SARMAŞMAQ

f.
1. Bir şeyin ətrafına dolanmaq, sarılmaq.
Eləmi tikan gülə; Sarmaşıb tikan gülə; Fələk də göz dikibmiş; Mən gözüm dikən gülə. (Bayatı).
Dəmirov Əlisanın yay otağını gözdən keçirib: – Doğrudan da gözəldir, – dedi, – sarmaşıqlar qəribə sarmaşıbdır. S.Rəhimov.

2. Qucaqlaşmaq, bir-birinə sarılmaq.
Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə.
Ana ilə bala bir-birinə sarmaşdılar. Ə.Məmmədxanlı.

Синонимы

  • SARMAŞMAQ 1. SARMAŞMAQ, DOLANMAQ, SARILMAQ 2. sarmaşmaq bax qucaqlaşmaq
SARMAŞMA
SARMATLAR

Значение слова в других словарях