Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dağbulaq
Dağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd[mənbə göstərin]. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Kəndin adı XV əsrə aiddir == Əhalisi == Hal-hazırda əhalisinin sayı 200 nəfərə yaxındır. SSRİ dönəmində burada 12 erməni, 30 həmşəri yaşayıb. İndi isə əhalisi Samux və Gədəbəy rayonlarında kompakt məskunlaşıblar == Coğrafıyası == Kənd şimaldan Suncinka, cənubdan Daşbulaq, Noraguh, Dərələyəz, qərbdən Dağyurd, Təzəbinə, şərqdən isə Hilis kəndi ilə həmsərhəddir.
Qarqulaq
Qarqulaq, Getap — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1946-cı il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Safbulaq
Safbulaq (əvvəlki adı: Çistı Klyuç) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Çistı Klyuç kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Altıağac qəsəbə Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş rusca adı olan Çistı Klyuç "təmiz, saf" mənasındakı "çistı / çistıy" və "bulaq, çeşmə" mənasındakı "klyuç" sözlərindən ibarət idi. Bu ad hərfi tərcümə yoluyla Safbulaq olaraq rəsmiləşdirilmişdir.
Şahbulaq
Şahbulaq (Ağdam) — Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Şahbulaq (Şərur) — Şərur rayonunun inzibati ərazi dairəsində kənd. Şahbulaq qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr qala divarları. Şahbulaq məscidi — Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məscid. Şahbulaq qalası (Naxçıvan) — хаlq аrаsındа Dəyirmаn qаyаsı dа аdlаnır. Şahbulaq yaşayış yeri — Şərur rayonunun Şаhbulаq kəndi ərаzisində yеrləşən yer. Şahbulaq nekropolu — Şаhbulаq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Şahbulaq dağı — Goranboy rayonu ərazisində dağ. Şahbulaqçay — Şahbuz rayonu ərazisində çay.
Şaqqıldaq
Şaqqıldaq (lat. Colutea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Şaqqıldağın növləri Avrasiyanın mülayim iqlimə sahib olan bölgələrində (Mərkəzi və Şərqi Avropa, Kiçik və Orta Asiya, Qafqaz və Zaqafqaziya) yayılmışdır.
Ağbulaq
== Yaşayış məntəqələri == Azərbaycan kəndləri Ağbulaq (Xocavənd) Ağbulaq (Edilli, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Gavahın, Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Ağbulaq (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Ağbulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Ağbulaq (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Ağbulaq (Laçın) — Azərbaycanın Laçın rayonunun Sarıbaba kəndin əvvəlki adı. Ağbulaq (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Ağbulaq (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Ağbulaq (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd.
Ağqula
Ağqula - Manas dastanında adı çəkilən əfsanəvi at. Manas Xanın ən əhəmiyyətli və birinci sırada gələn atıdır. Fövqəladə xüsusiyyətləri vardır, çox görkəmli və ağıllıdır, sahibinə sadiqdir, döyüşlərdə onunla birlikdə düşmənə vəziyyəti anlayaraq və istəyərək hücum edir. Ehtiyac olduqda Manas Xana köməkçi olar. == Etimologiya == Ağ və Kula sözlərinin mürəkkəb halıdır. Ak sözcüyü ağ rəngi ifadə edir. Kula, gövdəsi tünd sarı, quyruğu, qıç tükləri və yelesi qara olan at deməkdir. Kula sözcüyü mənşə olaraq anlamaq və yuxarı sıçramaq mənalarını da daşıyır.
Ağacvari şaqqıldaq
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Şahbulaq (Ağdam)
Şahbulaq — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Şahbulaq (dəqləşdirmə)
Şahbulaq (Ağdam) — Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. Şahbulaq (Şərur) — Şərur rayonunun inzibati ərazi dairəsində kənd. Şahbulaq qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilmiş XVIII əsr qala divarları. Şahbulaq məscidi — Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş məscid. Şahbulaq qalası (Naxçıvan) — хаlq аrаsındа Dəyirmаn qаyаsı dа аdlаnır. Şahbulaq yaşayış yeri — Şərur rayonunun Şаhbulаq kəndi ərаzisində yеrləşən yer. Şahbulaq nekropolu — Şаhbulаq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Şahbulaq dağı — Goranboy rayonu ərazisində dağ. Şahbulaqçay — Şahbuz rayonu ərazisində çay.
Şahbulaq (Şərur)
Şahbulaq (əvvəlki adı: Cağazur) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Cağazur kəndi Şahbulaq kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimin mənası == Son vaxtlar “zur” komponentini izah edə bilməyən bir çox tədqiqatçılar, onu erməni mənşəli komponent hesab edirlər. Lakin indi məlum olur ki, ermənilər türk sözlərini Q. Qeybullayev göstərdiyi kimi xeyli əyib dolaşdırsalar da sözün ilkin şəkli türk mənşəli olduğunu ciddi tədqiqat nəticəsində üzə çıxarır. Cağazil sözü saklara məxsus olan bir sözdür və öz tərkibində həmin əlamətləri mühafizə edib saxlamaqdadır. Toponim - etnotoponimdir və ilkin forması bu şəkildə olmuşdur. Sakasu. Saka və su komponentləri hər iki formada sak təyinləridir. Bu sözdə iki təyin özünü göstərməkdədir: Onu da demək lazımdır ki, bu söz qədim türk-yazılı; abidələrində də işlədilmişdir.
Şahbulaq dağı
Şahbulaq — Goranboy rayonu ərazisində dağ. Dağ rayonun cənubunda, Tərtər rayonu ilə sərhəddə yerləşir. Hündürlüyü 482 m. Dağ ərazidəki bulağın adı ilə adlandirılmişdir. Bulağın adı isə suyunun keyfiyyəti ilə bağlı yaranmışdır.
Şahbulaq məscidi
Şahbulaq məscidi — Azərbaycanın Ağdam rayonunda Şahbulaq adlanan ərazidə yerləşən tarixi-memarlıq abidəsi. Məscid Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmişdir. == Memarlıq quruluşu == Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən gümbəz şəklində tamamlanmış, bayır tərəfdən isə gümbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örütüyü iki yamaclı formaya salınmışdır. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün idi. Ümumi divar hörgülərinin qalınlığı bir metrə çatan məscidin plan ölçüləri 9,38x7,18 metrdir. Məscid maili yerdə inşa edildiyindən onun arxa tərəfdən dam örütüyünə qədər olan məsafəsi 4,37m, baş fasad tərəfdən isə 5,40 metrə qədərdir. Şahbulaq məscidinin memarlıq baxımından belə sadə həll olunmasına baxmayaraq bu məscid sonralar Qarabağda çoxsaylı məscidlər tikmiş Memar Kərbəlayi Səfixan Qarabaği yaradıcılığında bir örnək rolunu oynamaşdır.
Şahbulaq nekropolu
Şаhbulаq nеkrоpоlu — Şahbulaq kəndin cənub-şərq qurtаrаcаğındа çаy yаtаğının sаğ tərəfində yеrləşir. Qəbiristаnlığın böyük bir qismi sеl sulаrı tərəfindən yuyulub dаğılmışdır. Hаzırdа оnun yаlnız аz bir hissəsi sаlаmаt qаlmışdır. Dördkünc fоrmаlı qəbirlər qiblə istiqаmətinə yönəldilmişdir. Qəbirlərin ətrаfı çаy dаşlаrı ilə dövrəyə аlınmışdır. Bəzi qəbirlər əmаnət qəbirlər оlduğu üçün qibləyə yönəldilməmişdir. Qəbir dаşlаrındа kitаbəyə rаstlаnmаmışdır. Sаlаmаt qаlаn bəzi qəbirüstü dаşlаr sənduqə tiplidir. Bu tip qəbir dаşlаrı bаşlıcа оlаrаq Оrtа əsrlərin inkişаf еtmiş dövrü üçün хаrаktеrikdir. Qəbiristаnlığı XIV-XX əsrlərə аid еtmək оlаr.
Şahbulaq qalası
Şahbulaq qalası və ya Tərnəküt qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır. Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir. Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı.
Ağbulaq (Həştrud)
Ağbulaq (fars. اغ بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 435 nəfər yaşayır (95 ailə).
Ağbulaq (Kəlbəcər)
Ağbulaq, Alçalı (?-2015) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad edilib == Tarixi == 29 may 2015-ci ildə Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi adlandırılmışdır. Kəlbəcər rayonunun ərazisində 3 ədəd Alçalı kəndi var. Alçalı (Qılınclı sovetliyi), Alçalı (Daşbulaq sovetliyi) və Alçalı (Günəşli sovetliyi). Bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar. == Toponimikası == Kənd dağətəyi ərazidədir. == Yaylaqlar == Alagöllər yaylağı, Bədirbəyli yurdu, Qərvənd yurdu, Taxtadüz yurdu, Heydərin yurdu, Uçuğun başı yurd, Dəlikdaş yurdu, Sandıq yurd. == Bulaqlar == Zeynalın bulağı, Sarı bulaq, Daşdan çıxan bulaq, Sandıq bulağı. == Məşhur yerlər == Balaca göl yeri, Günəşqaya, Qırmızıqaya, Kəlölən.
Ağbulaq (Laçın)
Ağbulaq — Azərbaycan Respublikasının Laçın rayonu Ağbulaq kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Rayon mərkəzindən təxminən 62 km. şimal qərbdə yerləşir. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmışdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur. Ağbulaq şəlaləsi füsunkar gözəlliyi ilə kəndi daha da gözəlləşdirir. Bu ərazi işğal dövründə ermənilər tərəfindən "Spitakajur" icması adlandırılmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyət == Şəhid Əmir Əsgərov adına orta məktəb var.
Ağbulaq (Meşkin)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Ağbulaq (Meşkinşəhr)
Ağbulaq (fars. اق بلاغ‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,489 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 5 km çənubdadır.
Ağbulaq (Nəzərkəhrizi)
Ağbulaq (fars. اغبلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (28 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 37 km şimal-qərbdədir.
Ağbulaq (Oğuz)
Ağbulaq - Azərbaycan Respublikası Oğuz rayonu ərazisində mineral su bulağı. Rayon mərkəzindən 6-7 kilometr şimal-şərqdə, meşəlik ərazidədir. Suyu soyuq, hidrogen-sulfidlidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.175.
Ağbulaq bələdiyyəsi
Tetritskaro bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Tetritskaro şəhəridir. == Əhalisi == 2014-cü ildə bələdiyyənin əhalisinin sayı 28.300 nəfər olub. Gürcüstanda 2002-ci ildə aparılmış əhalinin siyahıyalınması nəticələrinə görə rayonun əhalisi 25.354 nəfər təşkil edirdi. Əhalinin etnik tərkibi aşağıdakı kimi olub. == Yaşayış məntəqələri == Bələdiyyənin tərkibinə 86 yaşayış məntəqəsi daxildir, bunlardan 1 şəhər, 1 qəsəbə və 84-ü kənddir.
Ağbulaq dağı
Ağbulaq dağı — Baş Qafqaz silsiləsinin su ayrıcında dağ. Azərbaycanın Qax rayonu ilə Dağıstanın sərhədindədir. Hündürlüyü 3072 m. Ağbulaq aşırımı buradadır. Adını eyniadlı bulaqdan almışdır.
Ağbulaq nekropolu
== Coğrafi mövqeyi == Ağbulaq nekropolu, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən antik dövrə aid arxeoloji abidədir. == Tapıntılar == Qəbirlər iri küplərdən ibarətdir və bu nekropol təsərrüfat işləri aparılarkən aşkar olunmuşdur. Ərazi traktorla kürəndiyindən qəbir dağılmış, iri küp qırıqları ətrafa səpələnmişdir. Dağılmış sahədə iri qaya parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı iki qəbir tədqiq olunmuşdur. Birinci küp ağzı günbatana olmaqla şm.- q istiqamətində idi. Ətrafı dördkünc formada bir cərgə daşla hörülmüşdür. Küpün ağzına təkqulplu qara rəngli iri qab qoyulmuşdur. Küpün içərisi torpaqla dolmuş, skelet qalıqları cürüyərək preslənmişdir. Küp təmizlənərkən əqiq və şüşə muncuqlar, gil qab qırıqları, muncuq, tunc sancaq, üzük və zınqrov, 1 ədəd mis pul və başqa maddi mədəniyyət nümunələri əldə edilmişdir.