Mirzə Əhməd Süheyli
Mirzə Əhməd Süheyli (?-1911)—Azərbaycan şairi.
Mirzə Əhməd Süheyli açıq fikirli, azadxah, vətənpərvər bir ədib və həm də istedadlı bir şair olmuşdur.
Süheyli başqa yaradıcılıqları və ədəbiyyata xidmətləri ilə yanaşı, 1903-cü ildə özündən əvvəlki şairlərin əsərlərindən ibarət bir böyük şeirlər məcmuəsi tərtib etmiş, özünün bir sıra şerlərinin buraya salmaqla çap etdirmişdir. Bu məcmuəyə Hilali, Əhli Şeyx Əttar, Əbusəid Əbulxeyr, Əvhədi, Vəhşi, Baba Tahir, Hatif, Cami, Məsud, Səd, Nizari, İbn-Yəminin şerlərinin daxil etmişdir.
Mirzə Əhməd Süheyli 1330-cu h.q. (1911 m.) ilində, məhərrəm ayının 10-da çar məmurları tərəfindən dar ağacından asılmışdır. Bu faciəli ölümünə görə Təbrizdə elə adam tapmaq çətindir ki, uşaqlıqdan bəri bu barədə söhbətlər eşitməsin və onun şerlərindən dinləməsin, ya özü əzbərdən bilməsin.