Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq Şahsuvar
Aşıq Şahsuvar (1927, Yarpızlı, Yeni Bəyazid qəzası – 1996, Daşbulaq, Gədəbəy rayonu) – aşıq. == Həyatı == Aşıq Şahsuvar Eyyub oğlu Fərzəliyev 1927-ci ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. 1948–1953-cü illərdə başqa göyçəlilər kimi o da departasiyaya uğrayıb və gəlib Gədəbəy rayonunun Söyüdlü kəndində məskunlaşıb, bir il orada yaşayandan sonra Əli-İsmayıl kəndinə köçüblər, orada da iki il qaldıqdan sonra Hərel-İsa, indiki Daşbulaq kəndinə köçüblər və düz ömrünün sonuna kimi, yəni 1996-cı ilə qədər həmin kənddə yaşayıb. Aşıq Şahsuvar Eyyub oğlu gözəl yaddaşa və gözəl danışıq qabiliyyətinə malik olub, atası Eyyub kimi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi oğlunun bu istedadını görüb, onu aşıq sənətinə yönəldib, onu da deyim Aşıq Şahsuvarın atası Eyyub kişi Göyçədə ən gözəl balaban icraçısı olub. Aşıq Şahsuvar bütün Aşıq havalarını özünəməxsus ifa edərdi, onun Göyçə gülü, Yanıq Kərəm cığalı təcnis, dodaqdəyməz, müxəmməs kimi aşıq el havalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar aşıq dastanlarını elə gözəl ifa edərdi ki, məclisdə bir nəfər belə səs çıxarmazdı. O, Xəstə Qasım, Tufarqanlı Abbas, Şah İsmayıl və başqalarını özünəməxsus ifa edərdi. Aşıq Şahsuvar Aşıq Ələsgərin vurğunu idi. Ustadı Aşıq Oruc olmuşdur.
Şahsuvar Yəhyayev
Şahsuvar Əlyar oğlu Yəhyayev (1932, Qubadlı rayonu) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi 1932-ci il Qubadlı rayon Qaralar kəndində anadan olub. Gəncədə Kənd Təsərrüfatı İnstitutunu və Ali Partiya Məktəbini bitirib. Ş. Yəhyayev bir sıra partiya vəzifələrində çalışandan sonra, 1985-ci il yanvarında 1991-ci ilin oktyabr ayına kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi, rayon sovetinin sədri işləyib.
Məlikmüzəffər Şahsuvar bəy Zülqədər
Məlikmüzəffər Şahsuvar bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, XV yüzillik. Süleyman bəyin ikinci oğlu Sahsuvar bəy Məlikmüzəffər ləqəbini daşıyırdı. 1467-ci ildə 1473-cü ilədək bəyliyin hökmdarı olmuşdu. Şahsuvar bəyin üstündə osmanlılarla məmlüklər arasındaki dostluq daha da pozuldu. Bu dönəmdə Zülqədərli bəyliyi üzərindəki Osmanlı-Məmlük nüfuz mücadiləsi daha da artdı. Məmlük sultani Xoşqədəm, Zülqədərli taxtı üçün yeni bir namizəd tapdı. Şahsuvar bəyin qarşısına bir rəqib çıxarmaq üçün onun əmisi Rüstəm bəyi taxtı ələ keçirməyə təşviq etsə də, bir nəticə əldə edə bilmədi. Məmlük sultani daha sonra Şahbudaq bəyə qüvvələr verərək onu Maraş və Əlbistan üzərinə göndərdi. Qardaşlar arasındaki bu mücadiləni də Şahsuvar bəy qazandı. Məmlük sultani zülqədərlilər üzərinə Sam valisi Berdi bəy başçılığında bir ordu daha göndərdi.
Şahsüvar Qadınəfəndi
Şahsüvar Qadınəfəndi və ya Şahsüvar Xanım (Osmanlı türkcəsi: شہسوار خانم) (2 may 1881, Konstantinopol – 1945, Paris, Fransa) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin ilk xanımı. Şahsüvar xanım 2 may 1881-ci ildə İstanbulda dünyaya gəlmişdir. Ailəsi əslən ubıxdır. Hələ kiçik yaşlarında atası onu saraya tsəlim etmiş, adı dəyişdirilərək Şahsüvar qoyulmuşdur. 15 yaşında 22 dekabr 1896 tarixində Əbdülməcid Əfəndi ilə Çırağan sarayında evləndirilmişdir. Cütlüyün yeganə övladı olan Şahzadə Ömər Fərrux Əfəndi 29 fevral 1898-ci ildə dünyaya gəldi. 1924-cü ilin martında əri və uşaqları ilə birlikdə sürgünə getdi. Əvvəlcə İsveçrədə, daha sonra Fransanın Nitsa şəhərində məskunlaşdılar. Əri Əbdülməcid Əfəndinin 1944-cü ildəki vəfatından bir il sonra, 1945-ci ildə Parisdə vəfat etmiş, Parisdəki Bobigny məzarlığında dəfn edilmişdir. Harun Açba (2007).
Şahsüvar Sultan
Şahsüvar Sultan (1682, Rusiya – 27 aprel 1756, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və III Osmanın anası, Validə sultan. 1682-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən rus və ya serb olub, əsl adının Mariya olduğu bilinir. Osmanlı sarayında təlim-tərbiyə almış və Sultan Mustafaya səltənətinin ilk illərində təqdim edilmişdir. İlk övladı olan Şahzadə Osmanı 3 yanvar 1699-cu ildə, qızı Əmətullah Sultanı isə 22 iyun 1701-ci ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Şahsüvar Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 51 il boyunca köhnə sarayda yaşayan Şahsüvar Sultan bu müddət ərzində övladını görə bilmədi. Sultan Əhmədin 1730-cu ildə Patrona Xəlil üsyanıyla taxtdan endirilməsinin ardından Sultan Mustafanın böyük oğlu Şahzadə Mahmud taxta çıxmış, kiçik oğlu (eləcə də Şahsüvar Sultanın oğlu) olan Şahzadə Osman isə vəliəhd elan edilmişdi.
Şahsüvar Validə Sultan

Şəhrivar (Ərdəbil)
Şəhrivar (fars. شهريور‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 474 nəfər yaşayır (118 ailə).
Sərçuvar
Sərçuvar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Lənkəran qəzasının Sərçuvar kəndində 20 evdə 109 nəfəri kişilər, 84 nəfəri isə qadınlar olmaqla 193 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi. Hazırda kənd əhalisinin sayı 1612 nəfərdir. Yerli əhali kəndi Sərçivo adlandırır. XIX əsrin ortalarında isə oykonim Səlçuva variantında qeydə alınmışdır. Oykonimin izahı ilə bağlı bir neçə mülahizə mövcuddur. Belə ki, bu coğrafi adı sərçələr nəslinin adı ilə fars dilindəki səracə (kiçik saray, yurd, məskən) sözü ilə əlaqələndirirlər. Güman etmək olar ki, oykonim sər (fars, “baş”, “təpə”) və civar (ər. “əhatə, ətraf’) komponentlərindən düzəlib, “ətrafi təpəlik olan” və ya “təpəliyin əhatəsi, ətrafı” mənasındadır.