SIXLAŞMAQ

f.
1. Getdikcə sıx olmaq, sıx hala gəlmək; kəsifləşmək, qatılaşmaq, qəlizləşmək.
Göy üzündə… qara buludlar sıxlaşır, yavaş-yavaş yağış çisələyirdi. Ə.Vəliyev.
Sıxlaşdı qaranlıq… gəldi çən, duman; Çəkildi üfüqdən Elbrus tamam. N.Xəzri.

2. Bir-birinə lap yaxın durmaq, qovuşmaq, çox sıx dayanmaq.
Məşədibəy cavab vermədi, onun üzündəki qırışlar daha da sıxlaşdı. M.Hüseyn.

3. məc. Birləşmək, həmrəylik, birlik yaratmaq, birgə hərəkət etmək üçün bir araya toplaşmaq.
Partiya sıraları döyüşlərdə sıxlaşan; Dənizlər, dağlar aşan; Müzəffər bir ordudur. Ə.Cəmil.
Kəndlilər sıxlaşmağa başladılar. Ə.Vəliyev.

Синонимы

  • SIXLAŞMAQ 1. SIXLAŞMAQ, KƏSİFLƏŞMƏK, QALINLAŞMAQ 2. SIXLAŞMAQ, SIX DAYANMAQ
  • SIXLAŞMAQ yığcamlaşmaq
  • SIXLAŞMAQ kipləşmək — bərkimək
  • SIXLAŞMAQ qalınlaşmaq — qatılaşmaq
  • SIXLAŞMAQ qəlizləşmək — gərginləşmək
  • SIXLAŞMAQ doluşmaq — tıxanmaq — yığışmaq
SIXLAŞMA
SIXLIQ

Значение слова в других словарях

зага́дить колобро́дить кроль лепёха мингре́л продыря́вить садо́к гва́рдия закури́ться на посошо́к оседа́ть похуде́ть прожи́ть geometrically juke-joint nickelage refractory squeaky terror-haunted valley fen зазвать нокаутировать опошлиться разбойник туф