Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəngulə
Zəngulə - (hərf. far. – zınqırov, xırda zəng, cınqral) Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan doqquzuncusu. Azərbaycan vokal musiqi yaradıcılığında geniş istifadə olunan bəzək və zinət priyomlarından biri. Xanəndə və aşıq ifaçılığında avazın yekrəng səslənməsi və dinləyiciyə daha artıq xoş gəlməsi üçün oxunan muğam, qoşma və sairənin melodiyasında təğənni olunan ayrı – ayrı səsin yüksəliyi etibarı ilə ona ən yaxın qonşu səslər ilə növbələndirilməsi.
Zəngələ
Zəngələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Zəngələ kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim Zəngənə adlı bir tayfanı əks etdirir. Məmməd Həsən Vəliyevin sözlərinə görə, XIV əsrdə Hulaku hökmdarlar ilə Zəngənə tayfası Türküstandan İrana göçürülüb gəlmişdi. Və bu tayfa orta əsrlərdə qızılbaşlara qoşulmuşdur. Bir müddət keçəndən sonra Səfəvi şahları Zəngənə tayfasına Azərbaycanda,Gürcüstanda və Ermənistanda ərazi ayırmışdır.Zəngələ sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan biri zəngənə adlı tayfa ilə bağlıdır. Digər iki fərziyyəyə görə kəndin adı talış dilindən zənqulə (sırsıra) və ya zənqələ (balıqqulağı) sözləri ilə əlaqələndirir. == Tarixi == == Coğrafiyası və iqlimi = == Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur.
Şanagülə
Elmi adı:Nelumbo caspica (DC.) Fisch. (Nelumbo nucifera auct.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür. == Qısa morfoloji təsviri == Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur. Çiçəkləri iri, ətirli, 20 (25) sm diametrdə; ləçəkləri çəhrayı və ya açıq –çəhrayı rəngdə, tərs –yumurtavari, uzunsov formadadır. Erkəkcikləri yumruvari, çoxsaylıdır. Meyvəsi – xırda qoz, 10-22 (daha çox 14-17) sayda, yumruvari, tünd –göyümtül qabıqlı, 1-1,5 sm uzunluqdadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—iyul—avqust aylarına təsadüf edir.
Sengiley
Sengiley — Rusiya Federasiyasının Ulyanovsk vilayətində şəhər.
Senqe
Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi. == Həyatı == Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır. == Ədəbiyyat == Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
Bulbophyllum sensile
Bulbophyllum sensile (lat. Bulbophyllum sensile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Səfqulu Orucov
Orucov Səfqulu Əziz oğlu — azərbaycanlı mühəndis, Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri. == Həyatı == Səfqulu Orucov 5 sentyabr 1930-cu ildə Bərdə rayonunun Qaradırnaq kəndində anadan olmuşdur . 1955-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyası) dağ-mədən mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra "Xəzərdənizneftkəşfiyyat" trestinin 1 №-li Qazma Kontorunda əmək fəaliyyətinə başlamışdır. 1976-cı ilədək həmin trestdə müxtəlif vəzifələrdə çalışmış, qazmaçı köməkçisindən baş mexanik vəzifəsinədək yüksəlmişdir. 1970-ci ildə V.İ.Leninin anadan olmasının "100 illiyi" münasibətilə əməkdə fərqlənməyə görə medalla təltif edilmişdir. 1967-ci ildə Hollandiyada və AFR-də, 1980-ci ildə Yaponiyada, 1985-ci ildə isə Polşa Xalq Respublikasında xidməti ezamiyyətlərdə olmuşdur. 1988-ci ildə Sualtı-Texniki İşlər və Dənizin Neftlə Çirklənməsindən Mühafizəsi üzrə İxtisaslaşdırılmış İdarəsinə (indiki XDDQXİİ) rəis təyin edilmişdir. Xəzər dənizində ilk üzən qurğunu Hollandiyadan gətirən mühəndislər dəstəsinin rəhbəri olmuşdur. Dənizdə neft çıxarılması ilk dəfə SSRİ-də 1947-ci ildə Xəzər dənizindəki Neft daşlarında həyata keçirilmişdir. Lakin 1967-ci ilə kimi Xəzər dənizinin 30 metrə qədər dərinliyinə dəmir özəl atıb onun üzərinə qüllə qoymaqla dərinliyi 3 000 metrə qədər olan neft quyuları qazılırdı.
Səncələ (Piranşəhr)
Külic (fars. سنجله‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (43 ailə).
Yozef Mengele
Yozef Mengele (alm. Josef Mengele‎; 16 mart 1911[…], Güntsburq[d], Bavariya Krallığı, Almaniya imperiyası – 8 fevral 1979[…], Bertioqa[d], San-Paulu ştatı), Ölüm mələyi (alm. Todesengel‎) və ya Ağ mələk (alm. der Weisse Engel‎ və ya Weißer Engel)) — SS-Hauptşturmfürer (kapitan) rütbəli Almaniya zabiti və İkinci Dünya müharibəsində xidmət etmiş hərbi həkim. Tarixdə daha çox Auşvitz həbs düşərgəsindəki fəaliyyəti ilə yadda qalıb. Mengele həbs düşərgəsində məhbuslar üzərində ölümcül eksperimentlər aparmış, eləcə də qaz kamerasında öldürülən qurbanların seçilməsində iştirak etmiş həkim qrupunun üzvü olmuşdur. Qızıl Ordu qoşunlarının Polşa ərazisindən keçməsi ilə Mengele Sovet qüvvələrinin Auşvitzə gəlməsindən cəmi 10 gün əvvəl, 1945-ci il yanvarın 17-də Auşvitzdən 280 kilometr (170 mil) uzaqlaşdırılaraq Qross-Rozen həbs düşərgəsinə göndərilmişdir. Müharibədən əvvəl Mengele antropologiya və tibb sahəsində doktorluq dərəcəsi almış və tədqiqatçı kimi karyerasına başlamışdır. 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə üzv olmuşdur. İkinci Dünya müharibəsinin ilk illərində bir taborun hərbi həkimi vəzifəsinə təyin edilən Mengele sonralar 1943-cü ilin əvvəllərində nasist həbs düşərgələrinə göndərilir və təyinatı Auşvitzə verilir.
Ziya Songülen
Nurizadə Ziya Songülən (9 sentyabr 1886, Konstantinopol, Osmanlı imperiyası – 1936, İstanbul) — Şevkipaşazadə Ayetullah və Necip Okaner ilə birlikdə Fənərbaxça İdman Klubunu quran üç nəfərdən biridir. O, klubun ilk prezidenti və 1 nömrəli üzvüdür. == Həyatı == === İlk illəri və ailəsi === Mehmed Ziya bəy 9 sentyabr 1886-cı ildə İstanbulda anadan olmuşdur. Ana tərəfdən Osmanoğlu Ailəsinin üzvüdür; Anası Əzizə Xanım Sultan II ilə evli idi. Mahmudun qızı Salihə Sultanın 1-ci nəsil nəvəsidir.Ailəsi Damat Gürcüdən başlayaraq Halil Rıfat Paşadan başlayaraq irəli fikirli, müasir və təhsilli olan Ziya bəy ;babaları Mehmed Nuri Əfəndi, Server Paşa, Asım Paşa və atası Suad bəy ;Onlar baş vəzir, Admiral,Qubernator,Dövlət şurasının sədri,Şəhər şurası,Ədliyyə naziri, Xarici işlər naziri,Səfir və s kimi dövlət vəzifələrində çalışıblar. === Təhsili === Əsasən Xarici İşlər Nazirliyi ilə məşğul olan və xaricdə dövləti təmsil edən bir ailəyə mənsub olan Suad bəy və Əzizə xanım ailə ağsaqqallarından aldıqları ənənə ilə oğulları Ziyanın çox yaxşı təhsil almasını təmin ediblər. Məktəb yaşına qədər həm Osmanlı, həm də ingilis qubernatorları tərəfindən Avropa tərbiyəsi alan Ziya bəy təhsilini Saint Joseph College- də davam etdirir. 1903-cü ildə Saint-Joseph Fransız Kollecini bitirdikdən sonra ali təhsil almaq üçün İngiltərəyə getdi və inşaat mühəndisi olduqdan sonra İstanbula qayıtdı. O, ingilis və fransız dillərini mükəmməl bilməsi, saraya yaxın köklü Osmanlı ailəsinə mənsub olması, ailəsinin daxildə və xaricdə geniş diplomatik və dostluq dairəsinə malik olması və yaxşı münasibətinə görə Dövlət Borcları İdarəsində vəzifə tutmuşdur. === Fənərbaxçanın qurulmasına aparan proses === İngiltərədə ali təhsil aldığı müddətdə futbolu ilk dəfə orada görmüş və böyük maraqla izləmişdir.
Dendrobium senile
Dendrobium senile (lat. Dendrobium senile) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü.
Sequla adası
Lopi adası (ing. Segula Island, aleut. Чиӷуляҳ) — Aleut adaları qrupuna, Sıçovul adalarına daxil olan kiçik ada. Kiska adasından 24 km şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 6–7 km arasında dəyişir. Adada eyni adlı vulkan yerləşir. Burada təmizçilərə aid iri bir koloniya vardır.
Sengel dili
Sengel dili — türk dillərinin Sayan qrupuna aid dil. Tıva, Tofalar, Soyot-tuka və kök-monçaq dilləri ilə yaxın qohumdur. Bəzən Tıva və ya kök-monçaq dillərinin qərb dialeki hesab edilir. Monqolustanda, Sengel somonunda danışılır. Həm fonetika, həm də qrammatika baxımından arxaik xüsusiyyətlərə görə fərqlənir.
Piter Senge
Piter Maykel Senge (Peter Michael Senge - 1947 də doğulmuş) bir Amerikalı bilim adamı və Massaçusets Texnologiya İnstitutu(MIT)nun Sloan Müdürlük Fakultəsində olan Qurumsal Öyrətim Mərkəzinin yönətmənidir. O 1990cu ildən buyana, Beşinci Disiplin: Öyrənən qurumların sənəti ilə məşqi( The Fifth Discipline: The art and practice of the learning organization) kitabının yazmağı ilə, dünya da adlım olmuşdur.
Senqe xan
Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi. == Həyatı == Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır. == Ədəbiyyat == Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г.
Senqe Motomaro
Senqe Motomaro (千家 元麿, 8 iyun 1888, Tokio[d] – 14 mart 1948, Tokio) – Yaponiya şairi. == Həyatı == Senqe Motomaro 1888-ci ildə Yaponiyanın Tokio şəhərində Senqe Takatominin oğlu kimi doğulmuşdur. Keyo Universitetində təhsil almış, Koroku Satonun şagirdi olaraq hayku öyrənmişdir. == Yaradıcılığı == Senqenin poeziyası humanistik və optimistik tonuna görə tanınır, eləcə də, Şirakaba məktəbinin fəlsəfəsini əks etdirir. O, gənc yaşlarından etibarən bu məktəbə qoşulmuş və ölümünə qədər məktəbə sadiq qalmışdır. Senqə bəzi illərdə aylıq 30–40 şeir yazırdı. O, şeirlərini "sənətsiz" adlandırsa da, emosionallıqdan uzaqlaşaraq gündəlik hadisələri təsvir etməyə çalışırdı.Əsas kitablarından biri olan "Cibun va mita" (azərb. "Mən gördüm"‎, 1918) əsərinin açılış şeiri olan "Kuruma no oto" (azərb. "Maşınların səsi"‎ ən məşhur şeirlərindən biri hesab olunur. "Mukaşi no ie" (azərb.
Həmişə səninlə olan bayram
Ernest Heminqueyin 1950-ci illərdə qələmə almış olduğu "Həmişə səninlə olan bayram" avtobioqrafik əsəri onun Paris həyatından, dövrünün gärkəmli adamları ilə görüşlərindən, Parisin füsünkar gözəlliyindən bəhs edir. Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezra Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür. Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilə geri alırsan.