RİDA

dərvişlərin çiyinlərinə atdıqları yun qumaş, parça, plaş; ziyarət paltarının sol çiynindən kürəyə və sinəyə salınan üst hissəsi.
RİCƏT
RİDDƏ
OBASTAN VİKİ
Flo Rida
Flo Rida — Tramar Lacel Dillard (16 dekabr 1979, Karol-Siti[d], Florida və ya Opa-lokka[d], Florida) — ABŞ sənətçisi. 17 sentyabr 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatının Opa-locka şəhərində anadan olmuşdur. İlk öncə "2 Live Crew" qrupunda fəaliyyətə başlamışdır.
Flo Rida diskoqrafiyası
Flo Ridanın 2000-ci ildən bu günə kimi 4 albomu işıq üzü görüb. Siyahıda əksiklik var, tamamlamağa kömək edin. 2007 "Bitch I'm from Dade County" (DJ Khaled feat. Trick Daddy, Trina, Rick Ross, Brisco, Flo Rida, C-Ride & Dre) 2007 "Birthday" (Flo Rida feat. Rick Ross) 2007 "Move, Shake Drop (Remix" (DJ Laz feat. Flo Rida, Casely & Pitbull) 2007 "Bout it Girl" (Flo Rida feat. Trina) 2007 "Street Money" (Rick Ross feat. Flo Rida) 2007 "Helluva Day" (Webbz feat. Flo Rida) 2007 "What you Want" (Brisco feat. Flo Rida) 2008 "Speedin' Remix" (Rick Ross feat.
Ridaniyə döyüşü
Ridaniyə döyüşü — Məmlük sultanlığına son qoyan və Misirin işğalını tamamlayan Qahirə yaxınlığındakı son döyüş. Mərcidabık döyüşündən sağ çıxan Məmlük əmirləri Kansu Qavrinin ölümünün ardından onun döyüşdən əvvəl naib seçdiyi Tomanbayı Məmlük sultanı seçərək ətrafında toplandılar. Yeni sultan Tomanbay Sultan Səlimin Qahirəyə hücum etmə ehtimalına qarşı əsgər toplamağa və şəhərin ətrafında müdafiə tədbirləri görməyə başladı. Əlavə olaraq Canbərdi Qəzai rəhbərliyindəki 5 min nəfərlik dəstəni Osmanlı ordusu haqqında məlumat toplamaq üçün Qəzzə bölgəsinə yolladı. Burada Xan-Yunis yaxınlığında Sədrəzəm Sinan Paşanın dəstələri ilə toqquşan Canbərdi Qəzai məğlub olub geri çəkildi (21 dekabr 1516). Sultan Səlim də Məmlük müqavimətinin sındığına inanıb irəliləməyə başladı. Ancaq bəzi dövlət adamları Qəzzədən sonrakı Misir torpaqlarının olduqca təhlükəli olduğuna və Sinay çölünün qısa müddətdə keçilməsinin çətin olduğuna inansalar da, o əsnada yağan şiddətli yağışlar ordunun 13 gün ərzində çölü keçməsinə kömək oldu. Osmanlı ordusu irəliləyərkən Qahirəyə də elçilər göndərilmiş, Misir taxtını sülh ilə təslim etməsi şərtilə Tomanbayın oradakı Osmanlı hakimi olacağı bildirilmişdi. Ancaq Məmlük əmirləri bu şərti qəbul etməmiş, göndərilən elçiləri qətlə yetirmişdi. Məmlüklərin qurduğu döyüş strategiyasını ələ keçirilən əsirlərdən və Məmlüklərin keçmiş Hələb naibi Xeyir bəydən öyrənən Osmanlılar səhrada qumların altına basdırılan döyüş toplarından və qazılan xəndəklərdən xəbər tutdu.

Значение слова в других словарях