Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dağbulaq
Dağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd[mənbə göstərin]. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Kəndin adı XV əsrə aiddir == Əhalisi == Hal-hazırda əhalisinin sayı 200 nəfərə yaxındır. SSRİ dönəmində burada 12 erməni, 30 həmşəri yaşayıb. İndi isə əhalisi Samux və Gədəbəy rayonlarında kompakt məskunlaşıblar == Coğrafıyası == Kənd şimaldan Suncinka, cənubdan Daşbulaq, Noraguh, Dərələyəz, qərbdən Dağyurd, Təzəbinə, şərqdən isə Hilis kəndi ilə həmsərhəddir.
Qarqulaq
Qarqulaq, Getap — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Safbulaq
Safbulaq (əvvəlki adı: Çistı Klyuç) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Çistı Klyuç kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Altıağac qəsəbə Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılmışdır. Kəndin keçmiş rusca adı olan Çistı Klyuç "təmiz, saf" mənasındakı "çistı / çistıy" və "bulaq, çeşmə" mənasındakı "klyuç" sözlərindən ibarət idi. Bu ad hərfi tərcümə yoluyla Safbulaq olaraq rəsmiləşdirilmişdir.
Şahbulaq
Şahbulaq (Ağdam) — Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Şahbulaq (Şərur) — Şərur rayonunun inzibati ərazi dairəsində kənd. Şahbulaq qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr qala divarları. Şahbulaq məscidi — Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məscid. Şahbulaq qalası (Naxçıvan) — хаlq аrаsındа Dəyirmаn qаyаsı dа аdlаnır. Şahbulaq yaşayış yeri — Şərur rayonunun Şаhbulаq kəndi ərаzisində yеrləşən yer. Şahbulaq nekropolu — Şаhbulаq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Şahbulaq dağı — Goranboy rayonu ərazisində dağ. Şahbulaqçay — Şahbuz rayonu ərazisində çay.
Şaqqıldaq
Şaqqıldaq (lat. Colutea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Şaqqıldağın növləri Avrasiyanın mülayim iqlimə sahib olan bölgələrində (Mərkəzi və Şərqi Avropa, Kiçik və Orta Asiya, Qafqaz və Zaqafqaziya) yayılmışdır.
Ağbulaq
== Yaşayış məntəqələri == Azərbaycan kəndləri Ağbulaq (Xocavənd) Ağbulaq (Edilli, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Gavahın, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Ağbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Ağbulaq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunun Sarıbaba kəndin əvvəlki adı. Ağbulaq (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Ağbulaq (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Ağbulaq (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd.
Ağqula
Ağqula - Manas dastanında adı çəkilən əfsanəvi at. Manas Xanın ən əhəmiyyətli və birinci sırada gələn atıdır. Fövqəladə xüsusiyyətləri vardır, çox görkəmli və ağıllıdır, sahibinə sadiqdir, döyüşlərdə onunla birlikdə düşmənə vəziyyəti anlayaraq və istəyərək hücum edir. Ehtiyac olduqda Manas Xana köməkçi olar. == Etimologiya == Ağ və Kula sözlərinin mürəkkəb halıdır. Ak sözcüyü ağ rəngi ifadə edir. Kula, gövdəsi tünd sarı, quyruğu, qıç tükləri və yelesi qara olan at deməkdir. Kula sözcüyü mənşə olaraq anlamaq və yuxarı sıçramaq mənalarını da daşıyır.
Ağacvari şaqqıldaq
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Şahbulaq (Ağdam)
Şahbulaq — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Şahbulaq (dəqləşdirmə)
Şahbulaq (Ağdam) — Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Şahbulaq (Şərur) — Şərur rayonunun inzibati ərazi dairəsində kənd. Şahbulaq qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr qala divarları. Şahbulaq məscidi — Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məscid. Şahbulaq qalası (Naxçıvan) — хаlq аrаsındа Dəyirmаn qаyаsı dа аdlаnır. Şahbulaq yaşayış yeri — Şərur rayonunun Şаhbulаq kəndi ərаzisində yеrləşən yer. Şahbulaq nekropolu — Şаhbulаq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Şahbulaq dağı — Goranboy rayonu ərazisində dağ. Şahbulaqçay — Şahbuz rayonu ərazisində çay.
Şahbulaq (Şərur)
Şahbulaq (əvvəlki adı: Cağazur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Cağazur kəndi Şahbulaq kəndi adlandırılmışdır. 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. Son vaxtlar “zur” komponentini izah edə bilməyən bir çox tədqiqatçılar, onu erməni mənşəli komponent hesab edirlər. Lakin indi məlum olur ki, ermənilər türk sözlərini Q. Qeybullayev göstərdiyi kimi xeyli əyib dolaşdırsalar da sözün ilkin şəkli türk mənşəli olduğunu ciddi tədqiqat nəticəsində üzə çıxarır. Cağazil sözü saklara məxsus olan bir sözdür və öz tərkibində həmin əlamətləri mühafizə edib saxlamaqdadır. Toponim - etnotoponimdir və ilkin forması bu şəkildə olmuşdur. Sakasu. Saka və su komponentləri hər iki formada sak təyinləridir. Bu sözdə iki təyin özünü göstərməkdədir: Onu da demək lazımdır ki, bu söz qədim türk-yazılı; abidələrində də işlədilmişdir.
Şahbulaq dağı
Şahbulaq — Goranboy rayonu ərazisində dağ. Dağ rayonun cənubunda, Tərtər rayonu ilə sərhəddə yerləşir. Hündürlüyü 482 m. Dağ ərazidəki bulağın adı ilə adlandirılmişdir. Bulağın adı isə suyunun keyfiyyəti ilə bağlı yaranmışdır.
Şahbulaq məscidi
Şahbulaq məscidi — Azərbaycanın Ağdam rayonunda Şahbulaq adlanan ərazidə yerləşən tarixi-memarlıq abidəsi. Məscid Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmişdir. Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi. Ümumi divar hörgülərinin qalınlığı bir metrə çatan məscidin plan ölçüləri 9,38x7,18 metrdir. Məscid maili yerdə inşa edildiyindən onun arxa tərəfdən dam örütüyünə qədər olan məsafəsi 4,37m, baş fasad tərəfdən isə 5,40 metrə qədərdir. Şahbulaq məscidinin memarlıq baxımından belə sadə həll olunmasına baxmayaraq bu məscid sonralar Qarabağda çoxsaylı məscidlər tikmiş Memar Kərbəlayi Səfixan Qarabaği yaradıcılığında bir örnək rolunu oynamaşdır.
Şahbulaq nekropolu
Şаhbulаq nеkrоpоlu — Şahbulaq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Qəbiristаnlığın böyük bir qismi sеl sulаrı tərəfindən yuyulub dаğılmışdır. Hаzırdа оnun yаlnız аz bir hissəsi sаlаmаt qаlmışdır. Dördkünc fоrmаlı qəbirlər qiblə istiqаmətinə yönəldilmişdir. Qəbirlərin ətrаfı çаy dаşlаrı ilə dövrəyə аlınmışdır. Bəzi qəbirlər əmаnət qəbirlər оlduğu üçün qibləyə yönəldilməmişdir. Qəbir dаşlаrındа kitаbəyə rаstlаnmаmışdır. Sаlаmаt qаlаn bəzi qəbirüstü dаşlаr sənduqə tiplidir. Bu tip qəbir dаşlаrı bаşlıcа оlаrаq Оrtа əsrlərin inkişаf еtmiş dövrü üçün хаrаktеrikdir. Qəbiristаnlığı XIV-XX əsrlərə аid еtmək оlаr.
Şahbulaq qalası
Şahbulaq qalası və ya Tərnəküt qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır. Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir. Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı.
Ağbulaq (Avəc)
Ağbulaq — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Şərqi Xərəqan kəndistanında, Avəc şəhərindən 36 km şimal-şərqdə, dağlıq ərazidədir.
Ağbulaq (Borçalı)
Tetritskaro, Ağbulaq — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində şəhər, Ağbulaq bələdiyyəsinin inzibati mərkəzi. 1940-cı ilə qədər Ağbulaq (gür.: g.ə. აღბულაღი, l.ə. ağbulaği).
Ağbulaq (Bostanabad)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 393 nəfər yaşayır (72 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhəndabad kəndistanında, Bostanabad qəsəbəsindən 20 km cənub-qərbdə, Təbriz-Bostanabad avtomobil yolunun 12 kilometrliyindədir.
Ağbulaq (Culfa)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərənd şəhristanının Culfa bölgəsinin Ələmdar-Gərgər kəndistanında, Mərənd şəhərindən 45 km şimal-qərbdə, Culfa-Təbriz dəmir yol xəttinin 4 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (25 ailə).
Ağbulaq (Cəlilabad)
Ağbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Ağbulaq oyk., sadə. Burovar silsiləsinin yamacındadır; Əsgəran r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Hidrooykonimdir; Xocalı r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır; Xocavənd r-nunun Edilli i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş ailələrin burada məskunlaşmasından yaranmışdır.
Ağbulaq (Gavbazə)
Ağbulaq — İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Gavbazə kəndistanında, Pirtac qəsəbəsindən 7,5 km cənub-şərqdədir.
Ağbulaq (Gorus)
Ağbulaq (erm. Աղբուլլաղ) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur. == Tarixi == Kəndin 1830-cu ildən sonra salındığı güman edilir. Ağbulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir. 1918-ci ildə Ağbulaq camaatı Andronikin quldur dəstəsinə qarşı mərdliklə döyüşmüş, uzun müddət öz kəndlərini tərk etməmişlər. Lakin kəndin müdafiəçilərinin sursatı qurtardıqdan sonra camaat kənddən çıxmağa məcbur olmuş və Qubadlı, Füzuli, Ağdam rayonlarında məskunlaşmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıtmış (40-a yaxın ev) və Ağbulaq kəndini yenidən bərpa etmişlər. 1988-ci ilin noyabr ayının sonlarında ağbulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar. == Mədəniyyəti == Kənddə 1931-ci ildə məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur.
Ağbulaq (Göyçə)
Ağbulaq — Göyçə mahalında kənd. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri) == Tarixi == Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olmuşdur. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilmişdir. Şahdağ silsiləsi əgər doqquz mərtəbəli binanı xatırladırsa Ağbulağı onun üçüncü mərtəbəsinə sığınmış əziz balasına bənzətmək olar. Ağbulaqdan Göyçə gölünə baxanda elə bil amfiteatrdan səhnəyə baxırsan. Göyçə gölündən o taya baxanda il boyu qarı əriməyən Ağmanqal, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağları göz önündə canlanır. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə (bu dağa Koroğlu da deyirlər) elə bil Ağbulağın sol çiynindən qalxıb buludlara baş çəkir. Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış. Ağbulağın axşamı düşəndə günəş şiş uclu Ələyəz dağının arxasına çəkilib, sanki Anadoluda axşamlardı.
Ağbulaq qəbiristanlıqları
Ağbulaq qəbiristanlıqları — Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində qədim Azərbaycan qəbiristanlığı. == Haqqında == Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində (dəyişdirilmiş adları ilə: Krasnoselo rayonunun Ağberk kəndi) qədim Azərbaycan qəbiristanlıqları mövcud olmuşdur. Onlardan biri kəndin "Duzdağ", digəri isə "Dikdaş" adlanan hissəsində yerləşirdi. Kənd əhalisinin son iki qəbiristanlığı isə Şorca (2017-ci ildən Şoğakat) və Çəmbərək istiqamətində idi. Kəndin qərb tərəfdən giriş hissəsində qəbiristanlığın yaşı isə beş əsrdən artıq idi. Kənddəki son qəbiristanlıq isə 1935-ci ildə "Çaxmaqlı" adlanan yerdə salınmışdı. Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra bu qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılmışdır.
Ağbulaq (Ağyaxa)
Ağbulaq — Türkiyənin Qars ilinin Ağyaxa ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.