Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çobankol
Çobankol — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Car-Muxax şöbəsi, Qımır kənd cəmiyyəti tərkibinə daxil olan Çobankol kəndində 158 evdə sünni etiqadlı müsəlman tatarlardan (156 evdə 342 nəfəri kişilər və 313 nəfəri qadınlar olmaqla toplam 655 nəfər) və avarlardan (2 evdə 3 nəfər kişilər və 4 nəfəri qadınlar olmaqla toplam 7 nəfər) ibarət 662 nəfər (345 nəfəri kişilər, 317 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Çobankol kənd məscidi
Çobankol kənd məscidi — XIX əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Zaqatala rayonunun Çobankol kəndində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Çobankol kənd məscidi XIX əsrdə Azərbaycanın Zaqatala rayonunun Çobankol kəndində yerli əhalinin dəstəyi ilə tikilib. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Çobankol məscidi də bu dövrdə ibadətə bağlanıb. Məscidin binasından 1988-ci ilə qədər anbar kimi istifadə olunub. 1989-cu ildə təkrar dindarların istifadəsinə verilib.
Sorano
Sorano — İtaliyanın Toskana regionunda şəhər.
Şoraqgöl (Maku)
Şoraqgöl (fars. شوراق گل‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (31 ailə).
Şoragöl sultanlığı
Şörəyel sultanlığı — Şörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimali-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirən sultanlıq Əfşar imperiyasının dağılması dövründə meydana çıxmışdır. Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay Şörəyel sultanlığını Qars paşalığından ayırırdı. Sultanlığın ərazisi 1037.91 verst (1181.16 km²) və Azərbaycan türklərindən ibarət olmuşdur. Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahalı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlamışdır. Türklər tərəfindən tərk edilmiş kəndlər Osmanlı imperiyasından köçürülən ermənilər tərəfindən məskunlaşdırılmışdır. Bu yenidən məskunlaşdırma barədə məlumatlar 1836-cı ildə Rusiya Xarici Ticarət Departamenti tərəfindən dərc olunmuş və "Zaqafqaziyada Rus mülklərinə nəzər" adlandırılan sənəddə öz əksini tapmışdır: Şörəyelin əsasən Qarapapaqlardan ibarət olan əhalisi rus işğalından sonra baş vermiş Rus-Türk müharibəsi (1806-1812) zamanı bölgəni tərk etdilər.