Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Torpağın şorlaşması
Torpağın şorlasması - quru qalıq üzrə duzlar 0,25 %-dan cox və yaxud zəhərli duzların çəkisi 0,1 %-dan çox olduqda. Bunlar su çəkimi üzrə əldə edilir. Şorlaşma genezisinə görə fərqlanir: Allüvial-çöküntülərdə torpağın şorlaşmasi - çayətrafı və gölətrafı terrasların torpaqlarında minerallaşması qrunt suların yer sathina yaxın olmasi va buxarlanma nəticəsində səthdə duzların toplanmasıdır. Dellüvial-prolüvial çöküntülərdə torpaqların şorlaşması - dağ sistemlərinin şleyflərində yayılmışdır. Göstərilən ərazida suayrıci və dağ ətəklərinə düşən atmosfer yağıntıları yer səthinə yaxın duzları həll edərək özu ilə bərabər dağətəyi düzanlik sahəlarinə aparır. Burada toplanan rnüxtalif duzlar torpaq va qruntun duzlasmasına sabab olur. Torpağın sodalı-sulaftlı şorlasması - torpağın şorlasrnası, torpaqda natrium bikarbonat va natrium karbonatın kəskin çoxalmasi ila fərqlənir (su çəkimi üzra 0,06 % HCO 3 və daha çox). Torpağın sodalı-sulfatlı şorlasması - torpağın şorlasması, torpaqda natrium bikarbonat va natrium karbonatla yanaşı, sulfatların miqdanrının üstünlüyü ilə fərqlənir. Torpağın sulfatlı şorlasması - torpağın şorlasması sulfatın miqdarı digər duzların miqdarından kəskin şəkildə üstündür. Torpağın xloridli-sulfatlı şorlasması - torpağın şorlasması, Torpaqda sulfat va xlorid digər duzlardan çox olmasına gorə fərqlənir.
Korlaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Sərbəst toplaşmaq azadlığı
Sərbəst toplaşmaq azadlığı — insanların öz düşüncələrini ifadə etmək, təbliğ etmək, davam etdirmək və müdafiə etmək məqsədilə siyasi və ictimai fəallığını həyata keçirmək azadlığı. Əsasən birləşmək azadlığı ilə bir yerdə istifadə olunur.