Şoragöl sultanlığı

Şörəyel sultanlığıŞörəyel (Şürəgəl) sultanlığı İrəvan xanlığının şimali-qərbində, Alagöz (Ələyəz) dağının ətəyində yerləşirən sultanlıq Əfşar imperiyasının dağılması dövründə meydana çıxmışdır.[1] Sultanlıq şimaldan Kartli-Kaxetiya çarlığı, cənubdan Talın və Seyidli-Ağsaqqallı mahalları, şərqdən isə Pəmbək əyaləti və Abaran mahallarını ayıran dağlarla əhatə olunmuşdu. Arpaçay Şörəyel sultanlığını Qars paşalığından ayırırdı.

Sultanlıq
Şörəyel sultanlığı
1747 — 1805

Paytaxt Ərtik
Dilləri Azərbaycan dili, erməni dili
Dövlət dini islam, Erməni Həvari kilsəsi
İdarəetmə forması monarxiya

Sultanlığın ərazisi 1037.91 verst (1181.16 km²) və Azərbaycan türklərindən ibarət olmuşdur.

Sultanlığın mərkəzi Ərtik (Artik) idi. “İrəvan əyalətinin icmal dəftəri”də Şörəyel sancağında (Pəmbək əyaləti ilə birlikdə) 172 kəndin mövcudluğu göstərilir. Nadir şahın dövründə verilən məlumata görə, İrəvan xanlığının tərkibinə daxil olan mahalı kimi, Şörəyel mahalında 109 kənd mövcud olmuşdur.

1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlamışdır. Türklər tərəfindən tərk edilmiş kəndlər Osmanlı imperiyasından köçürülən ermənilər tərəfindən məskunlaşdırılmışdır. Bu yenidən məskunlaşdırma barədə məlumatlar 1836-cı ildə Rusiya Xarici Ticarət Departamenti tərəfindən dərc olunmuş və "Zaqafqaziyada Rus mülklərinə nəzər" adlandırılan sənəddə öz əksini tapmışdır:

" Lakin keçmiş əhali tamamilə yoxa çıxmışdır, yeni sakinlərlə əvəz edilmişdir və əlavə olaraq, Rusiyanın Qafqaz arxasına yerləşməsindən öncəki dönəmə aid yerlilər arasından hansısa yaşlı ermənilər arasından yerli ola biləcək yaşlı adam tapmaq çox nadir hallarda olur. Bu gələnlərin çoxu Ərzurumdan, Qarsdan və Kürdistandan gəlmişdir.

Hal-hazırda, Pəmbək-Şörəyel bölgəsinin sakinləri köhnələr və yeni gələnlərə bölünmüşdür. Yeni gələnlərin hamısı onlardır ki, Rusiya ilə Türkiyə arasında 1829-cu ildə bitən müharibədən sonra Rus hökumətinin hakimiyyəti altına keçmişdirlər. Bölgədəki kəndlilərin siyahıya alınması əhali məmurluğu tərəfindən 1829-cu ildə aparılmışdır: köhnələr 1536 ailədən ibarət olmaqla 5425 nəfər və yeni gələnlər 3148 ailə olmaqla 10575 nəfər kişi. Orada 16 min kişinin yaşadığı, ümumilikdə sayı 4684 ev vardır.[2]

"

Şörəyelin əsasən Qarapapaqlardan ibarət olan əhalisi rus işğalından sonra baş vermiş Rus-Türk müharibəsi (1806-1812) zamanı bölgəni tərk etdilər. Onların bir hissəsi İrəvan xanlığı ərazisinə, bir hissəsi isə Qars paşalığı ərazisinə köçdülər.

1858-ci ilə aid olan Rusiya İmperiyası Baş Qərərgahı tərəfindən hazırlanmış hesabata görə, Osmanlı və Qacar torpaqlarından olan ermənilərin bu torpaqlara olan köçü davam etməkdə idi. Onların köçünün əsas hissəsi Araz hövzəsinə, Göyçə gölü ətrafına və Şörəyelə olmuşdur. Keçmiş İrəvan xanlığının əraziləri olan həm Araz, həm Göyçə bölgələri ilə birlikdə, Şörəyel bölgəsi də ən çox köçə məruz qalan bölgələrdən biri olmuşdur.[3]

" Türkmənçay və Ədirnə razılaşmalarına görə, İran və Türk hökumətləri ermənilərin rus imperiyası torpaqlarına köç etmələrinə əngəl olmayacaqlarına söz vermişdirlər. Sərhəd bölgələrində yaşayanların çoxu bu icazədən yararlandı və Araz düzü, Göyçə gölü və Çörəyel bölgəsi Türkiyədən və İrandan olan qaçqın kəndləri tərəfindən yenidən canlandırıldı. Hesablamalara görə, İrandan olan 8036 ailə keçmiş Erməni bölgəsi sərhədləri boyunca yerləşmiş, Türkiyədən, əsasən Bəyazid paşalığından olan 3682 ailə vardır. Şörəyeldə Türkiyədən gələn 3148 ailə vardır. Hər bir halda, bu say hal-hazırda daha çox da ola bilər. Çünki, mənkunlaşma bu hesablamalardan sonra da davam etməkdədir. "

Budaq Sultan Şörəyelin son hökmdarıdır. 1805-ci ilin 20 oktyabr tarixində Pavel Sisianov tərəfindən imzalanmış əmrə əsasən Şörəyelin əbədi olaraq Rusiyaya birləşdirildiyi elan edilmişdir.

Budaq Sultanın Qara Məhəmməd bəy, Həmid bəy və Xəlil bəy adlarında 3 oğlu olmuşdur.

  1. III отдѣлъ: Статистическiя свѣдѣнiя. — Пространство и населенiе Кавказа, стр. 44–46. // Кавказскiй календарь на 1901 годь (LVI годь). Издань по распоряженiю Главноначальствующаго гражданскою частiю на Кавказѣ, при Закавказскомь Статистическомь Комитетѣ, подь редакцiею Члена того же Комитета, Статскаго Совѣтника Е. Кондратенко. Тифлисъ: Типографiя М. Шарадзе и К°, 1900 г.
  2. Обозрение российских владений за Кавказом, в статистическом, этнографическом, топографическом и финансовом отношениях. Часть II. Санкт-Петербург: Типография Департамента Внешней Торговли. 1836. 303–303. ISBN 978-5-4460-2609-8.
  3. ВОЕННО-СТАТИСТИЧЕСКОЕ ОБОЗРЕНИЕ РОССИЙСКОЙ ИМПЕРИИ. Т. 16, Ч. 6. ЭРИВАНСКАЯ ГУБЕРНИЯ. Санкт-Петербург: Типография Департамента Генерального Штаба. 1836. 146–147. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-08.