MAHMUD

Əhməd, Həmid, Məhəmməd sözləri ilə Mahmud sözü kökdaşdır. Mənası “təriflənən, tərifəlayiq”deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MAHMIZ
MAHPARƏ
OBASTAN VİKİ
Mahmud
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Gülnur Mahmud
Gülnur Mahmud (doğum adı: Gülnur Yaqub qızı Mahmudova; 28 oktyabr 1974, Bakı) — şərqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. Gülnur Mahmud 1974-cü il oktyabrın 28-də Bakıda anadan olub. 1991-ci ildə Bakıdakı 175 nömrəli tam orta məktəbi bitirib. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində Mirzə Kazımbəy adına təqaüdlə oxuyub. G. Mahmud daha sonra 1997–2001-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsində ikinci ali təhsil alıb. 1998–2000-ci illərdə Azərbaycan Universitetində müəllim, baş müəllim və 2000–2008-ci illərdə isə BDU-da müəllim işləyib. 2008-ci ildən BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının dosentidir. O, 2005-ci ildə "Ərəb ədəbi dilində sinonimlik" adlı dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Qahirə Universiteti (Misir), Əmman Universiteti (İordaniya), Dəməşq Universiteti (Suriya), Beyrut Ərəb Universiteti (Livan) və Tunis əl-Manar Universitetində (Tunis) elmi məzuniyyətdə olub. G. Mahmud 50 elmi məqalə, 25 tezis, bir metodik vəsait, 8 fənn proqramı və "Ərəb ədəbi dilində sinonimlik" kitabının müəllifidir.
II Mahmud
II Mahmud (Osmanlı türkcəsi: محمود ثانى — Mahmud-i sânî) (d. 20 iyul 1785 — ö. 28 iyun 1839) — 30-cu Osmanlı sultanı və 109-cu İslam xəlifəsi. 20 iyul 1785-ci ildə dünyaya gəlmişdir. Atası 27. Osmanlı sultanı I Əbdülhəmid, anası isə onun xanımlarından Nəqşidil Sultandır. Anasının fransız əsilli olması ilə bağlı məlumat düzgün deyil. Adli təxəllüsü doğumundan dərhal sonra verilmişdir. Əmisi Sultan Səlimin taxtdan endirilməsi (29 may 1807), böyük qardaşı Sultan Mustafanın cülusu və ardından Ələmdar Mustafa Paşa tərəfindən taxtdan endirilməsinin ardından 28 iyul 1808-ci ildə taxta oturdu. Sultan Səlimin öldürülməsi əsnasında o da təsadüflə ölümdən xilas olmuş, 31 il davam edən səltənəti yeniçəri üsyanları, mərkəzi idarəçiliyi zəiflədən özbaşına əyalət rəisləri və əyanların aradan qaldırılması, serb və yunan ayaqlanmaları, İran və Rusiya ilə gedən müharibələr və xüsusilə də, Misir hakimi Mehmed Əli Paşanın üsyanı ilə tarixə düşmüşdür.
I Mahmud
I Mahmud (Osmanlı türkcəsi: محمود اول — Mahmud-i evvel; 2 avqust 1696, Ədirnə – 13 dekabr 1754, Konstantinopol) — 24-cü Osmanlı sultanı və 103-cü İslam xəlifəsi. 2 avqust 1696-cı ildə Ədirnədə dünyaya gəlmişdir. Atası 22. Osmanlı sultanı II Mustafa, anası isə yunan əsilli Saliha Sultandır. Uşaqlıq illəri Ədirnədə keçmiş, ilk təhsilini də burada dövrün şeyxülislamı Seyid Feyzullah Əfəndinin oğlu İbrahim Əfəndidən almışdır. Atasının taxtdan endirilməsiylə nəticələnən Ədirnə hadisələrinin ardından (1703) qardaşlarıyla birlikdə İstanbula gətirildi. 2 il sonra isə qardaşlarıyla birlikdə sadə bir mərasimlə sünnət edildi. Adətən zərgərliklə məşğul olduğu 27 illik qəfəs həyatının ardından Patrona Xəlil üsyanı nəticəsində taxta çıxarılmışdır (2 oktyabr 1730). Üsyan nəticəsində taxtdan endirilən əmisi Sultan Əhməd onu öz əlləriylə taxta oturtmuş, xeyir-dualar verərək dövlət idarəsini öz əlində cəmləməsini məsləhət görmüşdür. Sultan Mahmud səltənətinin ilk həftələrində üsyan rəhbərlərinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Mahmud (ad)
Mahmud — Kişi adı. Mahmud Qaşqarlı — görkəmli türk filoloqudur. Mahmud Əhmədinejad — İran İslam Respublikasının 6-cı prezidenti. Mahmud Şəbüstəri — Mahmud xan Əlaülmülk — Mahmud Rüstəmov (I) — Mahmud Əfşar Tus — Mahmud Əli Yusuf — Sultan Mahmud Qəznəli — Qəznəvilər dövlətinin hökmdarı (998–1030).
Mahmud (Əbyəlil)
Mahmut kəndi (başq. Мәхмүт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəlil kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Mahmut kəndinin milli tərkibi: başqırdlar 100%. Məsafələr: rayon mərkəzindən (Askorovo): 27 km., kənd sovetliyindən (Xəlil): 8 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 17 km. Совет муниципальных образований Республики Башкортостан.
Mahmud Abbas
Mahmud Abbas (ərəb. محمود عباس‎) və ya Əbu Mazen (ابو مازن‎‎; 15 noyabr 1935, Safed, Britaniya Fələstini[d]) — Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin (FƏTH) sədri.
Mahmud Abbasov
Mahmud Abdullayev
Mahmud Abdulla oğlu Abdullayev (30 iyun 1941, Kirovabad – 6 iyul 2023, Bakı) — Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). Mahmud Abdullayev 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş və həmin il göndəriş əsasında Azərbaycan Respublikası Elmlər Akademiyasının Bakı Torpaq Ekspedisiyasına işə daxil olmuşdur. Orada əvvəlcə texnik-kartoqraf, sonra isə mühəndis-torpaqşünas vəzifəsində çalışmışdır. 1964-cü ildə AzET Əkinçilik İnstitutunda aspiranturaya daxil olaraq 3 il müddətinə keçmiş SSRİ EA-nın Moskvadakı Biofizika İnstitutunda radiobiologiya ixtisası üzrə aspiranturaya göndərilmişdir. 1967-ci ildə aspiranturanı bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin AzET Əkinçilik İnstitutunun Cəlilabad Zona Təcrübə Stansiyasında Aqrokimya və Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində 1971-ci ilə qədər çalışmışdır. İnstitutda işlədiyi dövrdə alim respublikanın torpaq-bitki örtüyünün süni və təbii radionuklidlərlə (radioizotoplarla) çirklənməsinə dair elmi tədqiqat işləri aparmışdır. 1980-ci ildə Moskva Dövlət Universitetində "Torpaqşünaslıq" ixtisası üzrə dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1989-cu ildən AzET Əkinçilik İnstitutunda böyük elmi işçi, sonra qrup rəhbəri və nəhayət, aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Daha sonra elmi tədqiqat işlərini davam etdirərək 1998-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqro-kimya İnstitutunda Torpaqşünaslıq ixtisası üzrə dissertasiya müdafiə edib kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. M. Abdullayev 1999-cu ildən Dövlət Torpaq Kadastrı Monitorinqi və Elmi-İstehsalat Mərkəzində şöbə rəisi vəzifəsində çalışmışdır.
Mahmud Allahmanlı
Mahmud Qаrа oğlu Аllаhmаnlı (1960, Kəmərli, Qazax rayonu) — filologiya elmləri doktoru (2008), professor (2009), fоlklоrşünas alim, tənqidçi, publisist, Azərbaycan Milli Elmlər Akademiyasında Folklor üzrə Əlaqələndirmə şurasının sədr müavini. Mahmud Allahmanlı 1960-cı ildə Qazax rayоnunun Kəmərli kəndində anadan оlub. Оrta məktəbi başa vurduqdan sоnra 1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (kеçmiş V.İ.Lеnin adına Azərbaycan Dövlət Pеdaqоji İnstitutunun) dil-ədəbiyyat fakültəsində оxuyub. Məhəmməd Allahmanlının qardaşıdır. 1990-cı ildə «Aşıq Valеhin həyat və yaradıcılığı» mövzusunda namizədlik, 2008-ci ildə isə «Aşıq yaradıcılığının inkişaf mərhələləri» mövzusunda dоktоrluq dissеrtasiyası müdafiə еtmişdir. Aşıq yaradıcılığının inkişaf mərhələlərinin öyrənilməsi sahəsində nailiyyət qazanmışdır. Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin Azərbaycan ədəbiyyatı tarixi kafеdrasının prоfеssоrudur. Xalq yaradıcılığından, Azərbaycan ədəbiyyatının qədim və оrta əsrlər dövründən mühazirələr dеyir. Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Slavyan Universitetində, Bakı Avrasiya Universitetində, Dnepropetrovs Universitetinin Bakı filialında, Bakı Müəllimlərin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması İnstitutunda mühazirələr oxumuşdur. Fоlklоrşünas alim, tənqidçi, publisist kimi tanınıb.
Mahmud Allahverdiyev
Mahmud Qara oğlu Allahverdiyev (15 may 1930, İmirhəsən, Bolnisi, Gürcüstan SSR, SSRİ – 2 dekabr 1999) — teatr tənqidçisi, ədəbiyyatşünas, 1985-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, sənətşünaslıq doktoru (1991), professor (1985). 1931-ci ilin mayın 15-də Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi, qonşu Faxralı, Arıxlı kəndlərində orta məktəbi bitirmişdir (1950). Bir müddət kolxozda işlədikdən sonra Bakı Dövlət Teatr İnstitutunda təhsil almışdır. Bu dövrdə Nizami təqaüdçüsü olmaqla yanaşı, fəal ictimaiyyətçi-tələbə kimi tanınmış, institut həmkarlar təşkilatının katibi olmuşdur. M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktyor işləmişdir (1955-1962). Eyni zamanda teatr institutunda teatr tarixindən mühazirə oxumuşdur. Ədəbi fəaliyyətə 1963-cü ildə "Azərbaycan kommunisti" jurnalında çap olunan nitq mədəniyyəti haqqında məqaləsi ilə başlamışdır. Dövri mətbuatda müasir milli teatr və dramaturgiya problemlərinə dair məqalələrlə vaxtaşırı çıxış etmişdir. "Müasir aktyor yaradıcılığı Ələsgər Ələkbərov" mövzusunda namizədlik (1966), "Azərbaycan xalq teatrının kökləri, növləri və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1991).
Mahmud Ağayev
Mahmud Səfər oğlu Ağayev (1897-1937)—Azərbaycanın təhsil naziri. Mahmud Səfər oğlu Ağayev 1897-ci ildə Bakıda anadan olub. 1910-cu ildə ibtidai rus-tatar (rus-Azərbaycan) məktəbini bitirib. Atası ilə İrana gedib, bir müddət orada yaşayıb. 1912-ci ildə Azərbaycana qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib. Fəal ictimai işlərə qoşulub, 1917-ci ildə bolşevik partiyasının üzvlüyünə qəbul olunub. 1922-1925-ci illərdə Moskvada Kommunist Universitetində, 1929-1933-cü illərdə isə Qırmızı Professura Ədəbiyyat İnstitutunda oxuyub. Dövrünün mötəbər ali məktəblərində təhsil almış Mahmud Ağayev Azərbaycana qayıtdıqdan sonra əvvəlcə AK(b)PMK-nın orqanı olan "Bolşevik" jurnalının redaktoru vəzifəsində çalışıb. Sonra o, "Kommunist" qəzetinə redaktor təyin edilib. Mətbuat sahəsindən AK(b)P Bakı Komitəsinə şöbə müdiri göndərilib, respublika marksizm-leninizm kurslarının direktoru vəzifəsində çalışıb.
Mahmud Canbaxışov
Mahmud Cavadov
Mahmud Heydər oğlu Cavadov (13 aprel 1999; Bakı, Azərbaycan — 27 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mahmud Cavadov 13 aprel 1999-cu ildə, Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. M.Cavadov 2005-2016-cı illərdə Yasamal rayon, A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnib. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goranboy rayonunda keçirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mahmud Cavadov Ağdərə döyüşlərində savaşıb. 27 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində yaralandıqdan sonra şəhid olub. II Şəhidlər Xiyabanı'da torpağa tapşırılıb.
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
Mahmud Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Mahmud Dərviş
Mahmud Dərviş (13 mart 1941 — 9 avqust 2008, Hyuston, Texas) — fələstinli şair və yazıçı, ədəbiyyat üzrə bir sıra mükafatların laureatı, Fələstinin milli şairi. Mahmud Dərvişin poeziyasında Fələstin itirilmiş cənnətin, ölümün və zühurun, məcburi vətəndən qovulmanın əzab-əziyyətinin təcəssümü kimi canlanır.
Mahmud Esambayev
Mahmud Əlisultanoviç Esambayev (15 iyul 1924, Köhnə Atagi[d], Çeçen Muxtar Vilayəti[d] – 7 yanvar 2000, Moskva) — məşhur çeçen rəqqası, SSRİ-nin balet artisti, xoreoqraf, estrada rəqqası, SSRİ Xalq Artisti (1974). Sosialist Əməyi Qəhrəmanı (1984). Mahmud Əlisoltanoviç Esambayev 1924-cü il iyul ayının 15-də Qroznı yaxınlığındakı Köhnə Atagi kəndində anadan olmuşdur. O, çeçen Sovet balet artisti, rəqqas, 1974-cü ildən SSRİ Xalq artistidir. 1939–1941-ci illərdə Qroznı Xoreoqrafiya Məktəbində oxumuş, 1944–1956-cı illərdə Qırğızıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1957-ci ildən estradada çıxış etmişdir. Esambayevin repertuarına dünya xalqlarının rəqsləri daxil idi. "Çoban" (çeçen-inquş, özbək), "Ovçu və qartal" (monqol), "Döyüşçü" (başqırd), "Qızıl allah" ("Bharat natyam" hind klassik rəqsi üslubunda), "Makumba" (Braziliya mərasim rəqsi), "Ave Mariya" rəqs novellası (F. Şubertin musiqisi əsasında), "Alov rəqsi" (M. de Falyanın musiqisi əsasında) Esambayevin məşhur rəqslərindəndir. Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin üslub və xarakterini dəqiq, qabarıq vermək məharəti onun ifacılığı üçün xarakterikdir. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırlar.
Mahmud Eyvazov
Mahmud Bağır oğlu Eyvazov (7 fevral 1808, Pirəsora, Lerik rayonu – 3 dekabr 1960, Pirəsora, Azərbaycan SSR, SSRİ) — Talış uzunömürlüsü. Mahmud Eyvazov 7 fevral 1808-ci ildə indiki Lerik rayonunun Pirasora kəndində anadan olub. Mahmud Eyvazova 1956-cı ildə SSRİ poçt markası həsr olunmuşdur. Həmin il Mahmud babanın qızının 120 yaşı tamam olmuşdur. Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonunun Pirasora kəndində vəfat edib. Onun 150 yaşı var (film, 1958) Səadət yolu ilə (film, 1956) Lerik Uzunömürlülər Muzeyi "Почтовая серия, посвященная М. Эйвазову" (rus). edudic.ru. İstifadə tarixi: 2014-06-13. Агаддин БАБАЕВ. "ДОЛГОЖИТЕЛИ ТАЛЫША : МАХМУД ЭЙВАЗОВ" (rus). tolishpress.org.
Mahmud Hesabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Hessabi
Seyid Mahmud Hesabi və ya Mahmud Xan Mirzə Hesabi (fars. سید محمود حسابی‎; 23 fevral 1903, Tehran – 3 sentyabr 1992, Cenevrə) — məşhur iranlı fizik. O, həmçinin Məhəmməd Musəddiq İranın baş naziri olduğu dövrdə 1951–1952-ci illərdə İranın Təhsil naziri vəzifəsində çalışmışdır. Eyni zamanda o, İranda akademik və nüvə fizikasının əsasını qoyan alim hesab edilir. Seyid Mahmud Hesabi 23 fevral 1903-cü ildə Təfriş şəhərində anadan olmuşdur. 4 yaşında olan ailəsi Beyruta köçdüyünə görə ibtidai sinfə burada getmişdir. O, məktəbdə oxuduğu zaman Birinci Dünya müharibəsi başladığına görə oxuduğu məktəb bağlanmışdır. Bundan sonra Hesabi təhsilini evdə davam etdirmiş və 1922-ci ildə Beyrut Amirakan Universitetinin yol mühəndisliyi ixtisasına qəbul olmuşdur. Universiteti bitirib, bir müddət Livan Nəqliyyat Nazirliyində işlədikdən sonra təhsilini davam etdirmək üçün Fransaya getmişdir. O, Fransanın " École Superieure d'Electricité" universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olmuş, 1927-ci ildə qeyd edilən təhsil müəssisəsində doktorluq dissertasiyasını müdafiə etmişdir.
Mahmud Heyrani
Mahmud Heyrani (türk. محمود حيراني; v. 1269, Akşehir, Konya ili) — Rum sultanlığında yaşamış sufi. O, Akşehirdə yaşayırdı. Məhəmmədin nəslindən olan və seyid titulu daşıyan Heyraninin atası Səlcuqlu dövlət xadimlərindən Məsud Paşadır. Qaraman vilayətində Akşehirdə bir zaviyədə yaşayan Mahmud Heyrani ilə Mövlana Cəlaləddin Rumi dost idilər və çox vaxt eyni məclisdə olurdular. Eyni zamanda, Sarı Saltıq və Nəsrəddin Xocanın şeyxi olan Heyraninin mövləvi və ya yəsəvi təriqətinə mənsub olduğu güman edilir. Başqa bir versiyaya görə, o, bektaşi idi.
Mahmud Hüdayi
Mahmud Hüdayi Həzrətləri (d. 1541, Şərəfliqoçhisar - ö. oktyabr 1628, İstanbul) — Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir alt qrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvəti təriqətinin də qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa etdirmişdir. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan almışdır. Mahmud Əfəndi Həzrətləri 1541-ci ildə Ankaranın Şərəfliqoçhisar bölgəsində dünyaya gəlmişdir. Atasının adının Fəzlullah ibn Mahmud olduğu bilinir. Uşaqlıq illərini Əskişəhərin Sivrihisar bölgəsində keçirdi. İlk dini təhsilini də məhz burada almağa başladı. Ardından İstanbula gələrək Kiçik Ayasofya mədrəsəsində təhsilini davam etdirdi.
Mahmud Kaşğari
Mahmud ibn Huseyn İbn Muhamməd əl-Kaşğari (ərəb: العربية: محمود بن الحسين بن محمد الكاشغري. Uyğurca: Mehmud Qeshqeri) və ya Kaşğarlı Mahmud (1008–1102) Mahmud Kaşğari "Divani lüğət-it-türk" əsərini yazmışıdır. Mahmud Kaşğarinin hökmdar nəslindən və ya ən azından əsilli bir ailədən olduğu haqqında ən mühüm mənbə onun, öz əsərində də qeyd etdiyi kimi atalarının Əmirlərdən gəlməsidir. "Bizim atalarımız olan bəylərə Hamir deyirlər, çünki Oğuzlar əmir deyə bilmirlər, əlif hərfini "h" hərfinə çevirərək deyirlər. Babamız Türk illərini Samanoğullarından alan bəydir, adına Hamir Təkin deyilir". Özünün verdiyi məlumatdan Türk tarixinin əhəmiyyətli dövlətlərindən biri olan Qaraxanlı dövlətinin xanədan sülaləsinə mənsub olduğu aydınlaşır.O Qaraxani hökümdarı II Məhəmməd Buğra xanın nəvəsi olmuşdur. "Divanü Lüğat-it-Türk"ü Özbək dilinə tərcümə edən S.Mütəllibov M.Kaşğarinin soyu haqqında belə fikir deyir: Kaşğarlı Mahmud "ə"ni "ha" kimi deyən bir qəbilənin oğludur. Bu qəbilə geniş bir ərazidə yayılmışdır və "Divan" yazılan zaman daha çox özbəklərin arasında yaşayırdılar. İndi bu qəbilə Kuramda və Fərqanənin bəzi bölgələrində, Qarabulaqda və s. yerlərdə yaşayır.
Mahmud Kərimov
Mahmud Kərim oğlu Kərimov (18 oktyabr 1948, İrəvan – 10 fevral 2013, İstanbul) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2001–2013). Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası (01.04.10) üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Mahmud Kərimov həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib. Akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib. Akademik I Fəxri Xiyabanda torpağa tapşırılıb. Evli idi, oğlu və qızı var.
Aşağı Mahmudabad (Sayınqala)
Aşağı Mahmudabad (fars. محمودابادسفلي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (22 ailə).
Aşıq Mahmud Məmmədov
Mahmud Qasım oğlu Məmmədov (22 may 1935, Ağbulaq – 30 iyul 2020, Bakı) — Əməkdar mədəniyyət işçisi, yaradıcı və ifaçı aşıq, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü (2007-2020), Prezident təqaüdçüsü (2008-2020). Aşıq Mahmud Məmmədov 22 may 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəliklə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüblər və hazırda öz övladları, qohumları ilə həmin kənddə yaşayır. Mahmud Qasım oğlu Tovuzda 7 illik təhsilini başa vurandan sonra aşıq sənətinə ciddi maraq göstərib və o vaxtlar Tovuz-Gəncəbasar bölgəsində böyük nüfuzu olan ustad aşıq Vəli Qaraxanlının yanına şəyirdliyə verilib. Bir il ustadın yanında qalandan sonra 1950-ci ildən əmisi oğlu Aşıq İmran Həsənovdan təxminən 12 ilə yaxın sənət dərsi alıb. 1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və ümumdünya festivallarında laureat adını qazanıb. Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadi çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi “Abbas-Gülgəz” dastanı ona böyük şöhrət gətirib. Aşıq Mahmud dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən incəsənət görüşlərində fəal iştirak etmiş, ifaçılığına görə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur (1975).
Aşıq Vüqar Mahmudoğlu
Aşıq Vüqar Mahmudoğlu (1970–2018) — Azərbaycan aşığı. Vüqar Mahmudoğlu (Niftəliyev) 1970-ci il noyabrın 3-də Şamaxının Şıxzərli kəndində doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır. Şamaxı şəhər musiqi məktəbini (qarmon sinfini) və Azərbaycan Dövlət İncənət Universitetini bitirib. Yeniyetməliyindən qarmon ifaçısı kimi tanınıb. Atasının vəfatından sonra (2002-ci il) Aşıq Mahmudun sazını yaşadıb. Şirvan aşıq mühitinin tanınmış simalarından Açıq Vüqar Mahmudoğlu Fransa, Rusiya, Türkiyə, İsveçrə, Xorvatiya, İran və s. ölkələrdə konsertlər verib. Onu təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında da bir sənətkar kimi yüksək dəyərləndiriblər. Bir sıra Avropa ölkələrində Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sazımızın şöhrətini daha da ucaldıb.
Baba Mahmudoğlu
Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992). Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub. Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib. Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib. Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb. Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Babək Mahmudlu
Babək Süleyman oğlu Mahmudlu (27 noyabr 1995, Biləsuvar – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Babək Mahmudlu 1995-ci ilin noyabrın 27-də, Biləsuvar şəhərində anadan olmuşdur. Əslən Lerik rayonunun Lələhiran kəndindəndir. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu "İstiqlal" snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respubliasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir. 27 sentyabr tarixindən torpaqlarımızın işğaldan azad olunması uğurunda mübarizədə Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanır. Cəsur döyüşcü çətin döyüş əməliyyatlarının iştirakçısı olmaqla, 89 düşmən əsgərini "İstiqlal"ı ilə məhv etmişdir.
Benthophilus mahmudbejovi
Mahmudbəyov çömçəxulu (lat. Benthophilus mahmudbejovi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub əsasən onun Volqa deltası və onun qərb sahili boyunca, Pesçannıy burnundan, Çələkən yarımadası, Oğurca adası ətrafı bölgələrə kimi yayılmışdır. Yetkinlərə ümumiyyətlə 11 m-dən daha 50 metrə qədər dərinmlikdə rastlanılır. Uzunluğu 6,6 sm olan fərdlərinə rast gəlinir. Azərbaycan ixtioloqu A. Mahmudbəyovun şərəfinə adlandırılmışdır.
Bilal Mahmudov
Bilal Mahmudov (5 may 1929, İsmayılbəyli, Qarabağ dairəsi – 14 mart 2018) — Azərbaycan Kommunist Partiyası Balakən Rayon və Kürdəmir Rayon Komitəsinin birinci katibi. 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuşdur. Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bilal Mahmudov 89 yaşında vəfat edib.
Birinci Mahmudlu
Birinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə birinci komponentdən istifadə edilmişdir. Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. Düzənlikdədir. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Birinci Mahmudlu bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bosniyalı Mahmud Paşa
Bosniyalı Mahmud Paşa (ö. fevral 1568) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnaq olub, Mərəş bəylərbəyi Mehmed Paşanın kölələrindəndir. Paşanın vəfatından sonra Davud Paşanın xəzinədarı oldu. Onun ölümündən sonra isə Misirdə qaldı və baş xəzinədarlığa qədər yüksəldi. 1560-cı ildə Yəmən bəylərbəyi olsa da, çox keçmədən vəzifədən alındı. 1566-cı ilin aprelində Misir bəylərbəyi oldu və 26 dekabr 1567-ci ildə sərt və qəddar idarəçiliyi səbəbilə vəzifədən alındı. Bir müddət Qahirədə gizlənən Əli Paşa 1568-ci ilin fevralında Qahirə küçələrinin birində sui-qəsdlə öldürüldü. Cənazəsi öz adına Qahirədə inşa etdirdiyi Əl-Mahmudiyə məscidindəki türbəsinə dəfn edildi.
Böyük bəy Mahmudbəyov
Böyük bəy Mahmudbəyov — cərrah, tibb elmləri doktoru, professor. Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov 27 sentyabr 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, II Dünya Müharibəsi iştirakçısı, tibb xidməti polkovnikidir. Böyük bəy Mahmudbəyov Azərbaycan Dövlət Tibb İnstitutunun (Azərbaycan Tibb Universiteti) Tibb cərrahlıq kafedrasında işləmiş, 1947-1958-ci illərdə professor, 1958-1977-ci illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildən həyatının sonuna kimi həmin kafedranın məsləhətçisi idi. Böyük bəy Mahmudbəyov 1957-ci ildə Azərbaycanın əməkdar elm xadimi adını almışdır. Böyük bəy Mahmudbəyov 1936-cı ildə namizədlik, 1939-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, namizədlik dissertasiyasını akademik Mir Əsədulla Mirqasımovun rəhbərliyi altında müdafiə etmişdir. Böyük bəy Mahmudbəyovun elmi fəaliyyəti əsasən irinli cərrahi xəstəliklərə, hərbi səhra cərrahlığına, qaraciyər və öd yolları patologiyasına aiddir. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilmişdir.
Cavid Mahmudov
Cavid Hilal oğlu Mahmudov (6 fevral 1989, Aşağı Cürəli, Puşkin rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995–2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nişanlı idi. Cavid Mahmudov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Mahmudov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. Bəstəkar Emin Sabitoğlunun qızıdır.
Cəlal Mahmudov
Mahmudov Cəlal Müseyib oğlu (1933, Qızılhacılı, Goranboy rayonu) — texnika elmləri doktoru, professor. Mahmudov Cəlal Müseyib oğlu 1933-cü ildə Azərbaycan SSR Qasım-İsmayılov rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 1958-ci ilə qədər "Neft Daşları" NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. 1958–1972-ci illərdə AzETNÇİ-da böyük mühəndis, laboratoriya rəhbəri kimi vəzifələrdə işləmişdir. 1960–1962-ci illərdə AzNKİ-nun aspirantı idi. 1962-ci ildə "Maili quyuların lüləsinin trayektoriyasının nəzəri və təcrübi tədqiqatları" mövzusunda namizədlik, 1967-ci ildə isə "Dərin maili quyuların qazılması nəzəriyyəsinin ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1988-ci illərdə AzXTİ-da işləyib və burada "İstehsalat texnologiyası" kafedrasını yaratmışdır. 1988–1990-cı illərdə Leninqrad maliyyə-iqtisad institutunun Baki filialının "İstehsalat sahələrinin texnologiyası" kafedrasına rəhbərlik etmişdir. 1990–2000-ci illərdə AzDİU-nin "İstehsalat texnologiyası" kafedrasında professor işləmiş, 2001-ci ildən bu günə qədər isə ADEU-də "İstehsalat sistemləri və ətraf mühitin mühafizəsi" kafedrasına rəhbərlik edir. Mahmudov C. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Eldar Mahmudov
Eldar Əhməd oğlu Mahmudov (28 noyabr 1956, Bakı) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri və Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri (2004–2015), general-polkovnik, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin keçmiş üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvü, Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı yaranmış Təşkilat Komitəsinin üzvü. Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdir. Eldar Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. Ata nəsli əslən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. SSRİ Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1980–2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışmışdır. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. 1993–2003-cü illərdə Sovet dönəminin ən korrupsiyalaşmış orqanlardan biri hesab olunan "OBXSS"-in varisi olan İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir.
Elnur Mahmudov (rəssam)
Elnur Mahmudov (7 dekabr 1977) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005). Elnur Mahmudov 1977-ci ilin 7 dekabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir. Uşaq yaşlarından bir çox fərdi sərgilərini təşkil etmişdir. Bununla yanaşı xarici ölkələrdə sərgiləri olmuşdur: Türkiyə (İstanbul,2000), İran (2005), Rusiya (Moskva, 2012), Böyük Britaniya (London, 2013). Bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdır. Əsərləri natürmort və portret janrlarındadır. Azərbaycanlı rəssam Elnur Mahmudov əfsanəvi futbol ulduzu Maradonaya onun şəklini çəkərək sürpriz etmişdir.
Elçin Mahmudov
Elçin Cəmil oğlu Mahmudov (7 iyun 1998; Kəngərli, Ağdam rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Mahmudov 7 iyun 1998-ci ildə anadan olmuşdur. Ağdam rayonunun Kəngərli kənd sakinidir. 2005–2016-cı illərdə Ağdam rayon 45 nömrəli köçkün tam orta məktəbində təhsil almışdır. Ailəli idi. Aydın və Ümid adlı 2 oğlu yadigar qaldı. Elçin Mahmudov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ildən eyni hərbi birləşmədə müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elçin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Elşad Mahmudov
Elşad Suliddin oğlu Mahmudov (12 iyul 1997; Gəncə, Azərbaycan — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elşad Mahmudov 12 iyul 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)-da "mühasibat uçotu və audit" ixtisası üzrə təhsil almışdır. Elşad Mahmudov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. Elşad Mahmudov 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elşad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Mahmudov 6 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 7 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Emin Mahmudov
Emin Mahmudov — Azərbaycan bəstəkarı. Emin Mahmudov (futbolçu) — Azərbaycan Milli Yığma komandasının və Neftçi Bakının Kapitanı Emin Mahmudov (yazıçı) — Azərbaycan yazıçısı. Emin Mahmudov (baş leytenant) — Azərbaycan hərbçisi, şəhid.
Emin Mahmudov (baş leytenant)
Emin Pünhan oğlu Mahmudov (1 iyun 1994; Tovuz rayonu, Azərbaycan — 11 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Mahmudov 1994-cü il iyunun 1-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Emin Mahmudov 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Emin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Mahmudov oktyabrın 11-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Abulbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Emin Mahmudov (dəqiqləşdirmə)
Emin Mahmudov — Azərbaycan bəstəkarı. Emin Mahmudov (futbolçu) — Azərbaycan Milli Yığma komandasının və Neftçi Bakının Kapitanı Emin Mahmudov (yazıçı) — Azərbaycan yazıçısı. Emin Mahmudov (baş leytenant) — Azərbaycan hərbçisi, şəhid.
Emin Mahmudov (futbolçu)
Emin Cəbrayıl oğlu Mahmudov (27 aprel 1992, Saatlı) — Azərbaycan milli futbol komandasının və Neftçi PFK klubunun oyunçusudur. Azərbaycanın Saatlı rayonun Qara Nuru (keçmiş Krasnoselsk) kəndində doğulmuşdur. Üç yaşında ikən Emin Mahmudovun ailəsi Rusiyaya, Moskva vilayətinə köçür. Emin Mahmudovun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var. Emin Mahmudov futbol həyatına "Saturn"un uşaq komandası olan "Master-Saturn"da başlayıb. Rusiya vətəndaşlığını daşıyan 1992-ci il təvəllüdlü futbolçu 2009-cu ildə "Saturn"un əvəzedici heyətində daim oynaması ilə diqqət çəkib. Artıq əsas komandaya cəlb olunan Emin 2010-cu ilin yanvar ayında Sankt-Peterburq şəhərində Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə karyerasında ilk uğurlarını qazanıb. Belə ki, Rusiyanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) qalibi olduğu turnirin bombardiri də məhz Mahmudov olub. Özü də maraqlıdır ki, adətən nadir hallarda qol vurduğunu etiraf edən hücuma meyilli yarımmüdafiəçi turnirdə, demək olar, hər oyunda rəqib qapısına yol tapmağı bacarıb. Mahmudov Rusiya Premyer Liqası debütünü 24 aprel 2010-cu ildə Moskva Dinamosu ilə oyunda etdi.
Emin Mahmudov (yazıçı)
Mahmudov Emin Qasıməli oğlu (1 yanvar 1925, Göyçay – 2000) — nasir, tərcüməçi, 1954-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Emin Mahmudov 1925-ci il yanvarın 1-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirib bir il uşaq evində tərbiyəçi işləmiş, sonra ordu sıralarında olmuşdur (1943–1945). Tərxis edildikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1945–1950). Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük vermişdir. "RT-1" adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc olunmuşdur. "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi isə 1953-cü ildə Uşaqgəncnəşrdə çapdan çıxmışdır. O, Bakıda Baş mətbuat idarəsində senzor (1948–1952), "Azərbaycan qadını" jurnalı redaksiyasında məsul katib (1955–1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1953–1954), "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul katib (1967–1971), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973–1982) olmuşdur. 1982–1992-ci illərdə orada ştatdankənar müxbir işləyib. Xidmətlərinə görə medallarla təltif olunmuşdur.
Etibar Mahmudov
Etibar Aleksandr oğlu Mahmudov (2 aprel 1987; Mingəçevir, Azərbaycan — 8 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Etibar Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-cü ildə Mingəçevir şəhər 14 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoymuşdur. 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Fatma Mahmudova
Fatma Yaqub qızı Mahmudova (30 dekabr 1954, Ağdam rayonu) — azərbaycanlı aktrisa. Azərbaycan Respublikasının xalq artisti (2000). Fatma Mahmudova 30 dekabr 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F. Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilmişdir. 1989-cu ildə Azərbaycan SSR Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Значение слова в других словарях