Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siffeyn döyüşü
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunmur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
Şinden-zukuri
Şinden-zukuri (寝殿造, azərb. Əsas bina mərkəzli tikili‎) – Heyan dövründə, xüsusilə X əsr Yaponiyasında Heyan şəhərində aristokratların evləri üçün istifadə olunan memarlıq üslubu. Bu memarlıq üslubu əsasən Yaponiya aristokratları tərəfindən istifadə olunurdu. Bu ev standart olaraq düzbucaqlı sahədə yerləşən bağlı keçidlərlə əlaqələnən düzbucaqlı binalardan ibarət idi. Şinden (əsas bina) mərkəzdə yerləşdiyi üçün bu üsluba da şinden adı verilmişdir. Hər bina bir otaq idi. Lakin daha sonra ərzaq və dincəlmə otaqlarını ayırmağa başladılar. Şinden-zukuri Çin təsirindən qurtulub Yaponiyada özünəməxsus xüsusiyyətlər əldə etmişdir. Qüvslü, hündür, taxta kirəmitli saçaqlı damları var idi. Binanın inşasında istifadə olunan taxt yapon sərvindən idi.
Şineyd Malvi
Şineyd Malvi — 2009 Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı təmsil edən müğənnidir. Müsabiqədə Black Daisy ilə birlikdə Et Cetera adlı mahnını səsləndirmişdir.
Masamiçi Şinmey
Masamiçi Şinmey (新明正道, Şinmey Masamiçi, 24 fevral 1898, Taypey, Yaponiya imperiyası – 20 avqust 1984) – Yaponiya sosioloqu. == İlk illəri == 1898-ci ildə Yaponiyanın koloniyası olan Tayvanda doğulmuşdur. 1921-ci ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. 1926-cı ildə Tohoku Universitetinin köməkçi professoru təyin olunmuşdur. Bir müddət Avropada təhsil aldıqdan sonra Tohoku Universitetinin ədəbiyyat fakültəsinin professoru olmuşdur. == Elmi fəaliyyəti == Şinmey ümumi sosiologiya, tarixi sosiologiya və praktiki sosiologiyanı birləşdirən nəzəri sistemin yaradıcısı olmuşdur. Proqressiv və sosial problemlərə toxunan sosioloq olmuşdur. O, ABŞ sosiologiyasının bir sıra anlayışlarını Yaponiyaya gətirərək və müxtəlif sosial nəzəriyyələrin inkişafını sistematik tədqiq edərək Yaponiyada sosiologiyanın inkişafı üçün töhfə vermişdir. 1944-cü ildə "Sosiologiya lüğəti" (Şakayqaku citen) adlı sosial elmlər lüğətini tərtib etmişdir. Şinmeyin digər əsərlərinə "Cəmiyyətin mahiyyəti" (Şakay honşitsu ron, 1942), "Sosiologiya tarixinin xülasəsi" (Şakayqaku şi qaysetsu, 1954) və 11 cildlik "Masamiçi Şinmeyin seçilmiş əsərləri" (Şinmey Masamiçi çosakuşu, 1976–1984) daxildir.
Takeda Şingen
Takeda Shingen (1 Dekabr 1521 - 13 May 1573) Yaponiyanın Sengoku dövründə Kai əyaləti daimyosu idi. "Kai Aslanı" olaraq bilinən Şingen, Sengoku dövrünün ən güçlü daimyolarından biriydi və qeyri-adi hərbi gücə malik idi. Şingen, çox az əkilməyə əlverişli ərazisi olan və dənizlə əlaqəsi olmayan, kasıb bir ərazidə yaşayırdı, ancaq Yaponiyanın iləri daimyolarından birinə dönüşdü. Mōri Motonari ilə eyni səviyədədir. Takeda Şingen Takeda klanının lideri Takeda Nobutoranın (武田信虎) və Kai əyalətinin daimyounun ilk oğlu idi. O, gəncliyində bacarıqlı şair olub. O, Takeda klanının yaşlı qohumları və vassalları ilə atasına kömək etdi və kifayət qədər gənc yaşda qəbilə üçün olduqca dəyərli bir əlavə oldu. 1536-cı ildə, 15 yaşında, atasına Un-no Kuçi döyüşündə qalib gəlməsində kömək etdi. 1573-cü ilin fevralında Mikava vilayətinə daxil olduqdan sonra Şingen Noda qalasını mühasirəyə aldı, lakin sonra mühasirə düşərgəsində öldü. Onun ölümünün dəqiq şərtləri məlum deyil.
Eto Şinpey
Eto Şinpey (江藤 新平, 18 mart 1834, Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874, Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur. == Həyatı == Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır. 1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur. Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir. Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədliyyə naziri təyin olunmuşdur.
Şineyd O'Konnor
Şineyd O'Konnor (ing. Sinéad O'Connor), (digər adı - Shuhada' Sadaqat); 8 dekabr 1966 – 26 iyul 2023[…], London) — İrlandiya müğənnisi. Şineyd O'Konnor 8 dekabr 1966-cı ildə İrlandiyada doğulub. Ailədə beş uşaqdan üçüncüsü idi. 18 yaşındaykən anasını avtomobil qəzası nəticəsində itirir. Şineyd dörd dəfə evlənib və boşanıb. Onun dörd övladı var idi. 2017-ci ildə O'Konnor qanuni adını Maqda Davittə dəyişdirərək, müsahibəsində bunu "patriarxal qul adlardan azad olmaq" üçün etmişdir. İslamı qəbul edərkən, 2018-ci ilin oktyabrında o, Şühəda adını qəbul edir və bir müddət sonra soyadını Davittdən Sədaqətə dəyişir. 2022-ci ildə, müğənninin 17 yaşlı oğlu Şeyn intihar edir.
Sinkveyn
Sinkveyn – məlum olan və ya yeni əldə edilmiş məlumatların analizi və sintezin nəticəsi olan öyrədici şeirdir. Sinkveyn ilk dəfə olaraq ABŞ-də yaranmışdır. Sinkveyn universal tədris metodudur. Onu müxtəlif fənn proqramlarının mövzularına tətbiq etmək olar. Bu metod şagirdləri maraqlandırmağa, öyrənilən materialı daha yaxşı anlamağa və mühakimə yürütməyə kömək edir. Beşsətirlik şeir olan sinkveyni tərtib etmək asan olduğu üçün onun hər yaşda uşaqlarla təlim prosesində tətbiqi mümkündür.
Süffeyn döyüşü
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunmur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.