Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahrud
Şahrud — İranın Simnan ostanının şəhərlərindən və Şahrud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 126,916 nəfər və 35,548 ailədən ibarət idi.
Diz (Şahrud)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (136 ailə).
Şahrud bəxşi
Şahrud bəxşi (Farsca: بخش شاهرود) — İranın Ərdəbil ostanında olan Xalxal şəhristanının 3 bəxşindən biridir. Bəxşin mərkəzi Külür şəhəridir. == Ümumi məlumat == Bəxşin 2006-cı il siyahıya alınmasına görə əhali sayı 13.701 nəfər və 3.604 evdir. Şahrudi talışlar Xalxal şəhristanı, Şahrud bəxşinin Külür, Şal və Lerd kəndlərində yaşayırlar.
Şahrud çayı
Şahrud çayı (fars. شاهرود‎ – "böyük çay" və ya "şah çayı") — Əlburz dağlarından axan dağ çayı. Şabanau su ambarında Qızılüzən çayı ilə qovuşaraq Səfidrud çayını yaradırlar. Ələmut çayı ilə Taleqanrud çayının qovuşmasında başlayır, sonra Əlburz silsiləsinin ətəyində dar vadilə şimal-qərbə axır, və Qızılüzən çayı ilə qovuşaraq Səfidrud çayını yaradır. Çoxsaylı kiçik qolları və hidroenergetik potensialı var. Qidalanması qar və buzlaqdandır.
Şahrud şəhristanı
Şahrud şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şahrud şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 225,007 nəfər və 62,196 ailədən ibarət idi.
Əliabad (Şahrud)
Əliabad (fars. علي اباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (10 ailə).
Əli Abedi Şahrudi
Əli Abedi Şahrudi (fars. علی عابدی شاهرودی‎; d. 1949, Şahrud şəhərində) — İranlı mütəfəkkir və filosof. Sədrəddin Şirazi fəlsəfəsinin görkəmli nümayəndəsi == Həyatı == Əli Abedi Şahrudi 1949-cu ildə İranın Şahrud əyalətində dünyaya göz açmışdır. == Təhsili == O yaşadığı bölgədə dini dərslərlə yanaşı dünyəvi elmlərə də uşaqlıqdan maraq göstərmişdir. Sonra Məşhəd şəhərinə gedərək təhsilini davam etdirmiş və daha sonra Qum elmi mərkəzinə yollanmışdır.
Şahruddin Qapurov
Şahruddin Aydiyeviç Qapurov (çeç. Гапуров, Шахьрудин Айдиевич; 6 yanvar 1951, Taş-Kumır, Cəlalabad vilayəti) — Çeçenistan tarixçisi, alimi, tarix elmləri doktoru (2004), professor (2006), Çeçenistan Elmlər Akademiyasının akademiki və prezidenti (2006-cı ildən). Çeçenistan Respublikasının əməkdar elm xadimi, Rusiya Puqvaş Komitəsinin Qroznı şöbəsinin üzvü. == Həyatı == Şahruddin Qapurov 6 yanvar 1951-ci ildə çeçenlərin və inquşların deportasiyasından sonra Mərkəzi Asiyayada sürgün zamanı Qırğızıstan SSR-in Taş-Kumır şəhərində anadan olub. Atası öləndə onun təxminən iki yaşı vardı. Uşaqları saxlamaq üçün anası kömür mədəninə işləməyə getmişdi. 1958-ci ildə Taş-Kumırda məktəbə getmişdir. Amma rus dilini zəif bildiyi üçün dərslər yaxşı getmirdi. 1958-ci ilin noyabrında ailə vətənə qayıtdı. Şahruddin təhsilini Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Bulqat-İrzu kəndində davam etdirib.
Şahrudin Məhəmmədəliyev
Şahrudin Məhəmməd oğlu Məhəmmədəliyev (12 iyun 1994, Mahaçqala) — ləzgi əsilli azərbaycanlı futbolçu. Azərbaycan milli komandasının və "Adana Demirspor" futbol klubunun qapıçısı. == Karyerası == Şahrudin, 2009-cu ildə Moskvanın "Torpedo" klubunun uşaq komandasına qoşularaq futbol öyrənməyə başlayır. 2013-cü ildə Rusiya həvəskarlar liqasında oynayan "Strogino" klubuna qoşulur. 2013-cü ilin yayında futbolçu Azərbaycanın "Şahdağ Qusar" klubunda peyda olur. 2014-cü ilin yayında "Sumqayıt" klubuna dəvət edilir. Şahrudinin "Sumqayıt" klubunda debütu 8 fevral 2014-cü ildə "Şüvəlan" klubuna qarşı oyunda baş tutur. 16 yanvar 2016-cı il tarixində "Qarabağ" klubuyla müqavilə imzalayır. Klubdakı debütünü 6 fevral 2016-cı ildə Azərbaycan Premyer Liqasında "Xəzər-Lənkəran" ilə olan oyunda (3:0) baş tutur. 20 may 2019-cu ildə "Qarabağ FK" ilə yeni üç illik müqavilə imzalayır.
Şahruddin Məhəmmədəliyev

Lahrud
Lahrud və ya Ları— İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı nın Şərqi Meşgin bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,961 nəfər və 782 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şahrux
Şahrux Mirzə (20 Avqust 1377, Səmərqənd-13 Mart 1447, Rey; fars. ‎: شاهرخ (Šāhrukh Mīrzā) ) — Teymuri imperiyasının 3-cü hökmdarı. == Həyatı == Şahrux Mirzə Əmir Teymurun 4-cü və kiçik oğludur. Anası Qarakitay qızı Tuqay Türkanağadır. Uşaq yaşlarından elmə, sənətə yüksək qiymət vermiş, incəsənətlə məşğul olmuşdur. Digər mirzələrdən fərqli olaraq gənc yaşlarında siyasi məsələlərdən uzaq olmuş, ordu işlərinə maraq göstərməmişdir. Bu səbəbdən atası tərəfindən çox sevilsə də, vəliəhd olaraq təyin edilməmişdir. 1397-ci ildə Əmir Teymur mərkəzi Herat şəhəri olan Xorasan əyalətinin idarəsini ona tapşırmışdı. == Hökmdarlığı == === Taxta çıxması === Teymur ölümündən əvvəl nəvəsi Pir Məhəmmədi vəliəhd təyin etmişdi. Onun bu vəsiyyəti oğlanları arasında narazılığa səbəb oldu.
Sultan Şahrux

Şahrux (ad)
Şahrux — kişi adı.
Şahrux (şirvanşah)
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Şahrux Mirzə

Şahrux Xan
Şahrux Xan (ing. Shahrukh Khan, hind. शाहरुख़ ख़ान; 2 noyabr 1965[…], Yeni Dehli) — daha çox Şah Rux Xan, rəsmi olaraq SRK kimi tanınan məşhur Hindistan film aktyoru. Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 80-dən çox filmdə rol almışdır. O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər, o cümlədən 14 Filmfare Mükafatı əldə etmişdir. 2005-ci ildə isə Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına, Fransa Hökuməti tərəfindən verilən Fransanın ikinci dərəcəli mükafatı hesab olunan İncəsənət və Ədəbiyyat ordeni və dördüncü dərəcəli mükafat olan Fəxri Legion Cəngavəri mükafatına layiq görülüb. Xan, Asiya və Hindistan diasporası tərəfindən xüsusilə izlənilir. Tamaşaçı kütləsi və gəlir baxımından dünyanın ən uğurlu film ulduzlarından biri kimi hesab olunur. Xan, öz karyerasına 1980-ci illərin sonunda bir neçə televiziya serialı ilə başlayıb. 1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt etmişdir.
Şahrux bəy
Şahrux biy (1680–1722) — Kokand xanlığının Minq sülaləsindən ilk hökmdarı. == Həyatı == Şahrux bəy Aşur biy oğlu 1680-ci ildə Fərqanədə doğulmuşdu. Minq tayfasındandır. Əbülfeyz xanın ona verdiyi atalıq ünvanı ilə tanınırdı. Xanlıqda yaşayan minqlərin sayı və dəstəyi ona imkan verdi ki, hökmüranlıq uğrunda mübarizəyə başlasın. O, fiziki cəhətdən güclü, sərkərdəlik qabliyyəti cəhətdən mahir idi. Hakimiyyəti ələ keçirdikdən sonra mərkəz Talakurqanı seçdi. Burda meydan, məscid, hamam və bazar tikdirdi. Sonra hakimiyyətini Kokand, İsfar, Çadak, Çust və Nəməngana yaydı.
Şahrux şah
Şahrux şah Əfşar (1734-1796) — Əfşarlar sülaləsindən olan Xorasan şahı (1748-1796). == Həyatı == Şahrux Mirzə Rzaqulu Mirzə oğlu 1734-cü ilin mart ayının 21-də Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Şahrux mirzə Nadir şah öləndən sonra bir at minib Mərv tərəfə qaçmışdı. Dostməhəmməd Çəhçəheyi onu təqib edib tutur. Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və nəvələrini Kəlatda öldürüb, Şahrux mirzəni Məşhədə gətirirlər. Əliqulu xanın fikri o idi ki, əgər xalq onu şahlığa qəbul eləsə, Şahrux mirzəni öldürsün, əgər qəbul etməsə onu şahlığa çatdırıb, özü hakimiyyəti ələ keçirsin. Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə özünü İran şahı elan etdi. Özündən kiçik qardaşı İbrahim (Məhəmmədəli) xanı mərkəzi İsfahanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi.
Şarud Mehdiyeva
Şahrud Mehdiyeva (d.1955, Lənkəran) — Azərbaycanlı aktrisa,Lənkəran Dövlət Dram Teatrının Yüksək dərəcəli dram artisti. == Həyatı == 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1973-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa vəzifəsində işləyir. == Oynadığı tamaşalardan rollar == Ü. Hacıbəyov “Olanlardan-keçənlərdən” – Ana T. Məmmədov “Gəlin həsrəti” – Bəzəkcan Y. Edlis “Kölgələrin oyunu” - Kleopatra K. Kaldoni “İki ağanın bir nökəri” - Beatriçe İ. Coşqun “Ana laylası” - Bahar Ə. Əmirli “Onun iki qabırğası” - Ceyran Ə. Orucoğlu “Pul dəlisi” - Gülnazı . S. Axundov “Qaraca qız” – Pəri Cahan xanım H. Allahyarov “Bir ovuc torpaq” – Xumar H. Mirələmov “Ləyaqət” – Yaşlı qadın Y. Əzimzadə “Nəsrəddin” – Xeyrənisə B. Nuşiç “Nazirin xanımı” – Nofa Q.Fiqeyredo “Ezop” – Miletta H.Muxtarov “Mən nənə ilə evlənirəm” – Sədəf İmanova Q.Qorin “Herastratı unudun” - Eritta və sair tamaşalarda oynamışdır.
Şahrux şah Əfşar
Şahrux şah Əfşar (1734-1796) — Əfşarlar sülaləsindən olan Xorasan şahı (1748-1796). == Həyatı == Şahrux Mirzə Rzaqulu Mirzə oğlu 1734-cü ilin mart ayının 21-də Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Şahrux mirzə Nadir şah öləndən sonra bir at minib Mərv tərəfə qaçmışdı. Dostməhəmməd Çəhçəheyi onu təqib edib tutur. Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və nəvələrini Kəlatda öldürüb, Şahrux mirzəni Məşhədə gətirirlər. Əliqulu xanın fikri o idi ki, əgər xalq onu şahlığa qəbul eləsə, Şahrux mirzəni öldürsün, əgər qəbul etməsə onu şahlığa çatdırıb, özü hakimiyyəti ələ keçirsin. Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə özünü İran şahı elan etdi. Özündən kiçik qardaşı İbrahim (Məhəmmədəli) xanı mərkəzi İsfahanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi.
Şahrux Əkbəri Dilməqani
Şahrux Əkbəri Dilməqani — Cənubi Azərbaycanlı heykəltaraş. Onun əsərləri abstrakt tərzdə yaradılıb.
Şahrux ibn Fərrux Yasar
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Şahrux mirzə Qovanlı-Qacar
Şahrux mirzə Bəhmən mirzə оğlu Qovanlı-Qacar (15 sentyabr 1844, Şuşa, Kaspi vilayəti – 10 oktyabr 1915, Cəbrayıl, Qaryagin qəzası) — Polkovnik == Həyatı == Şahzadə Şahrux mirzə Kazak polkunun leyb-qvardiya polkovniki olmuşdur. Şahzadə 1915-ci ildə Cəbrayılda vəfat etdi. == Ailəsi == Dörd oğlu, üç qızı olub: Kamran Mirzə, Camal Mirzə, Darab mirzə Qovanlı-Qacar və Qəhrəman mirzə Qovanlı-Qacar, Fəxrisoltan, Tacülmülk və Nimtac xanım idi. Oğlu Qəhrəman mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar — müəllim, Bəhmən mirzə Qovanlı-Qacarın nəvəsi. Qəhrəman mirzə Şahrux mirzə oğlu 1888-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, sonra Puşkin adına İrəvan Müəllimlər məktəbinə daxil olmuşdu.Müəllimlər şurasının qərarı ilə müəllimlik şəhadətnaməsi almışdı.Azərbaycanın bir çox məktəblərində müəllim işləmişdi.
Şahrux xan Tatılı-Zülqədər
Şahrux xan Tatılı-Zülqədər (?-1586) — qızılbaş sərkərdəsi, Fars bəylərbəyi. == Həyatı == Zülqədər Tatılı oymağının məşhur əmirlərindən biri Şahrux bəy Tatıoğludur. Şahrux bəy şahdan öncə sultan, sonra xan ünvanı almışdı. 1578-ci ildə II Şah Ismayıl öləndən sonra məmləkəti müvəqqəti idarə etmək üçün "ağsaqqalar şurası" yarandı. Şuraya Zülqədər elindən möhrdar Şahrux xəlifə, Ustaclı elindən Pirə Məhəmməd xan Çavuşlu, Türkman elindən Əmir xan Mosullu, Şamlı elindən Sultan Hüseyn xan Bəydili, Təkəli elindən Müseyib xan Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan Araşlı daxil idi. 1580-ci ildə Osmanlı sultanının göstərişi ilə Krım tatarları da Azərbaycana soxuldular. Möhrdar Şahrux xan Zülqədər qızılbaş əmirləri ilə birgə onlara qarşı döyüşə başladı. Şirvan tatarlardan təmizləndi. Bəylərbəyi Araz xan Rumlu osmanlılara qarşı döyüşdə öldürülmüşdü. Yeni bəylərbəyi təyin etmək gərəkliyi düşünüldü.
Şahrux şah Qırxlı-Avşar
Şahrux şah Əfşar (1734-1796) — Əfşarlar sülaləsindən olan Xorasan şahı (1748-1796). == Həyatı == Şahrux Mirzə Rzaqulu Mirzə oğlu 1734-cü ilin mart ayının 21-də Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Şahrux mirzə Nadir şah öləndən sonra bir at minib Mərv tərəfə qaçmışdı. Dostməhəmməd Çəhçəheyi onu təqib edib tutur. Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və nəvələrini Kəlatda öldürüb, Şahrux mirzəni Məşhədə gətirirlər. Əliqulu xanın fikri o idi ki, əgər xalq onu şahlığa qəbul eləsə, Şahrux mirzəni öldürsün, əgər qəbul etməsə onu şahlığa çatdırıb, özü hakimiyyəti ələ keçirsin. Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə özünü İran şahı elan etdi. Özündən kiçik qardaşı İbrahim (Məhəmmədəli) xanı mərkəzi İsfahanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi.
Şahrux Xanın aldığı mükafatların və nominasiyaların siyahısı
Şahrux Xan (2 noyabr 1965) ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq isə SRK kimi göstərilən məşhur hind aktyorudur. "Bollivudun Kralı" kimi tanınan aktyor 70-dən çox hind filmində yer almışdır. O karyerasına 1980-ci illərin sonlarında çəkildiyi bir neçə televiziya serialı ilə başladı. Film karyerasında isə debütü "Dəlisov məhəbbət" (1992) filmində olmuşdur və bu filmdəki roluna görə Filmfare Ən Yaxşı Debüt Mükafatı'na layiq görülmüşdür. Növbəti illərdə o tənqidçilər tərəfindən bəyənilən detektiv janrında olan "Qumarbaz" filmində rol aldı və bu filmdəki roluna görə ilk Filmfare Ən Yaxşı Aktyor Mükafatını qazandı. Xan 15 dəfə Filmfare Mükafatlarına layiq görülmüşdür ki, bunlardan 8-ni Filmfare Ən Yaxşı Aktyor kateqoriyası üzrə almışdır, bununla da Dilip Kumar ilə ən yüksək nəticəni göstərir. O həmçinin "The Star of the Decade Award (Bu Onilliyin Mükafatı Ulduzu)" daxil olmaqla 6 dəfə IIFA Mükafatına, 8 dəfə Zee Cine Mükafatları və bunlardan 6-na Ən Yaxşı Aktyor (həmçinin rekord) kateqoriyası üzrə, 13 dəfə Star Screen Mükafatlarına, 3 dəfə Bollivud Film Mükafatına, 2 dəfə Qlobal Hind Film Mükafatına və Asiya Film Mükafatlarının Ən Yaxşı Aktyor kateqoriyası üzrə bir çox mükafatlarına və nominasiyalarına layiq görülmüşdür. Xan 1997-ci ildə bir çox milli və beynəlxalq mükafatlar sırasında olan Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatına, 2005-ci ildə isə Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatına layiq görülüb. O həmçinin 2002-ci ildə "Əyləncə Sahəsində Mükəmməllik" nailiyyətlərinə görə Raciv Qandi Mükafatını alıb. 2007-ci ilin aprel ayında aktyorun Londonda yerləşən Madame Tussauds Mum Muzeyində yaşam ölçülərində mum heykəli quraşdırılmışdır.
Badrud
Badrud — İranın İsfahan ostanının Nətənz şəhristanının İmamzadə bəxşində şəhər və həmin bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən əhalisi 14,391 nəfər və 3,709 ailədən ibarət idi.
Behrud
Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır. == Tarixi == Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Çayrud
Çayrud — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1927 nəfərdir. == Toponimiyası == Oykonim çay (su hövzəsi) və rud (TalıŞərq "çay") komponentlərindən düzəlib, "çay kəndi, çaylı kənd" mənasındadır. Toponimiyada təsadüf olunan müxtəlif dillərə məxsus iki eynimənalı sözün birləşməsidir. Başqa ehtimala görə "Çayrud" sözü "Çayo"(su ilə taxta yonan alət) və "Ru"(çay) sözündən yaranıb.
Şahbuz
Şahbuz — Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2007-ci il tarixli, 511-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimik izahı == Şahbuz Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı.. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsinin adı idi. Şahbuz yaxınlıqdakı hündür yerdə qalıqları qalmaqda olan qədim qalanın adıdır. Məntəqə yaxınlıqdakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz – "sıldırım") sözünün təhrif formasından ibarətdir. == Əhali == == İstinadlar == == Xarici keçidlər == Şahbuz rayonu – Naxçıvan MR-in şimalında yerləşir. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu. 68 s.
Şahpur
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Şanrus
Şanrus (fr. Chamrousse) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Domen və Viziy kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38567. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 1384 ilə 2440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Şahbuz (kənd, Şahbuz)
Şahbuz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Gahru
Gahru— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,093 nəfər və 1,464 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Sicahrud
Sicahrud (fars. سجهرود‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (104 ailə).
Şümrüd
Şümrüd — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.