Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəkərcik
Şəkərcik — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir. 1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir.
Şəkərli
Şəkərli (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəkərli (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Şərədil
Şərədil – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılmışdır. Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. XIX əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, "şoranlaşmış quru torpaq zolağı" mənasındadır. Kənd Ləngəbiz silsiləsinin Şərədil yaylasında yerləşir. Kənd əhalisi 590 nəfərdir ki, onun da 281 nəfəri kişi, 309 nəfəri isə qadınlar təşkil edir. Kənddə 147 təsərrüfat var. Kənddə beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" oteli fəaliyyət göstərir.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Şəkərim Kudayberdiyev
Şəkərim Kudayberdiyev (qaz. Шәкәрім Құдайбердіұлы; 11 iyul 1858 – 2 oktyabr 1931 və ya 3 oktyabr 1931, SSRİ) — şair, yazıçı, tərcüməçi, tarixçi, pedaqoq, filosof, bəstəkar. Şəkərim qazax-qırğızlar arasında məşhur olan arqın tayfasının tobuktılar nəslindən Kudayberdinin oğlu, Kunanbayın nəvəsidir. 1858-ci il iyulun 11-də Rusiyanın işğal etdiyi bölgədə yaratdığı Semipalatinsk qəzası Çingiz nahiyyəsinin Genbulaq kəndində anadan olub. İndi bu kənd Şərqi Qazaxıstanın Abay rayonundadır. Atası Şəkərim 5 yaşında kənd mollasının yanına oxumağa göndərib. Özü isə oğlunun təlim-tərbiyəsiə diqqət yetirib. Lakin 7 yaşında atasını itirdiyindən babası Kunanbayın himayəsində qalıb. Ona görə də onun təhsili və tərbiyəsi ilə əmisi, qazaxıstanın böyük şairi və maarifçisi Abay Kunanbayev məşğul olub. Abay Kunanbayev ona yalnız valideynlik etməyib.
Şəkərli (Ağstafa)
Şəkərli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Poylu kənd inzibati ərazi dairəsində qəsəbə.
Şəkərli (Salyan)
Şəkərli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Şəkərli diabet
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkərcik yaşayış yeri
Şəkərcik — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Şəkərcik kəndinin ərazisində yerləşir. Şəkərcik ərazisində tədqiqatlar zamanı söbut olunmuşdur ki, burada e.ə. I minilliyin əvvəllərində Son Tunc dövrünə aid yaşayış yerləri olub. Arxeoloji axtarış və kəşfiyyat qazıntısı zamanı bu ərazidən küpə, cam, çölmək, qazan, xeyrə və s. gil qab qırıqlarının nümunələri aşkar olunmuşdur ki, bunlar da əldə və dulus çarxında hazırlanmışdır. Buradan dəvəgözü (obsidian) qəlpələri, dəndaşı, daş toxalar da aşkar edilmişdir. Qabların bəzisinin səthi səliqə ilə cilalanmış, hamarlanmış, kəsmə naxışla bəzədilmişdir. Tədqiqatlar bunu deməyə əsas verir ki, qədim dövrlərdə bu ərazilər oturaq əkinçi-maldar tayfalarına məxsus olmuşdur.
Mərkəzi şəkərsiz diabet
Mərkəzi şəkərsiz diabet — neyrogen şəkərsiz diabet olaraq da adlandırılan, beyində vazopressinin kifayət qədər olmayan istehsalı nəticəsində yaranan xəstəlik. Neyrogen şəkərsiz diabet xəstəliyi şəkərsiz diabetin bir növüdür. Vasopressin qan həcmini (damardaxili) artırır və sidik ifrazını azaldır. Buna görə də, onun çatışmazlığı sidik istehsalının artmasına və həcminin azalmasına səbəb olur. O, həmçinin beyindəki hipotalamus tərəfindən təmin edilən posterior hipofiza (neyrohipofiz) aid olan neyrohipofiz şəkərsiz diabet kimi də tanınır. Bu vəziyyətdə yalnız şəkərli diabetlə ümumi olan poliuriya (sidiyin həddindən artıq və ya anormal dərəcədə böyük ifrazı) var. Bir-birini istisna etməsə də, əksər tipik hallarda "neyrogen şəkərsiz diabet" adı aldadıcıdır. Daha düzgün ad "hipotalamik neyrohipofizal ADH çatışmazlığı" ola bilər. Metabolik ensefalopatiyada artan susuzluq, poliuriya və orqanizmin susuzlaşmasıdır. Ən azı 25% hallarda (ən çox yayılmış təsnifat) neyrogenik şəkərsiz diabetin naməlum səbəbləri var, yəni naməlum səbəbə görə vazopressin istehsal olunmur.
Nefrogenik şəkərsiz diabet
Nefrogenik şəkərsiz diabet — əsasən böyrək xəstəliklərindən qaynaqlanan şəkərsiz diabetin bir növü. O, böyrək şəkərsiz diabeti kimi də tanınır. Nefrogenik şəkərsiz diabet antidiuretik hormonun (həmçinin vazopressin adlanır) qeyri-kafi səviyyələrinin səbəb olduğu mərkəzi və ya neyrogenik şəkərsiz diabetdən fərqlidir. Nefrogenik şəkərsiz diabet böyrəklərin antidiuretik hormona düzgün reaksiya verməməsi ilə qaynaqlanır və nəticədə böyrəklərin sərbəst suyu çıxararaq sidiyi konsentrasiya etmək qabiliyyətini azaldır. Klinik təzahürü polidipsiya (həddindən artıq susuzluq) və poliuriya (çox miqdarda sidiyin ifrazı) ilə özünü göstərən neyrogen şəkərsiz diabetə bənzəyir. Orqanizmin susuzlaşması tez-tez baş verir və sidik kisəsinin xroniki şişməsi nəticəsində sidik qaçırma halları olur. Tədqiqat zamanı plazma osmolyarlığının artması və sidiyin osmolyarlığının azalması müşahidə olunmuşdur. Hipofiz funksiyası normal olduğu üçün antidiuretik hormonun səviyyəsi anormal və ya yüksələ bilər. Poliuriya xəstə maye qəbul edə bildiyi müddətə qədər davam edəcək. Xəstə maye qəbul edə bilmirsə sidiyi konsentrə edə bilmir və hipernatremiya nevroloji simptomları başlayır.
Qozlu-şəkərli piroq
Qaraqaya-i Şəkərli (Hurand)
Qaraqaya-i Şəkərli (fars. قره قيه شكرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (103 ailə).
Şəkərli-i Ülya (Germi)
Şəkərli-i Ülya (fars. شكرلوي عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (14 ailə).
Shake It Up Şekerim
Shake It Up Şekerim — 2007 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə müğənnisi Kənan Doğulu tərəfindən ifa edilmiş mahnı.