Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atatürk'ün Sevdiği Şarkılar
Atatürk'ün Sevdiği Şarkılar (azərb. Atatürkün sevdiyi mahnılar‎), Müzəyyən Sənar və Səfiyyə Aylanın ifa etdiyi Osmanlı musiqisinin nümunələrindən ibarət, Atatürkün sevdiyi mahnılar da daxil olmaqla cəmi 20 mahnıdan ibarət musiqi albomu.
Sarıyal
Böyük Sarıyal Kiçik Sarıyal Sarıyal — Xanlar rayonu ərazisində dağ. Hündürlüyü 1821 m. Sarıyal — Xanlar rayonunda dağ. Hündürlüyü 1640 m.
Sarıyar
Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir. Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur. Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yar birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir. Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Aram Sarkisyan
Aram Qasparoviç Sarkisyan (erm. Արամ Գասպարի Սարգսյան; 14 avqust 1949, İrəvan) — Ermənistan siyasətçisi, rus dili və rus ədəbiyyatı müəllimi, kommunizm və sosial-demokratiya aktivisti. == Bioqrafiya == Aram Qasparoviç Sarkisyan 14 avqust 1949-cu il tarixində SSRİ-nin respublikalarından biri olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində anadan olmuşdur. O, 1967–1972-ci illərdə İrəvan Dövlət Dil Universitetində, daha sonra isə Moskva Yüksək Komsomol Məktəbində təhsil almışdır. Gənclik dövründə bir çox zavod və fabriklərdə işləmişdir. 1970–1980-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasında "Komsomolskaya pravda" və "Pravda" qəzetlərinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1971–1972-ci illərdə "Komsomolets" qəzetinin müxbiri olaraq fəaliyyət göstərmişdir. 1990-cı ildə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi olaraq fəaliyyət göstərmişdir. 14 may 1991-ci il tarixindən 7 sentyabr 1991-ci il tarixinə qədər Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuşdur. 1992–1995-ci illərdə "Azdarar" qəzetinin ümumi nəşriyyat direktoru olaraq fəaliyyət göstərmişdir.
Armen Sarkisyan
Armen Sarkisyan erm. Արմեն Սարգսյան; 23 iyun 1953, İrəvan) — Ermənistan Respublikasının 4-cü Prezidenti (9 aprel 2018 – 1 fevral 2022). == Həyatı == Armen Sarkisyan 23 iyun 1953-cü ildə İrəvan şəhərində doğulub. == Prezidentliyi == Daşnaksütun və Ermənistan Respublikaçı Partiyası tərəfindən namizədliyi irəli sürülərək rəqibsiz prezident seçilmişdir. 2015-ci il Ermənistan konstitusiya referendumunun nəticələrinə əsasən parlamentli respublika sisteminə keçildiyi üçün və bunun sayəsində birbaşa xalq tərəfindən yox, parlament tərəfindən seçildiyi üçün hüquqları məhdud olacaq. 23 yanvar 2022-ci ildə Armen Sərkisyan prezident vəzifəsindən istefa verib. O öz istefasını "ölkə və xalq üçün çətin olan bu dövrdə daxili və xarici siyasətdəki radikal proseslərə təsir etmək üçün lazımi alətlərinin olmaması" ilə əsaslandırıb. Onu prezident kürsüsündə müvəqqəti olaraq Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan əvəz edir. Sərkisyanın istefası Ermənistanda siyasi böhrana səbəb olmuşdur.
Serj Sarkisyan
Serj Azati Sarkisyan (bəzi Azərbaycandilli mənbələrdə Serj Sərkisyan; erm. Սերժ Ազատի Սարգսյան – Serj Azati Sargisyan; 30 iyun 1954, Stepanakert) — Ermənistan siyasətçisi, Ermənistan Respublikasının Baş Naziri 11-ci (4 noyabr 1996–20 mart 1997) və 15-ci baş naziri (17 aprel–23 aprel 2018), Ermənistan Respublikasının 3-cü Prezidenti (9 aprel 2008–9 aprel 2018). Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycan SSR-in DQMV paytaxtı olan Xankəndində doğulub. 1971-ci ildə İrəvan Dövlət Universitetinə qəbul olub, 1971–72-ci illərdə Sovet Ordusunda hərbi qulluqda olub və 1979-cu ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsindən məzun olub. 1983-cü ildə Rita Sarkisyan ilə ailə həyatı qurub, bu izdivacdan onların Anuş və Satenik adlı iki qızı dünyaya gəlib. Onların Məryəm, Rita, Ara və Serj adlı dörd nəvələri var. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır. İş karyerasına 1975-ci ildə İrəvanın Elektrik Qurğuları Zavodunda başlayıb. Sarkisyanın Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir.
Vazgen Sarkisyan
Vazgen Zaveni Sarkisyan (erm. Վազգեն Զավենի Սարգսյան; 5 mart 1959, Dəvəli, Vedi rayonu – 27 oktyabr 1999, İrəvan) — erməni hərbi komandiri və siyasətçisi. O, Xocalı soyqırımını törədənlərdən biridir. 1991-ci ildən 1992-ci ilə qədər, sonra isə 1995-ci ildən 1999-cu ilə qədər Ermənistanın ilk müdafiə naziri olub. 11 iyun 1999-cu il tarixdən o il oktyabrın 27-dək öldürülməsinə qədər Ermənistanın Baş naziri vəzifəsini icra edib. 1980-ci illərin sonlarında Dağlıq Qarabağın Ermənistanla birləşməsi uğrunda kütləvi hərəkat zamanı şöhrət tapdı və Azərbaycan qüvvələri ilə ilk toqquşmalar zamanı erməni könüllü dəstələrinə rəhbərlik etdi. 1991-ci ilin sonlarında Ermənistan Sovet İttifaqından müstəqillik qazandıqdan dərhal sonra Prezident Levon Ter-Petrosyan tərəfindən Müdafiə Naziri təyin edildi. Sarkisyan Dağlıq Qarabağ Döyüşü zamanı erməni qüvvələrinin ən görkəmli komandiri oldu. Fərqli mövqelərdə 1994-cü ilədək, müharibəyə son qoyan atəşkəs əldə edilənə qədər müharibə bölgəsindəki hərbi əməliyyatları tənzimlədi. Müharibədən sonrakı illərdə Sarkisyan özünü Silahlı Qüvvələrə bağladı və özünü virtual güclü kimi göstərdi.
Nune Sarkisyan
Nune Sarkisyan (erm. Նունե Սարգսյան, 26 mart 1954, İrəvan) — erməni sənət tarixçisi və müəllifi. O, Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanın həyat yoldaşı və Ermənistanın keçmiş birinci xanımıdır. Nune Sarkisyan 1954-cü il martın 26-da İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Roman-german dilləri fakültəsini bitirib. O, Matenadarandakı Mesrop Maştots adına Qədim Əlyazmalar Elmi-Tədqiqat İnstitutunda işləyib. London Universitetinin Goldsmiths Kollecini incəsənət tarixi yönündə magistri dərəcəsi üzrə bitirmişdir. Sotheby İncəsənət İnstitutunda incəsənətşünaslıq ixtisası almışdır. Daha sonra Londonun Vestminster Kollecində rəssamlıq və rəsmxət üzrə təhsilini davam etdirib. 1978-ci ildə Armen Sarkisyanla ailə həyatı qurub.
Rita Sarkisyan
Rita Aleksandri Sarkisyan (erm. Ռիտա Ալեքսանդրի Սարգսյան, née Dadayan (Դադայան); 6 mart 1962, Stepanakert – 20 noyabr 2020, Almaniya Federativ Respublikası) — 2008–2018-ci illərdə Ermənistan prezidenti olmuş Serj Sarkisyanın həyat yoldaşı. O, hərbçi ailəsində anadan olub, ixtisasca musiqi müəllimi olub. 1962-ci il martın 6-da Xankəndi şəhərində anadan olub. Stepanakertdəki Aleksandr Qriboyedov adına 3 saylı orta məktəbi bitirib, musiqi təhsili alıb. Bir müddət uşaq bağçasında musiqi müəllimi işləyib. Stepanakertdən İrəvana köçəndən sonra işləməyib. 1983-cü ildə Serjlə evlənib. Onların Anuş və Satenik adlı iki qızı və Məryəm, Rita, Ara və Serj adlı dörd nəvəsi var. 2020-ci il noyabrın 16-da Rita Sarkisyan son dərəcə ağır vəziyyətdə "Nairi" tibb mərkəzinə yerləşdirilib.
Tiqran Sarkisyan
Tiqran Sureni Sarkisyan (erm. Տիգրան Սուրենի Սարգսյան, 29 yanvar 1960, Kirovakan) — 2008–2014-cü illərdə Ermənistanın baş naziri olmuş erməni siyasi xadimi. O, bundan əvvəl 1998–2008-ci illərdə Ermənistan Mərkəzi Bankının sədri vəzifəsində çalışıb. Baş nazir postunu tərk etdikdən sonra 2014–2016-cı illərdə ABŞ səfiri, 2016–2020-ci illərdə isə Avrasiya İqtisadi Komissiyasının Direktorlar Şurasının sədri vəzifələrində çalışıb. Tiqran Sarkisyan 1960-cı il yanvarın 29-da Ermənistan SSR-in Böyük Qarakilsə şəhərində anadan olub. Uşaqlıq illərində ailəsi İrəvana köçüb. İbtidai təhsilini 1967–1977-ci illərdə İrəvan Puşkin adına 8 №-li məktəbdə almışdır. 1978-ci ildə 14 saylı Yerevan Texniki Kollecindən məzun olmuşdur. Həmin il Sarkisyan İrəvan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və Planlaşdırma fakültəsinə daxil olub. 1980-ci ildə N. A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutuna daxil olmuş, 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Böyük Sarıyal
Böyük Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibinə daxil idi. Kəndin başqa adı Saral olmuşdur. == Toponimi == Toponim fərqləndirici əlamət bildirən "böyük" sözü ilə qədim türk dilində "düzənlik, düz, çöl, sahə" mənasında işlənən sara və "dağın döşü, dağın yamacı", "dağ keçidi, təpə", müasir Azərbaycan ədəbi dilində "hündür bir yerin təpəsi", "dikdir", "yoxuşun başı" mənasında işlənən yal sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2. III.1940-cı il fərmanı ilə adı dəyişdirilib Medz Sariar (Böyük Sarıyal) qoyulmuşdur. Azərbaycan dilində rəng bildirən sarı və yal (dağın yalı) sözlərindən ibarətdir.
Kiçik Sarıyal
Kiçik Sarıyal — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Erməni mənbələrində Sarıyar kimi qeyd edilir. Toponim qədim türk dilində "iri, nəhəng, uca, hündür, yüksək, dik" mənasında işlənən sarı sözü ilə "hündür bir yerin təpəsi, dikdir, yoxuşun başı" mənasında işlənən yal sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimdəki "kiçik" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Pokr Sariar qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828–1832-ci illərdə Türkiyədən köçürülmüşdür.
Safiyat Əsgərova
Safiyat Əsgərova (1907, Axtı, Dağıstan vilayəti, Rusiya imperiyası – 1955, Moskva) — Dağıstanda ilk kino aktrisası, səssiz film ulduzu olmuşdur. Safiyat Əsgərova 1907-ci ildə Dağıstan vilayəti, Samur dairəsi, Axtı kəndində anadan olmuşdur. Safiyatın yaradıcılıq meyllərini uşaqlıqdan izləmək olur. Musiqini, xoreoqrafiyanı, təsviri sənəti çox sevdiyi məlumdur. Safiyat yaradıcı bir ailədə böyümüşdür. Atası Nuxbek Əsgərov Axtın teatrının rəssamı olmuşdur. Qardaşı Dağıstan heykəltəraşlıq sənətinin banisi Xasbulat Əsgər-Sarıcadır. Digər qardaşı Beybulat Əsgərov tamaşaların qurulması ilə məşğul olmuş, dekorasiyanı qurmuşdur. Daha sonra Azərbaycan kinokilm studiyasının rejissoru və direktoru olur. Üçüncü qardaş Aslanbek uzun illər Mosfilm-də operator işləyir.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Sariya Lakoba
Sariya Əhmədovna Lakoba (anadan olanda Cihoğlu; 1904, Batum, Batum vilayəti, Rusiya imperiyası – 16 may 1939, Tbilisi, SSRİ) — NKVD həbsxanasında dözümlülüyü, mərdliyi ilə seçilən ərinə qarşı ifadəyə məcbur edilsə də, bunu etməyən Sovet Abxaziyasının dövlət xadimi "xalq düşməni" Nestor Lakobanın həyat yoldaşı. Sariya Əhmədovna Cihoğlu Batumi şəhərində varlı acar ailəsində anadan olmuşdur . Atası Əhməd-Məmməd Cihoğlu bir çörək, bir neçə kiçik dükan, habelə çimərlik sahilində icarəyə verilən üç evə sahib idi. Anası Mələk Patladze, əslən Oçamçiradan olan müsəlman gürcülərdən idi. O, Əhməd Cihoğlu ilə 7 övlad böyüdürdü. 1920-ci ildə Nestor Lakoba İngilis işğalçılarından onun valideynlərinin evində gizlənirdi. 1921-ci ildə onlar nigaha daxil oldular. Onlar ailə quranda Sariya hələ məktəbi bitirməmişdi, bu səbəbdən Nestor Lakoba Suxumda onun üçün repititor tutmuşdu. Sariya ekstern şəkildə imtahan verdikdən sonra yetkinlik atestatı aldı, sonra isə "özünü təhsili ilə məşğul oldu, çoxlu mütaliə etdi" - Adilə Abbas oğlu xatirələrində yazırdı . "Saria çoxlu mütaliə edir və nadir kitablar toplayırdı" - Abbas oğlu danışırdı.
Sariya Mirjanova
Sariya Fazullovna Mirjanova (başq. Сәриә Фазула ҡыҙы Мирйәнова, rus. Сария Фазулловна Миржанова; 24 dekabr 1924, Tal Kuskarı, Başqırd MSSR – 25 noyabr 2000, Ufa) — məşhur başqırd dilşunası, türkoloq, filologiya elmləri doktoru (1985), BMSSR-nin əməkdar mədəniyyət işçisi (1985). Sariya Fazullovna Mirjanova 24 dekabr 1924-cü ildə BMSSR-nin Tamyan-Katay kantonunun Kuskarovo kəndində anadan olmuşdur (indiki Başqırdıstan Respublikasının Əbyəli rayonunun eyniadlı kəndi). Temyasov Başqırd Pedaqoji Məktəbini bitirdikdən sonra Əsgərov adına orta məktəbdə rus dili və ədəbiyyat müəllimi işləmişdir. 1948-ci ildən Maqnitoqorsk Müəllimlər İnstitutunu bitirdikdən sonra 1955-ci ilə qədər Sibay şəhərinin orta məktəbi və Xabarovsk şəhəri 14 nömrəli məktəbində rus dili və ədəbiyyat müəllimi işləmişdir. 1955-ci ildən SSRİ Elmlər Akademiyasının Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda baş laborant işləmiş, eyni zamanda 1956-cı ildə K.A.Timiryazev adına Başqırdıstan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Sariya Mirjanova "Kubair" folklor ansamblının solisti, bir çox həvəskar sənət müsabiqələri və nümayişlərinin iştirakçısı və qalibi olmuşdur. 1970-80-ci illərdə Melodiya qrammofon yazılma şirkəti Sariya Mirjanovanın ifasında başqırd xalq mahnıları olan qrammofon plastinkasını buraxdı. Sariya Fazullovna Mirjanova uzun sürən xəstəlikdən sonra 25 noyabr 2000-ci ildə Ufada vəfat etdi.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Benevan-e-Şarbiyak
Benevan-e-Şarbiyak (fr. Avançon, oks. AvançonBénévent-et-Charbillac, oks. Benevent e Charbilhac) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 116 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,2%, 1999-cu ildə 72.8%).
Sakiyet-Sidi-Yusifin bombalanması
Sakiyet-Sidi-Yusifin bombalanması – Fransa ordusu tərəfindən Əlcəzair müharibəsi çərçivəsində Tunisin Sakiyet-Sidi-Yusif kəndində 8 fevral 1958-ci ildə həyata keçirilmiş və 70-dən artıq insanın, o cümlədən 12 orta məktəb şagirdinin ölümünə, 148 nəfərin isə yaralanmasına səbəb olan hərbi əməliyyat. O vaxtdan bəri hər il fevralın 8-də Əlcəzair və Tunis bu hadisəni birgə qeyd edirlər. Əlcəzair müharibəsi davam edərkən, fransız ordusu müntəzəm olaraq Tunis sərhədindən hücumlara məruz qalırdı. Həmin dövrdə Tunis Əlcəzairə maddi-texniki dəstək verir və silah tranzitini təmin edir, həmçinin, Milli Qurtuluş Ordusunun (MQO) hərbçilərini qəbul edirdi. 1958-ci ildə Fransa ordusunun Əlcəzairdəki komandanlığı bu təzyiqə qarşı müqavimət göstərmək qərarına gəldi. Yanvarın 2-də sərhəddə atışma baş verdi, bu zaman MQO dörd fransız əsgərini əsir götürərək Kef bölgəsinə geri çəkilə bildi. Fransa Nazirlər Şurasının sədri Feliks Qayyar general Alber Buşaleyə Fransa-Tunis danışıqlarına yenidən başlamaq və neytrallıq öhdəliklərini xatırlatmaq məqsədilə prezident Həbib Burgibaya mesaj çatdırmağı tapşırdı. Burgiba 1954-cü ildə fellaqalarla döyüşmüş bu hərbçini qəbul etməkdən imtina etdi. Bundan sonra Qayyar qərargah rəisini göndərsə də, bu dəfə də nəticə əldə olunmadı. Burgiba mətbuata açıqlamasında bəyan etdi ki, Fransanın hərəkətləri davam edərsə, sərhədlərdə BMT alayının yerləşdirilməsini xahiş edəcək.
Vazgen Sarkisyan adına Hərbi Universitet
Vazgen Sarkisyan adına Hərbi Universitet Ermənistan Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən bir ali təhsil müəssisəsidir. Missiyası sülh və müharibədə müdafiə tapşırıqlarını yerinə yetirməyə qadir zabitləri hazırlamaq və yetişdirməkdir.