası == 23 fevral 2016-cı il məlumatlarına əsasən.
Şuhey Terada
Şuhey Terada (d. 23 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Şuəra Surəsi
26-cı surə